Sevgidən uzaq durun

Sevgidən uzaq durun
4 mart 2014
# 12:59

Yalnız ikən xoşbəxt olmaq olar? Xoşbəxt olmaq üçün insanın ikinci bir şəxsə ehtiyacı var? Sevib-sevilmədən özünü xoşbəxt hiss etmək olar?

Əlbəttə, olar. İnsan yalnızlığıyla xoşbəxt olmağı bacarmalıdır. Gülümsəmək üçün əlinizdən tutan bir partnyora ehtiyacınız yoxdur, heç vaxt da olmamalıdır. Önəmli olan kiçicik şeylərdən xoşbəxt olmağı bacarmaqdır. Şekspirin bir sözü var: “Özümü daim xoşbəxt hiss edirəm. Niyə, bilirsiz? Çünki, heç kimdən heç nə gözləmirəm”.

Xoşbəxtliyinizi kiminsə ovcunun içində qurmayın ki, o gedəndən sonra hər şeyi itirəsiz.

İnsanları zəiflədən duyğularıdı, xüsusən əks cinsə olan duyğular. Bu duyğular gözəl olduğu qədər təhlükəlidir. Əgər bacarmırsızsa uzaq durun. Mənə yazılan e-maillərdə xanımlar tərk edilməkdən, tənhalıqdan şikayətlənir. Oğlan oxucular da kiminsə getməyiylə həyatının mənasının itdiyini yazır. Əzizlərim, problemləriniz müxtəlif səbəblərdən yarana bilər, amma həlli yolu birdi.

Təhlükə siqnalı bilirsiz nədir? Gəlin sizə başa salım: əgər hansısa bir adamın yanında özünüzü rahat hiss edir, hər dediyinə gülümsəyir, onun çox gözəl olduğunu düşünür və yanında olanda hər şeyi unudub yalnız onu düşünürsüzsə bu sizin təhlükə siqnalınız çalınır deməkdir. “Döyüşçü klubu”nun yazarı Çak Palanikin hər zaman əməl etdiyim bir məsləhəti var: “Gözəldi? Yanında xoşbəxtsən? Vurulursan? Qoy qaç!”

Çünki hər kəs öz həyatında baş roldadı, heç kim sizin özünüzdən, sizin təbəssümünüzdən, hüzurunuzdan önəmli deyil. Ümidlərinizi kənara atın, özünüzə inanın, unutmayın insanın ən pis düşməni onun qarşılıqsız duyğuları və bu duyğuların məhsulu olan depressiv hallarıdı. Özünüzü sevin, kiçik şeylərdən xoşbəxtlik yaradın özünüzə. Küçədə insanlara gülümsəyin, hər hansı bir uşağa şokolad hədiyyə edin, bir pişik balasını sığallayın. Sevgidən uzaq durun, mən bir əsrdi uzağam və xoşbəxtəm.

# 3564 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #