writer1

Qan Turalı

Məqalə sayı

228
clock12:18 calendar-gray 25 Dekabr 2013 view-gray2662 dəfə oxunub
view-gray2662 dəfə oxunub

Məmməd getdi, Araz qaldı

Qan Turalının yazısı

Məmməd Arazın adı gələndə həmişə “Akademkniq”də gördüyüm yoxsulgeyimli qocanı xatırlayıram. Cibindən çıxartdığı pulu dəfələrlə sayıbkitabın üzərində qiymətlə yoxlayan, o qiymətə inanmayıb dəfələrləsatıcıdan qiyməti soruşan o qocanı... Dördcildliyin qiyməti baha idi,yoxsa qocanın pulu az idi? Hər halda qoca məyus-məyus o dükanı tərketdi. Bəlkə də onun bu dünyada Məmməd Arazın kitablarından başqatəsəllisi yox idi.

Oxucuları kimi şairin özü də arzularla gerçəklik arasında vurnuxmuşdu.“Bir vaxt onu tapanda olmazdı dərdim” dediyi qırmızı qələmi “bürokratəlində” görmüşdü. Amma o nəinki ictimai hətta anası haqqında yazdığıfərdi şeirlərini belə ictimai müstəviyə, poeziya meydanına daşıyabilməyin haqlı qürurunu yaşamağa layiq idi. Çünki o öz həqiqətlərinipoeziyanın sərvətinə çevirməyi bacarmışdı.

Onu ancaq bircə dəfə, Bakı Dövlət Universitetinin akt zalındagörmüşdüm, ölkənin bir nömrəli universitetində şəninə düzənlənəntədbirdə o bircə söz də danışmadı, sakitcə zalı seyr etdi, haqqındadeyilən fikirlərə, şeirlərinə qulaq asdı. O sükutun musiqisini dinlədi,illərlə etdiyi də ancaq bu idi, xora qoşulmamışdı, içindən söylədiyişeirləri dinləmişdi və bu şeirlərlə ədəbiyyatımız yeni bir istiqamətəqovuşmuşdu. Şairə susmaq da yaraşırdı.

Böyük şairlərin yaradıcılıq kredosu öz sələflərnə münasibətdəformalaşır. Mirzə Cəlilinin Mirzə Fətəli haqda məşhur essesini bir dəoxuyaq: “Mirzə Fətəli haqqında ya az yaxşı yazmaq lazımdır, ya da heçyazmamaq lazımdır”. Əli Kərim Füzuliyə, Nəsimiyə həsr etdyi şeirlərdəöz yaradıcılıq prinsiplərini cəsarətlə necə elan etmişdisə Məmməd Arazda Səməd Vurğunun ölümündən 10 il sonra ustad haqqında yazdığışeirində poeziyaya öz münasibətini sözü əymədən, bükmədən elanetmişdi. Bu şeirə keçmədən Məmməd Arazın Heminqueyin intihar etdiyiildə (1961) ona yazdığı şeirin son misrasını xatırlayaq: “Qoca getdi, dənizqaldı”. Bəli, Heminquey ov tüfəngi ilə özünü göylərə uçurtmuşdu, dənizyaşayırdı və yaşayacaqdı. Məmməd Arazın Səməd Vurğuna yazdığışeirdə də dənizin əbədiliyinə inam vardı. Lakin bu inam göydənenməmişdi, bu inam kor-koranə bir inam deyildi, dərin düşüncələrdən,istedadın dolambaclı yollarından keçmiş bir inam idi. Bu inamı şübhədaim izləmiş, ona idrak yollarında yoldaş olmuşdu:

Səndən sonra səni bir az silkələdik,

Çox aradıq, çox çevirdik, çox ələdik.

Sonra isə bu “çevirməyə, ələməyə” bəraət gəlirdi:

Sağ olsaydın çox nidalı sətrini sən

Çırpıb yerə ayaqlardın

Biz saxlayan çox şeyləri

Az güman ki sən saxlardın.

Daha sonra isə etiraflar:

Səndən sonra

Şeirimizin xəritəsi təzələnib

Ona yeni şeir adlı

Çox şəhərlər, kəndlər düşüb

...

Şeirimizə təzə-təzə yollar gəlib.

Şeirimizə qol olmayan qollar gəlib

Səməd Vurğunu “silkələyən” Məmməd Araz əslində bütün bu prosesərzində özünü tapacaqdı, bu əslində Səməd Vurğundan çox MəmmədArazın özünün özüylə hesablaşması idi. Çünki Məmməd Araz nə SəmədVurğun epiqonçularına bənzəyəcək, nə də “yeni şeir” adıyla istedadsızbədii nümunələrini novatorluq cəhdi kimi xalqa sırımağa çalışanşairlərdən olacaqdı. Onun öz yolu vardı, Səməd Vurğuna yaxın olduğuqədər Nazim Hikməti də qucaqlayan, öz yolu. Məmməd Araz yolu... Buyol Səməd Vurğunu da, Mikayıl Müşfiqi də, Rəsul Rzanı da kəsəcək,axırda gedib böyük poeziya dənizinə töküləcəkdi.

O öz “fəlsəfi kəşflərini” qəliz cümlələrlə, oxucuya əziyyət çəkdirərək “bədii axtarışların məhsulu kimi” təqdim edən uğursuz “eksprimentalistçilərdən” olmadı. O Səməd Vurğunun nəfəsi ilə qoşma-gəraylı istehsal edib orijinallıqdan məhrum olan şairciyəzlərdən də deyildi. Onun öz yolu vardı: Məmməd Araz yolu. Bu yolda poeziya yolunda şairin kəşf etdiyi tapıntılar, yeni yanaşmalar, aydın müşahidələr dupduru bir dillə oxucuya çatdırılırdı, bu yolda nə təkrarçılıq nə də cümləpərdazlıq vardı.

1972-ci ildə Türkiyədə dar ağacları üç fidan, üç inqilabçı üçün quruldu.Onların ən gənci, ən məşhuru Dəniz Gəzmiş idi. Heç kimi öldürməsə dəona ölüm hökmü kəsilmiş və bu ölüm hökmünü Türkiyə Böyük MillətMəclisi təsdiqləmişdi. Dəniz o zaman 25 yaşındaydı. Nə məhkəmə, nədə edam zamanı o əfv diləmədi. Edam edilərkən ona nə istədiyinisoruşdular. Viktor Xaradan mahnı və bir siqaret istədi. Dəniz edamedilən il Məmməd Arazın 39 yaşı vardı. Viktor Xaraya şeirini iki il sonrayazdı. Viktor Xara da xüsusi amansızlıqla, heç gitara çala bilməsin deyəəlləri sındırıldıqdan sonra öldürülmüş qəhrəman bir inqilabçı, şair vəmusiqiçi idi.

Təbəssümü necə ağ

Səsi necə durudur

Son dəfə öz qanını

Son nəğməsi qurudur.

Sinəsinə söykənib

Sahibini uyudur.

Bir gitara oxuyur,

Viktor Xara oxuyur.

Götürüb yerdən onun

Kəsik barmaqlarını,

İndi bütün əllərdə

Bir gitara oxuyur,

İndi bütün dillərdə

Viktor Xara oxuyur.

Məmməd Araz da Viktor Xara kimi bütün dillərdə oxuyurdu.Özünün dediyi kimi bütün vəznlərə sığırdı.O vəznlərin yox, mənaların şairi idi.O qiymətdə vəznsiz, vəzndə qiymətsiz idi.İllər əsrlər keçəcəkdi.Onun oxucuları həmişə kasıb olacaqdı.Onun kitabını tapmağa pul tapmayacaqdılar.Çünki o özü kimi sadə, təmənnasız insanların şairi idi.Onun şeirləri ancaq poeziya hadisəsi deyildi, eyni zamanda oxularınəxlaqına işləyən, ürəklərinin dərinliklərinə qədər enib onları əclaflıqdanqoruyan müqəddəs bir nəsihət idi.Böyük filosof Lüdviq Vitgenşteyinin dediyi kimi üstünə işıq düşməyən birfikri yazmağa dəyərdimi?Onun şeirləri aydınlıqdan, nurdan yoğrulmuşdu və nur qədəryaşayacaqdı.Məmməd gedəcək, amma Araz qalacaqdı.

P.S. Bu yazı “Kaspi” qəzetinin keçirtdiyi “Məmməd Araz 80” müsabiqəsində mükafata layiq görülüb.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xalça şərqisi – Rafiq Tağının hekayəsi
21:01 05 Avqust 2021
Mirzə Cəlilin nəvəsi Fransadakı səfirliyimizdə olub
18:54 05 Avqust 2021
Qəbələ Musiqi Festivalı başa çatdı
18:14 05 Avqust 2021
Yaxınları Rafiq Tağını ziyarət etdi - Foto
18:07 05 Avqust 2021
Tanınmış yazıçı ilə görüş keçiriləcək
17:30 05 Avqust 2021
Axına qarşı üzmədən nəyəsə nail olmaq qeyri-mümkündür
17:01 05 Avqust 2021
Azərbaycanda etdiyi bu rəqsə görə Rafet El Romanı topa tutdular - Video
16:14 05 Avqust 2021
Rafiq Tağının qardaşı: “Anam qətlə yetirildiyini bilmirdi, ona qurban demişdi” – Müsahibə
15:21 05 Avqust 2021
Yaponiyada alovlanan olimpiya məşəli və Türkiyədəki meşə yanğınları
14:43 05 Avqust 2021
Nobelli şair məhkəməni uddu
14:01 05 Avqust 2021
"Çocuklar duymasın"ın Havuçu yanğınsöndürənlərə qoşuldu - Fotolar
13:12 05 Avqust 2021
Başı kəsilən Sevinci necə xilas edə bilərdik?
12:26 05 Avqust 2021
Əri evə başqa qadın gətirdi, efirə çıxarmaq üçün ona əxlaqsız təkliflər etdilər, iki uşağıyla ac-susuz qaldı – Səfil həyatı yaşayan xanəndəmiz
12:02 05 Avqust 2021
Flora Kərimovanı hədəfə alanların əsl siması – Sevda yazır...
11:01 05 Avqust 2021
Azərbaycanda yeni musiqi aləti yaradıldı - Foto
10:31 05 Avqust 2021
44 müəllifdən 44 ən yaxşı hekayə - Yeni layihə
10:01 05 Avqust 2021
Kosmik raketlərdən bəhs edən peyğəmbər hədisi – Zamin yazır...
09:00 05 Avqust 2021
Xalq artisti Rafiq Hüseynovun film kimi həyatı - Maraqlı faktlar
21:00 04 Avqust 2021
Amerikalı vokalçının “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib
18:45 04 Avqust 2021
Yanğın “Rəcəb İvedik”in evinə yaxınlaşdı – Qalmaqal düşdü
18:01 04 Avqust 2021