writer1

Cəlil Cavanşir

Məqalə sayı

294
clock14:34 calendar-gray 25 Noyabr 2013 view-gray1340 dəfə oxunub
view-gray1340 dəfə oxunub

Danlaq

Üzüm danlağa öyrəşib. Əlinə fürsət düşəndə valideynlərim, dostlarım, redaktorlarım, iş yoldaşlarım, tanışlarım, evdə həyat yoldaşım, hətta bağçaya gedən beş yaşlı oğlum da məni danlayır.

Bütün günü danlaq eşidirəm.

“Evə niyə gec gəlirsən?”, “Üzünü niyə qırxmırsan?”, “Niyə çox içirsən?”, “Bu nə tənbəllikdir?”, “Bu qədər məsuliyyətsiz olma!”, ”“Niyə kökəlirsən?”, “Bu nə saçdı!”, “Sənin şort geyinən yaşındır?” və s. və ilaxir.

Beş yaşlı oğlum belə məndən narazıdır: - “Niyə mənimlə oynamırsan?”

Bu danlaqlardan nəticə çıxarıb həyatımı nizama salmağa çalışıram. Bütün günü özümə əl gəzdirirəm. Yuxudan tez qalxmağa, tez yatmağa çalışıram. Yavaş-yavaş üzümü təraş etməyi gündəlik işlərimə daxil edirəm. Şort geyinmirəm. Məsuliyyətli və intizamlı olmağa çalışıram.

Evə vaxtında çatmaq üçün sinəmi qabağa verib tıxacları yarmağa, az içmək üçün tövbə etməyə, arıqlamaq üçün dietaya başlamağa qərar vermişəm.

Bütün bunlar azmış kimi, son vaxtlar oxucuların danlağını eşitməyə başlamışam. Az qala hər gün, oxucu danlağı ilə üz-üzəyəm.

“Bu yazınızda dərinlik yoxdur...”, “Hörmətli yazar, əvvəlcə Azərbaycan dilini öyrənin!”, “Bütün qövmləri araşdırdım, bu qövmlərin içində yeganə bədbəxt adam sənsən! Allah səni hidayət eləsin!”, “Romanınızı bəyənmədim, mənim zövqümcə deyil.”, “Özünüzü dahi hesab edirsiniz, amma siqaret çəkən fotonuzu paylaşırsınız”, “Dinə qarşı çıxmayın, Allah sizi cəzalandıracaq!”, “Əvvəlcə güzgüdə özünə bax, sonra Allahın peyğəmbəri haqqında yaz!”.

Gün ərzində bu qədər danlaq eşitmək əsl işgəncədir. Sanki yaxınlar, qohumlar, doğmalar və hətta oxucular pozitiv enerji ötürməyəcəklərinə dair and içiblər.

Hamı giley, hamı narazılıq püskürür.

***

Gözəl bir sabahdır.

Yuxudan oyanmışam, gümraham.

Amma sanki hamı bir-biri ilə bəhsə girib.

Bütün kommunikasiya vasitələri neqativ enerji püskürür.

Telefonuma gələn SMS-i sevincək açıram. Atam yazır: “Yekə kişisən, efirə çıxanda saç-saqqalını kəsdir!”.

Anamın zəng etdiyini görüb telefonu öpüb, gözümün üstünə qoyuram, sonra “YES” düyməsini basıram: “Oğul, bu nə vid-fasondur? Hanı sənin kostyumun, qalstukun? Yəni özünə bir kostyum ala bilmirsən?”

Həyat yoldaşım SMS yazır: “Biz ümid edirik ki, sən bu gün evə vaxtında gələcəksən.”

Evə zəng edirəm, oğlum dəstəyi götürür : “Ata, piyvə (pivə) içsən, səni öpməyəcəm!”

Dostumla “Google Talk”-da danışırıq: “Niyə itib-batmısan? Haralardasan? Belə laqeyd olmaq yaraşmaz axı!”

Yazıma gəlmiş oxucu şərhinə baxıram : “Bıııy, ay yazar, sizi Anarı hələ indi oxumusunuz? Bir az kitab oxuyun da...”

***

Özümə söz verirəm ki, daha heç bir mesaja, zəngə əsəbiləşməyəcəm, ruhdan düşməyəcəm.

Amma olmur.

Hamı umur, hamı tələb edir, hamı küsür, hamı narazıdır, hamı məndən ağıllıdır, hamı müdrikdir, hamı danlayır...

Hər yazı ilə bağlı onlarla narazı oxucunun suallarına cavab verməyə məcbur oluram.

Sanki hamı sözləşib, birdən hücuma keçir.

Sadə bir həqiqəti izah edə bilmirəm ki, mənim işim hamını razı salacaq yazı yazmaq deyil.

Hər kəs özünü haqlı, məni haqsız bilir.

Heç kəs mənim insan olaraq, yazar olaraq şəxsi düşüncəmi, şəxsi seçimimi, şəxsi istəklərimi nəzərə almaq istəmir.

Bu tək mənimlə belə deyil, yazarlarımızın çoxu bu cür danlaqları eşidir, oxuyur.

Bəzən səni yazdığın mövzuya görə yox, yazmadığın mövzuya görə danlayırlar.

Zaman isə amansızdır.

Günümüz başqalarının danlaqlarına, gileylərinə, gözləntilərinə həsr olunur.

Adamlar səndən hər şey istəyir, hər şey gözləyir.

Özün olmaq istəyini sənə bağışlamırlar.

Sənin şəxsi düşüncən, şəxsi seçimin isə onlara “vız gəlir”...

Səni qəlibdə, çərçivədə görmək istəyirlər.

Sənin bezdiyini, tükəndiyini, yorulduğunu isə heç kəs nəzərə almaq istəmir...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Məşhur musiqiçi Trampı məhkəməyə verdi
14:21 06 Avqust 2020
Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
13:32 06 Avqust 2020
Vladimr Sorokindən yeni kitab
12:44 06 Avqust 2020
Çörək, dərman, kitab... - Operativ Qərargaha təklif
11:58 06 Avqust 2020
Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020
“Məni qardaşım hamilə qoydu" – Qırmızı donda intihar edən qızın faciəsi
13:32 05 Avqust 2020
Kamal Abdulladan orijinal layihə - Müsahibə
12:56 05 Avqust 2020
"Altın Koza"nın keçirilmə tarixi bəlli oldu
12:14 05 Avqust 2020
Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020