Cəbiş müəllimin arvadı ONA XƏYANƏT EDİBMİŞ…

Cəbiş müəllimin arvadı ONA XƏYANƏT EDİBMİŞ…
7 may 2014
# 23:00

“Bizim Cəbiş müəllim” filmi belə bitməməliymiş. Cəbiş müəllimin arvadı alverçi qonşusu Əbülfəz ilə Cəbiş müəllimə xəyanət edir. Bu xəyanəti görən Cəbiş müəllim isə könüllü cəbhəyə yollanır və film onun ölümü ilə başa çatır. Lakin filmə baxış keçirilərkən bu səhnələr qayçılanıb və bizim gördüyümüz sonluq çəkilib. Bu söhbət kino kuluarlarında çoxdan gəzir.

Əslində filmin bizə təqdim edilən variantında faciəvi sonluğa işarələr var. Misal üçün bazar səhnəsində Əbülfəz Cəbiş müəllimin arvadını öz arvadı kimi təqdim edir. Başqa bir yerdə sabun üçün ləvazimatları tapır və s. Əlbəttə, bu işarələri birbaşa süjetin sonluğunu təyin edəcəyini iddia etmək olmaz.

Film bu cür bitsəydi çox güman ki, bizim seyr etdiyimiz variantdan daha faciəvi alınardı. İdealist sovet müəlliminin bu cür aqibəti sadəcə olaraq dəhşətlidir və Sovet rejiminin uca səslə ifşasıdır.

Rejissoru Həsən Seyidbəyli olan filmin ssenarisini Xalq Yazıçısı Maqsud İbrahimbəyov yazıb. Maqsud İbrahimbəyovla söhbətimiz zamanı o, israrla faciəvi sonluq variantını rədd edir. Ssenarist filmin məhz onun yazdığı sonluqla çəkildiyini deyir. Ona inanmamaq üçün heç bir əsasımız yoxdur.

Lakin bir sual açıq qalır: Bu faciəvi sonluğu kim uydurub? Bunu tapmaq asan deyil. Amma hər kim uydurubsa pis uydurmayıb.

# 9501 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #