“Şuşa” filmini çəkən məşhur Italiya rejissoru

“Şuşa” filmini çəkən məşhur Italiya rejissoru
25 yanvar 2014
# 08:30

Kulis.Az “Baxılası 50 film” layihəsində Vittorio De Sikanın “Velosiped oğruları” filmini təqdim edir.

Vittorio De Sika (1901-1974) italyan neorealizminin liderlərindən biridir.

Kiçik bank işçisi ailəsində doğulan De Sikanın valideynlərinin arzusu onu mühasib görmək idi.

Amma o, teatr truppasına daxil olur və aktyor kimi çalışır.

Aktyorluq isə ona potensialını realizə etməsi üçün yetmir. Ona görə De Sika özü filmlər çəkməyə başlayır.

Rejissor kimi ilk işləri kinematoqrafik baxımdan sıradan olsa da, tənqidçilər onun idillik komediyalarındakı incə poetikliyi, səmimiyyəti xüsusi qeyd edirdi.

“Uşaqlar bizı baxır” dramı ilə De Sika yaradıcılığında yeni mərhələyə qədəm qoyur.

Bu filmdə ailə münasibətlərinə ilk dəfə olaraq bir uşağın gözü ilə baxılır. Valideynlərinin münasibətindəki saxtalığın ağrısını yaşayan balaca Prikonin tənhalığı, cəmiyyətdə hər şeyin ideal olduğunu sırıyan faşist təbliğatının əksi idi.

Film eyni zamanda italyan kinosunda neorealizmin müjdəçisi oldu.

Ona dünya şöhrəti gətirən, sənədli üslubda ekranlaşdırdığı “Şuşa” (hərfi mənası “ayaqqabı təmizləyən”) filmində isə müharibədən sonrakı İtaliyada sahibsiz uşaq problemini ön plana çıxarır. Bu, rejissorun ilk və əsl neorealist filmi idi.

De Sika neorealizmin ən yaxşı filmlərini yaradıb (“Milanda möcüzə”, “Umberto D”, “Göyün qapısı”) və müxtəlif janrlarda uğurlu ekran əsərləri çəkib.

“Baxılası 50 film layihə”sində italyan neorealizminin şedevrlərindən biri, Luici Bartolininin eyni adlı romanı əsasında çəkilən “Velosiped oğruları” dramını təqdim edəcəyik.

Süjet:

Müharibədən sonrakı İtaliya. Ailə başçısı, gənc Antonio iş axtarır. Uzun axtarışlardan sonra o, nəhayət, iş tapır. Amma yeni işində - küçələrdə afişa vurmaq üçün ona velosiped lazımdır. Məmur ona, “velosiped yoxdursa, iş də yoxdur” deyir. Bunun üçün o, evdə pula gedən yeganə əşyanı - döşək ağlarını sataraq velosiped alır. Amma ilk iş günü onun velosipedini oğurlayırlar.

Film kiçik insanın klassik faciəsindən, onun yaşamaq uğrunda mübarizəsindən, ümidsiz cəhdlərindən bəhs edən sosial psixoloji hekayətdir.

Antonio balaca oğlu ilə velosipedin axtarışlarına başlayır. Tamaşaçı onların gözləri ilə yoxsul Romanı görür.

Velosipedin axtarışları filmin əsasını təşkil edir.

Burda əsas obrazlardan biri metaforik qəhrəman velosipedidi. Yoxsul italyan ailəsi üçün bu, həm ailəni dolandıran əşyadır, həm də gözəl günlərin simvoludur.

Ümidsiz qəhrəman özü velosiped oğurlamağa cəhd etsə də alınmır. Film kədərli bitir. Antonio amansız dünyada çarəsiz, ümidsiz, heç nəsiz qalır.

Rejissoru pessimizmdə günahlandırsalar da, sonralar “Velosiped oğruları” dünya kinematoqrafiyasında klassik film statusunu aldı.

Çox illər sonra De Sika film haqda deyirdi: “Bu film, ola bilsin, bir az sentimentaldır, amma mənim xoşuma gəlir”.

Maraqlı faktlar

De Sika neorealizmin ənənəsinə sadiq qalaraq aktyorları küçədən tapıb.

Çəkilişlərdən sonra Antonio rolunun ifaçısı Lamberto Madciorane işlədiyi zavodda ixtisara düşüb.

Qəhrəmanının taleyini yaşayan Madciorane aktyor kimi fəaliyyətə başlayır.

Baş rola Hollivud ulduzları Keri Qrant və Henri Fonda təklif olunsa da, son nəticədə De Sika qeyri-peşəkar aktyora üstünlük verir.

Antonio məşhur Amerika aktrisası Rita Heyvortun afişasını divara yapışdıranda velosiped oğurlanır.

De Sika rejissura işi ilə yanaşı bayağı filmlərə çəkilir və qonorarını layihələrinə xərcləyirdi.

O, qızğın qumarbaz idi.

Rejissorun 4 filmi Oskara layiq görülüb: “Şuşa”, “Velosiped oğruları”, “Dünən, bu gün, sabah”, “Finzi Kontininin bağı”.

De Sika eyni zamanda Kann, Berlin, Venesiya festivallarının mükafatçısıdır.

Sevda Sultanova

Filmə burdan baxa bilərsiz

Fransua Trüffonunun “400 zərbə” filmi

Abbas Kiarostaminin “Albalı dadı” filmi

Karl Dreyerin “Janna Darkı istirabları” filmi

Sidney Lumet “On iki qəzəbli kişi” filmi

Bernardo Bertoluççinin “Konformist” filmi.

Dziqa Vertovun “Kinokameralı adam” filmi.

Mikalancelo Antonioninin “Macəra” filmi.

Pol Tomas Andersonun “Maqnoliya” filmi

Yasudziro Odzunun “Tokio əhvalatı” filmi.

Vim Vendersin “Berlin üzərində səma ” filmi.

Con Fordun "Dilican" filmi.

İnqmar Berqmanın "Persona" filmi.

Jan Renuarın “Oyun qaydaları” filmi.

# 5739 dəfə oxunub

Oxşar xəbərlər

Heç vaxt yağış yağmayan, azadlığın günah olduğu şəhər

Heç vaxt yağış yağmayan, azadlığın günah olduğu şəhər

14:03 3 noyabr 2025
"Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir?"  - Fellini bizə nə öyrətdi?

"Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir?" - Fellini bizə nə öyrətdi?

17:56 31 oktyabr 2025
Döyməsinə görə ordudan atılan "Ceyms Bond"  - Şon Konneri ölümdən necə xilas olmuşdu?

Döyməsinə görə ordudan atılan "Ceyms Bond" - Şon Konneri ölümdən necə xilas olmuşdu?

17:49 31 oktyabr 2025
"Burada heç kim xoşbəxt ola bilmir" - Kölgələr limanının sakinləri

"Burada heç kim xoşbəxt ola bilmir" - Kölgələr limanının sakinləri

14:28 31 oktyabr 2025
Dövlətin ayırdığı 10 milyon manat haralara xərclənir? - Rejissor Mədəniyyət Nazirliyini sərt tənqid etdi

Dövlətin ayırdığı 10 milyon manat haralara xərclənir? - Rejissor Mədəniyyət Nazirliyini sərt tənqid etdi

18:53 29 oktyabr 2025
Astarada film çəkilişində film kimi dava:  "Mənə dedi ki, yolda maşını çevirib səni öldürəcəyəm"

Astarada film çəkilişində film kimi dava: "Mənə dedi ki, yolda maşını çevirib səni öldürəcəyəm"

18:24 29 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər