Süd içməyi vəhşilik sayan dahi

Süd içməyi vəhşilik sayan dahi
20 fevral 2014
# 08:45

Kulis.az məşhur rəssamlar haqda maraqlı faktları təqdim edir.

Pablo Pikasso: “Yaxşı rəssamlar sürətini çıxarırlar, dahilər isə oğurlayırlar”

Pablo Pikasso doğulduqdan sonra həkim onun öldüyünü deyib. Pablonu dayısı xilas edib. Dayısı siqar çəkərkən görüb ki, körpəni masanın üzərinə uzadıblar. Yaxınlaşaraq onun üzünə tüstü püfləyib. Qəfildən uşaq bağırmağa başlayıb.

Gələcəyin məşhur rəssamı gənc yaşlarında Parisdə o qədər kasıb yaşayırmış ki, evdə donmamaq üçün əsərlərini yandırırmış. Lap Mirzə Cəlilin qocalıq dövrü yada düşür...

Pikassonun tam adı belədir əslində: Pablo Diego José Francisco de Paula Juan Nepomuceno María de los Remedios Cipriano de la Santísima Trinidad Ruiz y Picasso.

Vinsent Van Qoq: “Səhv etməkdən qorxma. Bir çoxları hesab edir ki, pis nəsə etməsələr, yaxşı adam olacaqlar”

Van Qoq ömrü boyu maniakal-depressiv psixozdan tutmuş şizofreniyaya qədər müxtəlif xəstəliklərdən müalicə alıb. Onun ən məşhur əsəri olan “Ulduzlu gecə” 1989-cü ildə San Remi şəhərciyindəki xəstəxana çəkilmişdi.

Van Qoq 37 yaşında intihar edib. Özünü fermanın həyətində güllə ilə öldürüb.

Van Qoq haqda danışarkən hamının bildiyi bir fakt var: onun qulağını kəsməsi. Əslində isə Van Qoq qulağını dibdən kəsməyib, sadəcə ucundan kiçik bir parça kəsib ki, bu da tamamilə ağrısız bir şeydir. Bu əfsanə hətta özü-özünü əməliyyat edən və ya əməliyyat olunmasında israr edən xəstələrin davranışında da əks olunub – bu davranışı “Van Qoq sindromu” adlandırırlar.

Leonardo Da Vinçi: “Kim qorxu içərisində yaşayırsa, o elə qorxudan da məhv olur”

Leonardo Da Vinçi vegetarian idi, heç vaxt inək südü içmirdi, çünki vəhşilik hesab edirdi: “Əgər insan özü azadlığa can atırsa, nəyə görə o, quşları və heyvanları qəfəsə salır?......insan dünyada ən böyük yırtıcıdır, çünki o, hər şeylə pis davranır. Biz başqalarını öldürərək yaşayırıq. Biz qəbiristanlığa gedən insanlar! Hələ gənc yaşlarımda ikən mən ətdən imtina elədim”.

Deyilənə görə Leonardo Da Vinçi sağ və sol əlini eyni cür işlədə bilirmiş. İstəyəndə sağ əllə, istəyəndə sol əllə yazırmış. Hətta eyni vaxtda hər iki əli ilə yaza bilərmiş.

Leonardonun həmçinin ecazkar musiqi aləti olan liredə ifa etmə bacarığı var idi. Milanda onu həbs etmişdilər o, musiqi alətində məharətlə çalaraq rəssam deyil, musiqiçi olduğunu hakimə sübut etməyi bacarmışdı.

Edvard Munk: “Mən öz yaradıcılığımla özümə həyat və onun mənasını izah etməyə çalışdım, həmçinin başqalarına da kömək istədim ki, öz həyatlarının mənasını başa düşsünlər”

Munkun anası vərəmdən öləndə onun beş yaşı vardı, sonra isə böyük bacısını da itirdi. Buna görə onun bütün həyat və yaradıcılığında ölüm mövzusu, faciə üstünlük təşkil edir.

Munkun məşhur əsəri olan “Haray” (orijinalı: “Skrik”) açıq hərracda satılmış ən bahalı əsərdir.

O işinə çox bağlı adam olub və özü bu barədə belə deyirdi: “Yaradıcılıq mənim üçün xəstəlik və sərxoşluqdur. Elə xəstəlikdir ki, ondan yaxa qurtarmaq istəmirəm, elə sərxoşluqdur, həmişə elə qalmaq istəyirəm”.

# 4729 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
Erməni qızı  - Qəşəm Nəcəfzadənin yeni hekayəsi

Erməni qızı - Qəşəm Nəcəfzadənin yeni hekayəsi

12:00 29 oktyabr 2026
Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

16:00 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər