news-inner
clock12:05 calendar-gray 27 Dekabr 2013 view-gray894 dəfə oxunub
view-gray894 dəfə oxunub

Dikkensdən Qoqola ədəbiyyatda yeni il ənənəsi

Kulis.Az ədəbiyyatda yeni il adətlərinin tarixi haqqında məqaləni təqdim edir.

Uşaqlar üçün qış ədəbiyyatını şərti olaraq milad hekayələri, nağıllar və müəllif hekayələrinə bölmək olar. Bunlardan birincisinin “təməlini” qoyan 1843-cü ildə “Milad mahnısı nəsrdə” əsərini yazmış Çarlz Dikkens hesab olunur. Bu əsər ruhlarla görüşdükdən sonra tamamilə dəyişən qoca xəsis mister Skrucdan bəhs edir. Bu janrda yazılmış ən təsirli əsərlərdən biri Hans Kristian Andersenin “Kibritsatan qız” hekayəsidir.

İstənilən milad hekayəsində baş qəhrəmanın başına bir möcüzə gəlir və onun yenilənməsi baş verir, ancaq rus ədəbiyyatında bu janr daha realistik şəkil alıb. Rus yazıçıları sehrdən imtina edərək uşaqlıq, sevgi, əfv, sosial mövzuları saxlayıblar. Bəlkə də elə buna görə onların əsərləri qəlblərə yol tapır.

Fyodor Dostoyevskinin “Yolka şənliyindəki uşaq” hekayəsində soyuqdan donub dodaqlarında təbəssümlə ölən körpəni, yaxud Leonid Andreyevin hekayəsindəki “pis” uşaq Sankanın çırağının istisindən əriyən mələyi xatırlayın. Müqəddəslərlə bağlı hekayələrə bir çox yazıçıda rast gəlirik – Bunin, Çexov, Kuprin və s.-də. Müasir dövrdə isə bu ənənəni davam etdirənlərdən biri Olesya Nikolayevadır.

Amma Nikolay Qoqolun “Miladdan öncəki gecə” əsəri hekayə deyil, folklor əsasında yazılmış nağıldır. Bu nağılda biz bütpərəstlik ənənələrinin xristian bayramı ilə necə uzlaşdığını görürük. Əlbəttə ki, bütün xalq nağılları və süjetləri qədim inancları əks etdirir. Çap ədəbiyyatında ilk dəfə 1840-cı ildə V.Odoyevskinin “İriney babanın nağılları” toplusunda meydana çıxan, qış soyuğu və şaxtanın sahibi olan Şaxta Baba da bütpərəstlik ənənələrindən irəli gəlirdi. Onu da qeyd etmək lazımdır ki, Şaxta babanın nə Milada, nə də Yeni ilə aidiyyəti vardı. 24 dekabrdan 25 dekabra keçən gecə yeni günəş – Kolyadanın doğulması qeyd olunurdu. Şaxta babanın Miladla əlaqələndirilməsi isə yalnız XIX əsrin sonlarında, II Aleksandr rus torpağında Avropanın Santa-Klausunu dəbə sala bilmədikdə baş verdi.

İnqilabdan sonra Şaxta Baba Milad bayramı ilə birlikdə yoxa çıxdı, 1930-cu illərdən etibarən isə “reabilitasiya” olundu. Həmçinin sovet ədəbiyyatında Avropa ədəbiyyatında heç bir zaman baş verməyən hal – milad nağıllarının yoxa çıxması baş verdi. Rus nağılları yeni il nağıllarına çevrildilər, məsələn, Samuil Marşakın “On iki ay”ında olduğu kimi.

Maraqlıdır ki, cürbəcür xalqlarda nağıl süjetləri təkrarlanır: Qrimm qardaşlarının “Fırtına nənə” nağılı rusların ögey qızın yaxşılıqlara görə mükafatlandırılması, ögey ana və qızlarının isə pisliklərinə görə cəzalandırılmasından bəhs edən “Morozko” nağılına bənzəyir.

