writer1

Vüsalə Məmmədova

Məqalə sayı

51
clock12:43 calendar-gray 05 Mart 2014 view-gray4851 dəfə oxunub
view-gray4851 dəfə oxunub

Vikinin Ulisesi zifaf gecəsi qapı dalında qoymağı

Birneçə gün öncə qatıldığım qızğın müzakirənin çək-çevir obyekti milli seriallarımız idi. Dostlarım məsələni belə qoymuşdular: Bu sahədə çatışmayan nədir? Müsbət və mənfi cəhətlər hansılardır?

Hətta baltanı dibindən vuranlar da vardı: Serialımız var ki, hələ nəsə də çatışmaya. Yox, bu cür köklü-köməcli inkarla qətiyyən razı deyiləm! Serialımız var! Ancaq...

Çox-çox əvvəllərin söhbətidir. Hələ onda milli serialımızın izi-tozu yoxdu, hələ türk diziləri dəbə minməmişdi.

Qonşuluğumuzda tək yaşayan ortayaşlı bir qadın rusca bilmədiyindən hər axşam bizə seriala baxmağa gələr, anamın yanında oturub hər dəqiqə başı soruşardı: “bajı nə dedi, bajı nooldu?”

Deməli, o məşhur “Mehriban düşmən” serialının növbəti bölümü verilirdi. Xulyodan əli çıxan Viki əlacsız qalıb sevmədiyi rəssam Ulisesə ərə getdi. Toy gecəsi də getdi girdi otağına, qapını daldan bərk-bərkkilidləyib kəlləni atıb yatdı. Ulises də qaldı qapını çöldən sığallaya-sığallaya...

Adəti üzrə serial boyunca fasiləsiz “bajı nə deyir, bajı niyə elə elədi, bajı nooldu” suallarını yağdıran qonşumuz başqa aləmdə idi. Üzünə baxanda elə bilirdin dünya uçub, o da qalıb altında. Əllərini də bir-birinə kilidləyib sinəsinin altına elə sıxmışdı ki, deyirdin bəs indicə barmaqları şaqqıltı ilə qırılıb düşəcək yerə.

Bölüm elə bu yerdə qurtardı, qadında həmən ayağa qalxıb getdi. Səhər açıldı, ondan xəbər çıxmadı, axşam düşdü, yenə görünmədi. Gecə də pəncərəsində işıq yanmadığından lap nigaran qaldıq, durub getdik dalınca. Qapını bir neçə dəfə döydük. Cavab vermədi. Handan-hana gözləri şişmiş, başı sarıqlı, ayaq üstdə güclə dayanaraq qapını açdı. Dedik, yəqin rayondakı qohumlardan pis xəbər alıb. Dili güclə söz tuturdu: “Gecə ki, Viki o gədəni qapının dalında heylə “qaroyla” günə qoydu ha, bax o vaxtdan özümə gələ bilmirəm. Təzyiqim nətər qalxıbsa, bütün günü başımı yerdən qaldıra bilməmişəm”.

Oxucum, bu məqamda toy gecəsi qapı dalında nakam qalan bəyin halına acıyan qadına rişxənd eləməyə tələsmə, çünki serial dediyin zatən bu sadə və həm də sadəlövh xalq üçündür. Ona reaksiya belə olmadısa, demək ki, o serial alınmayıb.

Mənim bacım aktrisadır – Şəbnəm Hüseynova. Rövşən İsaxın “Pərvanələrin rəqsi” serialında çəkilmişdi. Filmdə belə bir səhnə var idi ki, qız intihar etmək üçün gedib dayanır bir dəmir yolunda, gözlərini yumur, əlləri ilə qulaqlarını qapayır, qatar görünür və bölüm bitir.

Və telefonumuz zəng çalır: “Qatar qızı vuracaq?”

Beləcə, günlərlə cıqqırı çıxmayan telefonumuz düz bir həftə, növbəti bölümə qədər susmaq bilmədi. İllərdir üzünü görmədiyimiz, adını unutduğumuz, hansı bağlarla qohum olduğumuzu belə yadırğadığımız kim varsa ev telefonumuzu tapıb zəng edirdilər: “Qatar qızı vuracaq?”

Məncə insanlar bu qədər narahat ola biliblərsə, deməli “serialımız yoxdur” fikri absurddur.

Gələk çatışmayanlara. Məncə cəmi iki əksiyi var.

Bizim serialların bircə “bajı nooldu”su çatışmır. Texnikanı, vəsaiti bir tərəfə qoyaq. Bizim serialları aparıb uzaq Afrika səhralarında kiməsə göstərsən ordan bir insan oğlu qalxıb “bajı nooldu” soruşmaz.

Və!

Bizim ən reytinqli serialımızda belə elə bir kişi qəhrəmanı, “geroy” yoxdur ki, bir qız ona “otval” verəndə tamaşaçının qanı başına sıçrasın!

Elə qəhrəman yoxdur ki, o ölsə, tamaşaçının şəkəri qalxsın!

P.S. Əksinə, sevinəcəklər ki, “Yaman şit idi, yaxşı oldu!”

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Komediya ustası koronavirusdan vəfat etdi
17:01 30 Mart 2020
Tanınmış rejissor dünyasını dəyişdi
16:38 30 Mart 2020
Koronavirus dünyanı necə dəyişəcək: ağlagəlməz ehtimallar
15:59 30 Mart 2020
Teatrdan evdə qalan tamaşaçılara jest - Repertuar
14:56 30 Mart 2020
"Qızıl palma budağı", "Oskar", "Qızıl Qlobus"... - Mükafatların qənimi “Parazitlər” filminin sirri
14:11 30 Mart 2020
Rüstəm İbrahimbəyovla Nikita Mixalkov arasında nə baş verir? - Açıqlama
13:30 30 Mart 2020
Günəmuzd işləyənlərin ölümlə rəqsi - Səhər Əhməd yazır...
12:44 30 Mart 2020
Koronavirusa tutulan və sağalan yazıçıdan qeyri-adi açıqlama
11:35 30 Mart 2020
"I Live Rockn Roll" hitinin müəllifi dünyasını dəyişdi
11:09 30 Mart 2020
Kafkanın ölümündən sonra kuklanın içindən çıxan məktubu
10:33 30 Mart 2020
Babəkin oğlunu oynayan aktyor: "Yerdən siqaret kötüyü yığırdıq" - Müsahibə
08:59 30 Mart 2020
Milli Kitabxanadan 30 min manatlıq jest
17:40 29 Mart 2020
Filmlərin yayımı və nümayişi qaydalarına dəyişiklik edilib
17:01 29 Mart 2020
Şəfiqə Məmmədova ordenlə təltif edilib
15:45 29 Mart 2020
Komada olanda Alim Qasımovu onun yanına niyə çağırdılar? - Müğənni Şəfa haqqında maraqlı faktlar
15:00 29 Mart 2020
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
14:15 29 Mart 2020
Spirtlə dəstəmaz almaq zamanı
13:31 29 Mart 2020
Mərhum Xalq artistinin qonşusu: "Binamızın problemini bircə təbəssümlə həll etdi"
12:30 29 Mart 2020
Dünyanın ən qədim şeiri - 4 min yaşlı mətn
11:41 29 Mart 2020
AzTV-dən evdə darıxanlara sürpriz
11:03 29 Mart 2020