writer1

Qan Turalı

Məqalə sayı

228
clock15:39 calendar-gray 01 İyun 2011 view-gray1302 dəfə oxunub
view-gray1302 dəfə oxunub

Qaraqanı qısqanmaq

Qaraqanın “A” romanını oxuyanda hələ Milli Kitab Mükafatının adı da yox idi.
Bu roman haqda mənə 15 yaşlı bir oxucum yazmışdı.
Özü mənə bağışladı kitabı.
Birnəfəsə də oxudum.
O 15 yaşlı qızın, Məryəmin ürəyinə dolmuşdu bu kitab.
O zaman da bu kitab çox satılırdı.
Gənclər bu haqda çox danışırdılar.
Sonra da bu əsər mükafat da aldı.
Bilirəm, mənim bu əsər haqda rəyim eyni cəbhədə olduğum yazarlar tərəfindən xoş qarşılanmayacaq.
Olsun!
Bu kitab sekta ədəbiyyatıdır.
Özünü HOST sektasına aid edən yüzlərlə, minlərlə yeniyetmə var.
Onlar üçün bu kitab müqəddəs bir kitabdır.
Bir marksist üçün “Kapital” nədirsə, bir müsəlman üçün Quran nədirsə, HOST-çular üçün da “A” odur.
Bu kitabın oxucuları eyni zamanda bu kitabın fanatlarıdır.
Sekta ədəbiyyatının ölkənin milli mükafatını almasını mən yaxşı hal saymıram.
Eləcə də romanın böyük bir roman olduğunu düşünmürəm.
İnanmıram ki, gələcəkdə Qaraqan böyük bir yazıçı olacaq.
Adətən, bu yaşdan kütləvi zövqün arxasınca qaçanlar sonralar ictimai şüuru silkələyən əsərlər yazmağa həvəs göstərmirlər.
Lakin fakt budur ki, Qaraqan bu sektanı yaratmaqla və bu kitabın PiaRını qurmaqla böyük uğur qazanıb.
Bu uğuru alqışlamaqdan başqa əlacımız yoxdur.
Azərbaycanda kitabın nə nüfuzu var ki?
Amma Qaraqan minlərlə gənc əli kitaba uzatmağa vadar elədi.
Başqaları ucuz kafe künclərində bir-birinin şəninə sağlıq deyərkən, o oxudu, yazdı, mahnı bəstələdi, müzikl səhnəyə qoydu.
Və bu uğurun qarşısında o tənbəllər indi qısqanırlar.
Onun yazdığı əsərin keyfiyyəti, əlbəttə ki, yüksək deyil.
Lakin ədəbiyyata marağın öldüyü bir ölkədə bu qədər kitab satmaq asan işdirmi?
Uğuru alqışlamaq lazımdır.
Çünki müasir dünyada ədəbiyyat yalnız mədəni hadisə deyil, eyni zamanda bir iqtisadiyyat, bir marketinq məsələsidir.
REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xalça şərqisi – Rafiq Tağının hekayəsi
21:01 05 Avqust 2021
Mirzə Cəlilin nəvəsi Fransadakı səfirliyimizdə olub
18:54 05 Avqust 2021
Qəbələ Musiqi Festivalı başa çatdı
18:14 05 Avqust 2021
Yaxınları Rafiq Tağını ziyarət etdi - Foto
18:07 05 Avqust 2021
Tanınmış yazıçı ilə görüş keçiriləcək
17:30 05 Avqust 2021
Axına qarşı üzmədən nəyəsə nail olmaq qeyri-mümkündür
17:01 05 Avqust 2021
Azərbaycanda etdiyi bu rəqsə görə Rafet El Romanı topa tutdular - Video
16:14 05 Avqust 2021
Rafiq Tağının qardaşı: “Anam qətlə yetirildiyini bilmirdi, ona qurban demişdi” – Müsahibə
15:21 05 Avqust 2021
Yaponiyada alovlanan olimpiya məşəli və Türkiyədəki meşə yanğınları
14:43 05 Avqust 2021
Nobelli şair məhkəməni uddu
14:01 05 Avqust 2021
"Çocuklar duymasın"ın Havuçu yanğınsöndürənlərə qoşuldu - Fotolar
13:12 05 Avqust 2021
Başı kəsilən Sevinci necə xilas edə bilərdik?
12:26 05 Avqust 2021
Əri evə başqa qadın gətirdi, efirə çıxarmaq üçün ona əxlaqsız təkliflər etdilər, iki uşağıyla ac-susuz qaldı – Səfil həyatı yaşayan xanəndəmiz
12:02 05 Avqust 2021
Flora Kərimovanı hədəfə alanların əsl siması – Sevda yazır...
11:01 05 Avqust 2021
Azərbaycanda yeni musiqi aləti yaradıldı - Foto
10:31 05 Avqust 2021
44 müəllifdən 44 ən yaxşı hekayə - Yeni layihə
10:01 05 Avqust 2021
Kosmik raketlərdən bəhs edən peyğəmbər hədisi – Zamin yazır...
09:00 05 Avqust 2021
Xalq artisti Rafiq Hüseynovun film kimi həyatı - Maraqlı faktlar
21:00 04 Avqust 2021
Amerikalı vokalçının “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib
18:45 04 Avqust 2021
Yanğın “Rəcəb İvedik”in evinə yaxınlaşdı – Qalmaqal düşdü
18:01 04 Avqust 2021