Santa Klausun da taleyi ağır olub. Çoxları bilir ki, Santa Klaus obrazı öz pullarını kasıb ailələr və uşaqlara paylayan Müqəddəs Nikolaydan götürülüb. Ona görə də Avropada rahiblər onun anım günündə, sonradan isə Milad günündə də uşaqlara hədiyyələr – şirniyyatlar verməyə başladılar. Lakin Santanın bugünkü obrazı Amerikalı Klement Murun 1823-cü ildə yazdığı “Müqəddəs Nikolayın gəlişi” adlı uşaq şeirindən sonra yaradıldı. Bu şeirdə onun xizəyi və maralları vardı, o, bacadan içəri girərək qurumaq üçün sobanın ətrafına sərilmiş corabların içinə hədiyyələr qoyurdu.

Milli ənənələrə gəlincə, qış gün dönümünü qeyd edən bir sıra xalqlar olub. Almanlar bu bayramı “Yol” (“Йоль”) adlandırırdılar, “yolka” sözü və onu bəzəmək adəti öz başlanğıcını məhz bu bayramdan götürür. Bundan başqa onların taxta parçasını yandırmaq kimi adətləri də vardı ki, bu da yeni günəşin yanmasına kömək mənasını daşıyırdı. İspaniyada indiyədək evə kötük qoyub ona təpik ilişdirmək adəti var, bu da onun qış bayramında hədiyyələr gətirəcəyi inancından irəli gəlir. Pirotexnika isə Çindən gəlmişdir, orada bundan cinləri qovmaq üçün istifadə olunurdu. Yaponiyada isə bayram zamanı məbəddə 108 dəfə zəng çalınır və hər bir zəng hansısa günahı bildirir, bu zəngləri eşitdikcə insanlar bütün mümkün günahları xatırlayırlar ki, onları yeni ildə etməsinlər.

Oxşar xəbərlər

Xəbər lenti

Artur Rasizadə: “Hüseyn Cavidin evində qalırdıq”
13:40 14 İyul 2020
Ağ ölümə qurşandı, səsini və ailəsini itirdi, mənzilində ölü tapıldı – Elçin Cəlilovun faciəvi həyatı
13:01 14 İyul 2020
Yazıçılar Birliyi bəyanat verdi - Mətn
12:26 14 İyul 2020
Şəhriyar del Gerani: “Oxuculardan üzr istəyirəm”
11:52 14 İyul 2020
Güllələr demədi geri qayıdın - Günün şeiri
11:08 14 İyul 2020
Şəhid uşaqlarının ürək parçalayan fotoları – Onlara bu travmanı yaşatmayaq
10:30 14 İyul 2020
Stiven Kinqin hekayələri film olacaq
09:58 14 İyul 2020
Sonsuz - Şərif Ağayardan yeni hekayə
08:57 14 İyul 2020
Mübariz Örəndən yeni hekayə: İlıq
21:00 13 İyul 2020
Nərgiz İsmayılovanın yeni monoqrafiyası nəşr olundu
18:44 13 İyul 2020
Bollivud ulduzu koronavirusa yoluxdu
18:02 13 İyul 2020
Payızda vağzala getməyəsən... - Poetik etüdlər
17:36 13 İyul 2020
Mirmehdi Ağaoğlunun Türkiyədə hekayələr kitabı çap olundu
17:18 13 İyul 2020
On beş ilin salamı – Kənan Hacı yazır
16:39 13 İyul 2020
Bu gün “Vətən borcu” filminin premyerası olacaq
15:51 13 İyul 2020
Tənqidin sərhədləri - Qismətin Tomas Eliotdan tərcüməsi...
15:10 13 İyul 2020
Məşhur müğənni kitab yazdı
14:25 13 İyul 2020
Koronavirusa həsr olunan film çəkilir
13:37 13 İyul 2020
Elvis Preslinin nəvəsi intihar etdi
12:56 13 İyul 2020
Qanıyla torpağa “Qarabağ” yazan, son nəfəsdə şikəstə oxuyan, mina ilə tankın altına sürünən Azərbaycan əsgəri – Müharibə əhvalatları
12:15 13 İyul 2020