writer1

Aliyə

Məqalə sayı

997
clock13:58 calendar-gray 06 Dekabr 2013 view-gray2895 dəfə oxunub
view-gray2895 dəfə oxunub

Səhər verilişinin aşpazını teatra nə bağlayır?

Bilənlər bilir, teleməkanda Space bir başqa kosmosdur. Space heç vaxt bir xəbər kanalı olaraq o birilər kimi mövqe maskası taxmır, xəbərləri candərdi təqdim edib əsas bölümünə - maskarada start verir. Unikal tipajları, "müqtədir insanları" absurd janrda,ən müxtəlif situasiyalarda təqdim edir – bura Absurdistandır! Bu bir- birindən rəngarəng, unikal insanlara baxırsan vəmükəmməl dramaturgiyaya görə Tanrıya şükür edirsən.

Yəni Space yaradıclıqdır, obrazlar qalreyasıdır, karikaturalar sərgisidir, absurd dramaturgiyanın qızıl dövründədir. Ciddi qəbul edin, mənim Space-yə ironiya etməyə gücüm, qüdrətim çatmaz.

Amma gün gəldi ki, mən də“Space”də yayımlanan verilişə dəvət olundum.

“Günaydın” adlanan veriliş teatr və repertuar məsələlərinə həsr olunmuşdu.

Cənnət Səlimova və Amaliya Pənahovanın qonaq kimi dəvət olunduğunueşidəndə məsələ azca aydın oldu. Xalq artistləri Amaliya Pənahova ilə Cənnət Səlimovanın müxtəlif vaxtlarda konfliktyaşadıqlarınıbilməyən yoxdur. Əks fikirdə olanları deyil, düşmənləri qarşılaşdırıb hadisə, rezonans yaratmaq təkcə “Günaydın”ın kəşfi deyil. Bunu az qala hər telekanalda görürük.

Bir yandan da telekanallarda günah yoxdur, cəmiyyət monotonlaşdıqca birsəslilik artdıqca müzakirə subyekti tapmaq çətinləşir. Yəni, hamı hər şeyi bilir. Bu zaman isə maskaraddan başqa yol yoxdur.

Maskarad sevinclidir. Biz də xoşbəxtik və birdən “Günaydın” proqramı teatr kimi çaşdırıcı mövzu seçir vəora əsl teatr fədaisi olan, canında teatrının həsrətini gəzdirən Cənnət xanımı, şöhrəti hələ də unudulmamış Amaliya Pənahovanı, Gənc tamaşaçılar teatrının direktoru Mübariz Həmidovu, yenə də şöhrətli aktyor Tariyel Qasımovu dəvət edir.

Veriliş başlar başlamaz ilk absurdla üzləşirik - aparıcı hakim çəkici kimi ağır ittihamlarını səsləndirir : “Teatra niyə getmirlər? Burada teatrın günahı nədir? Yavaş-yavaş söhbət öz məntiqi axarına gəlib çıxır: “Teatr nə üçündür?”

Bu, yaxın bir saatda söhbətin əsas lozunqu olur. Belə ibtidai suallarla qarşılaşmağa adət etmiş qonaqlar teatrı lazımlı etmək üçün çarəsizcə versiyalar sadalayırlar - teatr məktəbdir (bəs onda məktəb nədir?), teatr sözdür (bəs onda pantomima teatr deyilmi?), teatr məbəddir (tamam, bəs dua üçün pulu hara ödəməliyik?), teatr əyləncə mərkəzidir (niyə də yox? bu barədə düşünməyə dəyər, teatrın nə xeyri dəyir ki,bizə?)...

Söhbətə Amaliya xanımın pafosu qarışır:həmişəki kimi Cənnət xanım - milli klassikanı azərbaycandillilərdən daha böyük ağrıyla, həssaslıqla təqdim etmiş rejissor - Azərbaycan dilində sərbəst danışmamaqda ittiham olunur.Əlbəttə, Cənnət xanıma bunu demək asandır, onun Mirzə Cəlildən, Axundovdan, Caviddən, Cəfər Cabbarlıdan başqa kimi var ki, burada?

Ardınca aparıcı sözü fikri elə gözümüzün qabağında təhrif edib növbəti suallarını hədəflərə yönəldir: Teatr əyləncə mərkəzidirmi?

