news-inner
clock09:00 calendar-gray 09 Fevral 2014 view-gray7295 dəfə oxunub
view-gray7295 dəfə oxunub

Azərbaycanda bic anası olmaq

V yazı

Əlinə-ayağına, başına-gözünə dolaşan nə varsa-hamısından tərəddüd etmədən azad olmaq lazımdır. Müharibənin bizə yaşatdığı köçhaköç ərəfəsində bunun qaçılmaz, həm də yeganə çıxış yolu olduğunu özüm üçün birdəfəlik yəqin eləmişəm.

Bəyənib seçdiyin heç nəyi müqəddəsləşdirməyə can atmayacaqsan, sənin olan heç nəyə isinişməyəcəksən. Çünki növbəti yerdəyişmədə onu itirməyə məhkumsan, indiyə qədər sahib olduqlarını itirdiyin kimi.

Ölüm qəfildən gələndə bizdən sonra qalan hər şey doğmalarımıza gözdağı olacaq. Deyib-güldükləri yerdə gözlərinə sataşan istənilən kiçik xatirəmiz gülüşlərini donduracaq, sözlərini kəsəcək. Biz yoxuq deyə onlara sevinməyi yasaqlamaq özü də çox böyük bir haqsızlıq deyilmi?

Qeyri-qanuni, daha dəqiqi əlin çatsa da haqqın çatmayan və artıq olan nə varsa ləğv eləməyi sevirəm. Ona görə ki, sonda kiməsə “qanun” pərdəsinə bürünüb üzərimə yerimək şansını vermək istəmirəm. Ona görə ki, sabah yenə köçəndə əşyalarım az olsun, özümü itirmədən, rahat yır-yığış eləyə bilim.

Demək olar ki, bu vərdişim mənim həyat formuluma çevrilib. Hətta saçlarım belə bir balaca uzanan kimi, əlbəəl onlardan qurtulmaq istəyirəm.

...Saçlarımı kəsib, rəngləmək üçün salona getmişəm. Deyim ki, burada keçirdiyim vaxt mənim üçün həmişə əməlli-başlı işgəncədir. Çünki qadınlar bir yerə yığışanda dözülməz bir mənzərə yaranır. Kişilər yanımızda olanda müdrikliyimiz tutur, az danışırıq, eybimiz açılmır. Yoxsa bir dəstə hər şey üzrə mütəxəssis olan qadın toplaşır, ya səbir!

Gənc bir xanım səsini başına atıb, qaynana-gəlin münasibətlərindən elə həvəslə, ağız dolusu danışır ki, deyirsən ən azı beş-altı dəfə ərdə olub.

Özümü əlimdə kitab oxuyuram kimi göstərməyə çalışsam da, mümkün deyil, yanımı kəsdirib durub.

Ailə dəyərlərinin mahir “bilicisi” səsini bir az da qaldırıb bütün salona xitab edir:

- Nəyi gözləyirsiz? Otuz yaşından sonra uşaq doğmaq sizə asan gəlir? Gərək ərə gedəsiz? Sabahınızı fikirləşin, mütləq uşaq doğmaq lazımdır! Kimin nə deyəcəyini fikirləşməyin. Tək-tənha qalanda heç kim gəlib sizə həyan olmayacaq...

Dinən yoxdur, kimsə onun sözünü kəsməyə ürək eləmir. O isə dayanmır, ana olmaq üçün ailə qurmağı gözləməyi yersiz hesab edir: “25 yaşına qədər ailə qurmaq qismət olmayanlar hamısı mütləq uşaq doğmalıdır!” Sitatın sonu!

Sanki cəmiyyət qollarını açıb nikahdan kənar doğulan uşaqları gözləyir...

Sanki o uşağa ilk “bic” damğasını elə bu başqalarının məhrəminə burnunu uzadan xanım kimi biri yapışdırmayacaq!

Sanki dövlət artıq elə bir sistem yaradıb ki, insanlar uşaqlarının sabahından arxayın ola bilir!

Sanki bu qədər asanmış ana olmaq!

“Dinləyicilər” isə sanki bic doğmağa cürətləri çatmadıqları üçün xəcalət çəkirmişcəsinə başlarını aşağı salıb, susurlar. Xanımın ayağı daha da yer alır, mövzudan-mövzuya məharətlə keçir: toyundan əvvəl iki ay Avropada yaşamasından danışır: “Ürəyim istəyən kimi yaşadım eee... Bir gecə klubuna getmədim, çünki ora mənim kimi qızların yeri deyil. Bir də göbəyimdə tatuirovka olmasını çox istəyirdim, amma... Düşündüm ki, yenə Bakıya qayıdacam, yayda dənizə gedəcəm, insanlar göbəyimdə tatu görəndə haqqımda nə düşünərlər?”

Bu vaxt şeytan əlimdəki kitabı qatlayıb, yox! Onun başına çırpmadı! Sadəcə bir kənara qoydu. “Bunun səsini kəs, yoxsa oxumaq mümkün olmayacaq” dedi.

- Öz göbəyinizdə bir tatu daşımağa cəsarətiniz çatmır, camaata naməlum “ata”lardan uşaq doğmağı, qucaqlarında bic daşımağı tövsiyə edirsiz?

Sonra nə dediyimi xatırlamıram, bəlkə də demişəm, amma öz səsimi eşitməmişəm. Çünki salondakı qadınların dili açılmışdı:

- Siz heç bilirsiz tək uşaq saxlamaq nə deməkdir? Heç atalı uşağı saxlamaq olmur...!

Mənə görə uşaq ailədə böyüməlidir. O hər hansı bir əşya deyil ki, ürəyin istəyəndə düzəldib alasan qucağına.

Bəlkə də hərşeyşünas qadının hələ sözü qalmışdı. Ancaq səsini kəsdi. Səhərdən dərs verdiyi kütlə dil açmışdı. Kütlə isə danışmağa başlayanda qarşısında dayanmaq asan olmur.

Boyanın yuyulma vaxtı çatır, vanna otağına keçirəm. Burda saç yuyan qadın məni doğma anammış kimi bərk-bərk qucaqlayır. Saçımın boyası ona toxunmasın deyə arxaya çəkiləndə ağladığını görürəm:

“...38 yaşım var idi, ailə qurmaq... Qismətdi də, olmadı, alınmadı... Hamı bu qız kimi dedi, “tək qalacaqsan, bir uşaq doğ”... Tək qocalmaqdan elə qorxurdum ki... Axırda sırf uşağım olsun deyə bir nəfərdən hamilə qaldım. Sonra heç itirib axtarmadı... Mən də gözünə görünmədim. Hamiləliyimin dördüncü ayında qardaşım başa düşdü... Heç nə soruşmadan məni döyüb küçəyə atdı, işdən də qovdurdu... Qarnıma o qədər təpik vurmuşdu ki... Oğlum xəstə doğulanda həkimlər dedi ana bətnində travma alıb. On iki yaşı var, bu günə kimi də onu tualetə mən aparıb gətirirəm... Öz günahlarıma baxan kimi baxıram ona, yuyub-təmizləyirəm... Onu bu yaşımda tək qalmamaq üçün doğdum, amma indi mənə bir şey olsa, o tək qalacaq. Bic olduğu üçün heç bir qohum, dost ona sahib çıxmayacaq... Ana olmaq mənə peşmanlıqdan başqa heç nə gətirmədi...”

Əlli yaşlı “günahı” övlada, övladı günaha çevrilmiş anaya nə deyəsən?

Yaxud bizim insana valideyn olmağın həyan axtarmaqdan daha ağır məsuliyyət olduğunu necə anladasan?

Bu qədər asanmış övlad sahibi olmaq? Tanımadığın, təsadüfi biriylə heç bir istək, sevgi, həyəcan duymadan yatağını paylaşırsan və... nəticədə hər vanna otağının qapısı arxasında bir qadın dramı gizlənir...

Əvvəlki yazılar:

I Yazı:Kaş qızım fahişə olaydı

II Yazı:Fahişələrdən başqa bir də ANA ilə rastlaşdım

III Yazı:Qızları doğulan kimi öldürməli

IV Yazı: Geydən kişilərə mesaj

Oxşar xəbərlər

Xəbər lenti

Xalq artistinə ağır itki üz verdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020