Bunu ancaq o kişilər oxusun ki...

Bunu ancaq o kişilər oxusun ki...
28 mart 2014
# 16:45

DJ Sedoş

Sahibsiz qadınlar, yoxsa…

Biz mərd və qeyrətli xalqıq. Bəli mərd və qeyrətli bir xalq. Bunu özümüz özümüzə aid etmişik görəsən, yoxsa doğurdan da başqalarının bizim haqqımızda düşündükləridir əslində. Yetərincə fəxr edilməli mərdlərimiz, qeyrətli oğul və qızlarımız olub, var da.

Azərbaycan torpağı bəlkə də mən deyərdim ki, bu sarıdan heç vaxt korluq çəkməyib. Çünki sinəsində neçə-neçə mərdlər yatırdır.

Lakin son vaxtlar qarşılaşdığım bəzi vəziyyətlər məni bu haqda yazmağa vadar edir. Əslində qeyrət bizim üçün toxunulmaz əhəmiyyət kəsb edən anlamdır, əcdadlarımız tərəfindən bizə qoyulan irsdir. Hansı ki, qorumalı olduğumuz bir irs. Ancaq mənlə razılaşın ki, qeyrət hal-hazırda “Qeyrət” anlamındadır. Yox əlbəttə ki, mən əvvəldə də qeyd etdim ki, yetərincə qeyrətli, namuslu şəxsiyyətlər yetişib bu diyarda, yetişir və yetişəcək də. Ancaq günü-gündən say nisbətindəki yaranan fərq açığı desəm məni qorxudur.

Bu gün danışmaq istədiyim mövzu qeyrətini, namusunu türklər demişkən “2 paralıq” edən qadınlarımız deyil. Bəli onlar deyil. Bir xanım kimi mən onları qınamaq istəmirəm. Çünki onlar kiminsə qeyrətidir, namusudur. Məni narahat edən başqalarına sahib çıxmaq əvəzinə, özlərinə belə sahib dura bilməyən “kişi”lərimizdir. Mən belələrinə kişi deyəndə Qaçaq Nəbi, Mehdi Hüseynzadə, Həzi Aslanov, General Əbilov, Çingiz Mustafayev, Mübariz İbrahimov kimi qəhrəmanlarımıza nə deyim görəsən. Gücüm yalnız onların ruhundan sadəcə üzr istəməyə çatır.

Bu bizim “kişi” adlandırdıqlarımız simalarını, namus və kişilik qeyrətlərini çoxdan itirmişlərdir. Şəhər küçələrində sahibsiz kişilərimiz nə qədər istəsən var. Sadəcə gündəlik olaraq kimlərinsə onlara sahib çıxdığını görmək doğurdan da çox acınacaqlı haldır. Düzdür bu onların şəxsi işləridir, qeyrilərinin kimsənin şəxsi işinə qarışmağında doğru olmadığını da bilirəm. Ancaq bir tərəfdən düşünəndə ki, mən yox, sən yox, o yox, bəs onda kim onları bu biabırçı vəziyyətdən çıxaracaq? Axı onlarda bu vətənin övladlarıdır. Nə olsun ki, biz avropalaşırıq, nə olsun ki, bizdə inteqrasiya güclü inkişaf edir. Bu o demək deyil ki, qeyrətimiz də avropalaşmalıdır.

Uzağa getmirəm, elə götürək Neftçilər metro stansiyasının yaxınlığını. Allah eləməsin, bir qız xeylağının təkbaşına ordan, gec demirəm saat 22:00- da yolu düşsə, elə oradaca həyatın bütün eybəcərliklərinin şahidi olacaq. Əxlaq normalarından tamamilə uzaq olan bu eybəcərlər elə belə də lazımmış kimi, həyasızcasına yan-yörələrinə baxa-baxa öz müştərilərini gözləyirlər. Axı nə deyim, bu da onların işləridir, həyat rejimləridir. Lakin onların fəaliyyət göstərmələri üçün xüsusi bir yerin ayrılması doğru olmazdımı? Vacibdirmi ki, böyükdən kiçiyə onların varlığını büsbütün hamı görsün?

Onlar bədbəxtdirlər, hərçənd özləri bunu dansalar belə. Ancaq sözün doğrusu mən onlardansa, onların müştərilərini bədbəxt adlandırardım. Hərəsi bir ailə başçısı olan bu kişilər, əslində ailə başçısı olmalı olan o kişilərdən nə ilə fərqlənirlər görəsən?

Dərinliyinə vardıqca mövzunun çox qəliz nüansları ortaya çıxa bilər. Bunu da bilirəm ki, cəmiyyət durduqca belə “kişi” lərimizdə olacaq, onların olmaması qeyri-mümkündür.

Ancaq hər halda onlara da bir yiyə tapılsaydı, zənnimcə problemin cüzi bir hissəsi aydınlaşmış olardı. Allah-təala əbəs yerə “kişi” məfhumunu yaratmayıb. Kişi olan kəs isə sözün əsl mənasında bu ağır yükü çiyinlərində nəinki daşımağı bacarmalıdır, o buna məcburdur!

# 2184 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
#
#
# # #