Absurdun növbəti mərhələsi başlayır. Aparıcıya əyləncənin yalnız bayağı müğənnilərlə, yeməklə və hırıldamaqla məhdudlaşmadığını izah etmək lazım gəlir - əylənmək həzz almaq deməkdir, Aristotelsə deyib ki, bilik həzdir...

Əlbəttə, Aristotel nə deyib özü bilər. Onun bizə dəxli yoxdur. Bizim öz mili mental dəyərlərimiz var. Saf ana dilimiz var. Vətənpərvərliyimiz var. Yeri gəlmişkən, halal kolbasamız var. Hər şeyimiz var. Amma teatrımız niyə yoxdur axı? Hə?

Bu yerdə verilişin bir hissəsi olan mətbəx köşəsindən bərk yanıq iyi gəlir. Müzakirə davam edir. Aparıcı ha əlləşir, qalmaqal-hadisə yaranmır. Veriliş də milli teatr kimidir - durğun və hermetik. Qəhrəman özünü nə qədər ora-bura çırpsa da hadisə, qalmaqal yoxdur. Amma bu absurd tamaşalar üçün qüsur sayılmaz...

Absurd komediyalarda həqiqətin yersizcə çıxıb camaatı özünə güldürdüyü faciəvi kulminasiya məqamı olur. “Günaydın”da bu tragik kulminasiya tamamən gözləmədiyimiz bir xətdə baş verir ( Sənə çox şükür, İlahi! Düz deyirlər, Allahın işini bilmək olmaz. Onun bizim kimi ölümlü insanların ağlına gəlməyəcək sonsuz variantları var): Mətbəx köşəsindən aşpaz üzr istəyib söhbətə qoşulur: “Üzr istəyirəm, mənim də bu mövzuya aidiyyətim var. Özüm aktyor olmuşam. Şuşa teatrında işləmişəm. Maaşımız həddən artıq aşağıdır deyə, mən teatrdan getməli oldum”.

Aparıcı bir yolla aşpazı, pardon, keçmiş aktyoru susdurub verilişi yekunlaşdırır. Əhvalat XXI əsrin əvvəllərində, Bakıda vaqe olur.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020
Dünyanın sonuncu tənha adamı - Kamal Abdullanın romanları haqda...
16:58 11 Avqust 2020
Nənəmin laylası öpür üzümdən – Şeirlər
15:44 11 Avqust 2020
Məşhur şairin məzarı tapıldı - Foto
14:52 11 Avqust 2020
İntihar edən məşhur aktyorun həyatı film olur
14:01 11 Avqust 2020
Sevdiyi kişidən məcbur ayırdılar, əri xalası qızıyla evləndi, gənc yaşında xiffətdən öldü – Faciələrə dözməyən “Nəsimi”nin Şəmsi
13:11 11 Avqust 2020
Uşaqlıqda hərbçi atamın, gənclikdə hərbçi sevgilimin yolunu gözləmiş adamam – Fəridə yazır...
12:06 11 Avqust 2020
"Azərbaycan Böyük Vətən müharibəsi illərində" kitabı nəşr olunub
11:27 11 Avqust 2020
Əri hamilə yoldaşını dənizdə niyə boğdu? - Günel Natiq yazır...
10:42 11 Avqust 2020
Sevda Ələkbərzadə yeni mahnısını təqdim etdi - Video
10:05 11 Avqust 2020
Atamın əlləri - Sərdar Aminin yeni hekayəsi
09:01 11 Avqust 2020
Özünü Ancelina Coliyə çevirən gənc oğlan - Fotolar
18:43 10 Avqust 2020
İlğım - Şəhla Nihanın yeni hekayəsi
17:59 10 Avqust 2020
Kinonun böhrana təsiri - Çarli Çaplin nə demək istəyirdi?
17:14 10 Avqust 2020
Mədəniyyət nazirinin müşaviri və şöbə müdirləri vəzifəsindən azad edildi
16:24 10 Avqust 2020
Rusların Yer planetində açdıqları "Cəhənnəm qapısı": Əlli ildir, bağlaya bilmirlər - Foto
16:02 10 Avqust 2020
Yazıçı Səfər Alışarlının yeni kitabı çap olundu
15:45 10 Avqust 2020