writer1

Cəlil Cavanşir

Məqalə sayı

294
clock08:45 calendar-gray 08 Yanvar 2014 view-gray2190 dəfə oxunub
view-gray2190 dəfə oxunub

Xalqın təkidli tələbi ilə...

Bəri başdan deyim ki, bu yazını xalqın və oxucuların təkidli tələbi ilə qələmə almışam.

Əli Novruzovun “7 hekayə” kitabını tənqid edəcəyimlə bağlı proqnozlar veriləndə, kitab çap üçün mətbəəyə göndərilməmişdi. Kitabı hər zaman yüksək dəyərləndirən xalqımız, gecə-gündüz əlindən kitab düşməyən oxucularımız, şəhər fəhlələri və kənd zəhmətkeşləri yaxşı xatırlayır ki, Əli Novruzov illər öncə mənim “İtirilmiş əlyazma” romanım haqqında kobud bir bloq yazısı yazmışdı. Mən də qeyzlənib ona cavab yazmışdım. Beləliklə Əli ilə aramızda “soyuq müharibə”nin təməli qoyulsa da, uzun çəkmədi.

Maraqlıdır ki, “müharibə” düşmənçiliyə yox, bizim yaxından tanışlığımıza təkan verdi. Beləliklə “anqlo-sakson düşüncəli tənqidçi” dostum Əli Novruzov ilə daha yaxın münasibətlərimiz yarandı. Əlini tanıdıqca ona hörmətim yarandı.

Əli Novruzov fərqli düşüncəli, intellektual və maraqlı gənclərdən biridir.

Əli Novruzov mənim romanımı tənqid etməklə başladığı tənqidçilik karyerasını davam etdirərək Araz Bayramovun, Dilqəm Əhmədin, Qan Turalının, Günel Mövludun, Sahilə İbrahimovanın da kitabları haqqında sərt yazılar yazdı.

Normal olaraq bu yazılar – resenziyalar – birmənalı qarşılanmadı. İntiriqaya meylli ədəbi cameədə onun arzuolunmaz obrazı formalaşdı. Əli Novruzov çoxlarını narazı salsa da, özündə cəsarət tapıb ilk kitabını təqdim etdi. O bu qərarı verəndə anladım ki, onun yazılarında bəzi sovetdənqalma işverən tənqidçilərə məxsus xılt, qısqanclıq, paxıllıq axtarmaq yersizdir.

Yarızarafat, yarıciddi Əli Novruzovu “yıxıb-sürüməyimi” arzulayanları, tələb edənləri, ehtimal edənləri, ağlının ucundan keçirənləri, səbirsizliklə gözləyənləri çox intizarda saxlamamağa qərar verdim.

Qərar verdim ki, “7 hekayə” haqqında fikirlərimi sizlərlə bölüşüm.

Hər şeydən əvvəl onu qeyd edim ki, “7 hekayə” konsepsiyası, ideyası olan bir kitabdır. Əli Novruzovun intellektinə bələd olsam da, kiçik bir kitabda bu qədər rəngarənglik və fərqli yanaşma gözləmirdim. Kitabdakı hekayələrin bölgüsü maraqlıdır – alleqorik, millətçi, solçu, romantik, absurd, post-modern və plagiat. Hələ 7 hekayəni oxuyanlar üçün, “Pir” hekayəsi də bonusdur.

Texniki məsələləri də gözardı etmək istəməzdim. Gündüz Ağayevin işlədiyi üz qapağı nə qədər maraqlıdırsa, korrektə xətaları bir o qədər boldur. Kitabın böyük şriflərlə təqdim olunmasını qüsur hesab edirlər. Az-çox kitab işindən anlayışım olduğu üçün, bu iradla da razılaşıram. Amma bunu mənim kimi gözləri zəif görən oxucular üçün müəllifin lütfü kimi qəbul edirəm.

“7 hekayə”ni hər yerdə - metroda , avtobusda, taksidə, dayanacaqda, evdə, ofisdə - oxuya bilərsiniz. Format əlverişli və hər şəraitdə oxumaq üçün idealdır.

Keçək əsas məsələyə

Kitabı əlimə alan kimi “Yayı olmayan il” hekayəsini (Postmodern hekayə) oxudum. Çünki kitab çap olunmamışdan bir müddət əvvəl Əli bu hekayəni mənə göndərmişdi və bəyənmişdim. Əslində “Yayı olmayan il” hekayəsini bu kitabın uğurlu ola biləcəyinə ciddi bir işarə hesab eləmişdim. Əli Novruzovun yanaşması, texnikası elə o vaxtdan çox xoşuma gəlmişdi. Bir neçə qeydimi də gərək ki, o zaman müəllifin özünə bildirmişdim. Bu hekayəyə qədər əlinin kitaba “Bonus” olaraq əlavə etdiyi “Pir”i də oxumuşdum. İlk dəfə oxuyanda maraqlı hesab etsəm də, yenidən oxuyanda hədəfi, məqsədi bəlli olsa da, “Pir” xoşuma gəlmədi.

