news-inner
clock15:18 calendar-gray 24 Fevral 2014 view-gray1206 dəfə oxunub
view-gray1206 dəfə oxunub

Afaq Məsud: “Roman, povest, yoxsa, sənədli publisistika?”

Ədəbiyyata, ədəbi proseslərə, ədəbi tənqid nəzəriyyəçiliyin ənənəvi akademizmindən fərqli, azad yaradıcı baxış bucağından yanaşmasını hər zaman yüksək dəyərləndirdiyim, qələm dostum Əsəd Cahangir, "Üç ən yaxşı Azərbaycan romanı" sorğusunda iştirak etmiş yazıçı və şairlərin bir qismini, roman janrının tələblərinə cavab verməyən əsərlərin (İsa Hüseynovun "Teleqram", "Saz", Sabir Əhmədovun "Qanköçürmə stansiyası", Anarın "Ağ liman", "Macal"), məni isə, ümumiyyətlə, sənədli publisistika hesab etdiyi "Qanlı illər"in (M.S. Ordubadi) seçimində suçlayırsa da, sorğu üzrə "roman"- "povest" janrına böldüyü bu əsərlərin, hansı şərtlər və təyinatlar üzrə roman, yaxud qeyri-roman olduğunu izah etmir.

Bəri başdan deyim ki, Sovetlər dönəminin məşum sosialist realizmi ənənələrindən yadigar qalmış: "aparıcı ana xətt və bu xətdən şaxələnən hadisələr və obrazlar" tərifi ilə müəyyənləşdirilən "roman janrı təyini" metodu - ədəbiyyata, Zamanın çevik və sürətli axarı ilə hər an yeniləşməkdə və dəyişməkdə olan Ümumbəşəri Fikir Ərazisi Müstəvisinin, çoxdan bəri öz üzərindən kənara atdığı arxaik bir yanaşmadır.

İtalyan dilində "novella" (romanze) mənasını daşıyan roman da, rus dilində "povestvovaniye" yəni "nəql" mənasını müəyyən edən povest də, əslində, yazıçının, kiçik hekayə həcminə sığışdıra bilmədiyi Ədəbi Niyyətinin və Amalının, bəzən bir qədər uzun, bəzənsə, çox uzun mətnlərlə sərgilədiyi hekayədir. Bir vaxtlar: "Axı bu "roman" deyilənin, o birilərdən fərqini kim izah edər?" deyən, romanlar və hekayələr ustası Qabriel Qarsia Markes də, "Yeqeniy Onegin" poemasını roman adlanıran Puşkin də, ədəbi janr damğasıyla möhürləməyə çalışdığımız Ədəbiyyatın, hər hansı çərçivələrə və qəliblərə sığmayan, əlahiddə Mücərrədliyindən - Lütfi Zadə demişkən "qeyri-səlisliyindən" agah olanlar sırasındadırlar.

Yox, əgər burda söhbət, ədəbi, ruhi, fərdi düşüncə azadlığının məhsulu olan əsərin "roman", yaxud, "povest" olduğunu həcm kateqoriyası üzrə müəyyənləşdirilməsindən gedirsə, o halda, uzun-uzadı, lüzumsuz ədəbi təfərrüatçılıqlar hesabına sambalı həcmlər əldə etmiş "romanların", ədəbi dəyər baxımından, həcmcə kiçik, lakin məna tutumu, ədəbi fikir, ifadə məharəti ilə, bəşər tarixinə hadisə kimi, həkk olunmuş, həmin o "povestlərə" uduzduğu, hamımıza bəlli olan, məlum həqiqətdir.

"Qanlı illər"ə gəlincə, əvvəla deyim ki, "ən yaxşı üç roman" qismində seçdiyim üç əsərin heç biri, Əsədin təbiri ilə desək, "mənim sevimli romanım" deyil. Mənim sevimli yazıçılarım var. "Ən yaxşı Azərbaycan romanı" qismində seçdiklərim, mövzu və sənət baxımından yüksək dəyərləndirdiklərimdir.

Roman qismində seçdiyim "Qanlı illər"in sənədli publisistikaolmasına gəlincə, əsrin əvvəllərində erməni işğalçılarının Azərbaycan ərazilərində törətdikləri vəhşilikləri sübuta yetirən sənədli materiallar əsasında, lakin insan, vətəndaş və yazıçı ağrısıyla yazılmış bu əsəri, o səbəbdən Azərbaycan ədəbiyyatının ən dəyərli əsəri (romanı, hekayəti) hesab edirəm ki, yaralı yerimiz olan erməni vəhşiliklərinin, erməni mentallığının qaniçənliyinin bariz, bədii təsvirlərlə əks etdirən bu əsərin (istəyirsiz, onu sənədli publisistikaadlandırın) yanında, mövzusu aktuallığı, təsir qüvvəsi baxımından dayana biləcək ikinci bir əsər görmürəm. Və sözümü, "Qanlı illər" in başlanğıcında yer alan kiçicik mətnlə - əsərdə təsvir olunan tükürpədici hadisələrin və olayların arasıyla yarıölü, yarıdiri halda gəzişən Məmməd Səidin, yaralı ruhunun titrəyişləri ilə qələmə aldığı cümlələrlə bitirirəm:

"Sözümə, dərin hüzn və ağrılarla başlayıram. Qəribədir... Qələmim, bu qanlı illərdə törədilən faciələri əks etdirməyə tələsir, vicdanım məndən, müqəddəs borcumu yerinə yetirməyi tələb edir, o illərin, göylərə ucalan kömək fəryadlarından yazıqlaşan ruhum isə, olanları yenidən yaşamaqdan imtina edir. Lakin, nəyin bahasna olursa olsun, ağrı və kədərimin zirvəsi olan bu əsərimi insanlığa çatdırmalıyam. Baş vermiş bu qanlı illəri təsvir etməkdə niyyətim - iki xalq arasında yaşanan faciənin, gələcək nəsillərə çatdırılmasıdır".

news-inner-user
Afaq Məsud

15 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın - İlqar Kamil yazır...
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020