Əvvəlcədən oxuduğum hekayələrə bir daha göz atıb qayıtdım kitabın əvvəlinə.

Kitabın ilk hekayəsi “Fəlakət” (Alleqorik hekayə) birmənalı olaraq xoşuma gəlmədi. Bu hekayəni oxuduğum qısa müddət mənə bir il kimi uzun göründü, darıxdım. Hekayə heç bir xüsusiyyəti ilə mənim zövqümü oxşamadı. Bəsit yanaşma və tam yerinə oturmayan alleqoriya məni cəlb etmədi. Bu hekayədən yadımda qalan yeganə detal professor Bayquşdur.

“40 mühafiz” (Millətçi hekayə), “Dəniz kənarında” (Romantik hekayə), “Şəhər” (Absurd hekayə) hekayələri haqqında ayrı-ayrılıqda danışmağa ehtiyac görmürəm. Bu hekayələr mənə maraqlı gəlmədi. Xüsusilə “Dəniz kənarında” hekayəsi müəllifin imkanlarından çox-çox aşağı və bəsit yazılmışdı. Eyni zamanda darıxdırıcı təhkiyə və dil xətaları hər üç hekayədə qabarıq şəkildə özünü göstərir.

“Boyunbağı” (Plagiat hekayə) kitabın ən gözəl hekayəsidir. Dil, təhkiyə, struktur, müasir ədəbiyyata bələdlik və manevrlər yerli-yerindədir. Bu hekayədən çox böyük zövq aldım. Düşünürəm ki, “7 hekayə”ni təkcə bu hekayəyə görə almağa və kitabxananıza əlavə etməyə dəyər.

“Qara” (solçu hekayə) “Boyunbağı” qədər xoşuma gəlməsə də Əlinin ikinci ən gözəl hekayəsi hesab edirəm.

Kitab haqqında, xüsusilə bədii kitablar haqqında obyektiv yazı yazmaq o qədər də asan deyil.

“7 hekayə” haqqında yuxarıda yazdığım bütün fikirlər mənim subyektiv fikirlərimdir, ehkam deyil. Ola bilsin ki, kimlərinsə gözləntisi özünü doğrultmadı.

Son olaraq:

Qüsurları olsa da, Əli Novruzovun bu kitabını almağa, oxumağa, kitabxananıza daxil etməyə eyni zamanda dostunuza hədiyyə etməyə dəyər.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020
Dünyanın sonuncu tənha adamı - Kamal Abdullanın romanları haqda...
16:58 11 Avqust 2020
Nənəmin laylası öpür üzümdən – Şeirlər
15:44 11 Avqust 2020
Məşhur şairin məzarı tapıldı - Foto
14:52 11 Avqust 2020
İntihar edən məşhur aktyorun həyatı film olur
14:01 11 Avqust 2020
Sevdiyi kişidən məcbur ayırdılar, əri xalası qızıyla evləndi, gənc yaşında xiffətdən öldü – Faciələrə dözməyən “Nəsimi”nin Şəmsi
13:11 11 Avqust 2020
Uşaqlıqda hərbçi atamın, gənclikdə hərbçi sevgilimin yolunu gözləmiş adamam – Fəridə yazır...
12:06 11 Avqust 2020
"Azərbaycan Böyük Vətən müharibəsi illərində" kitabı nəşr olunub
11:27 11 Avqust 2020
Əri hamilə yoldaşını dənizdə niyə boğdu? - Günel Natiq yazır...
10:42 11 Avqust 2020
Sevda Ələkbərzadə yeni mahnısını təqdim etdi - Video
10:05 11 Avqust 2020
Atamın əlləri - Sərdar Aminin yeni hekayəsi
09:01 11 Avqust 2020
Özünü Ancelina Coliyə çevirən gənc oğlan - Fotolar
18:43 10 Avqust 2020
İlğım - Şəhla Nihanın yeni hekayəsi
17:59 10 Avqust 2020
Kinonun böhrana təsiri - Çarli Çaplin nə demək istəyirdi?
17:14 10 Avqust 2020
Mədəniyyət nazirinin müşaviri və şöbə müdirləri vəzifəsindən azad edildi
16:24 10 Avqust 2020
Rusların Yer planetində açdıqları "Cəhənnəm qapısı": Əlli ildir, bağlaya bilmirlər - Foto
16:02 10 Avqust 2020
Yazıçı Səfər Alışarlının yeni kitabı çap olundu
15:45 10 Avqust 2020