Homoseksual olan 9 amerikan yazıçı

Homoseksual olan 9 amerikan yazıçı
25 oktyabr 2013
# 07:45

Homoseksual yazıçılar qeyri-adi insanlardır. Tennesi Uilyams, Ceyms Bolduin, Allen Qinsberq və Qor Vidal amerikan geylərinin həyat tərzlərini qələmə alan yazarlar kimi yadda qalıblar. Digər homoseksual yazıçılarla tanış olaq:

Qor Vidal

Yazıçı-dramaturq, esseist Vidal XX əsr ABŞ ədəbiyyatının ən böyük nümayəndələrindən hesab olunur. Əsərlərində daha çox homoseksuallıqdan bəhs edən Vidalın “Şəhər və duz” romanı kəskin tənqid olunmuşdu. Vidal bu əsəri sevgilisi və sinif yoldaşı, II Dünya Müharibəsində həyatını itirmiş Cimmi Trumbla həsr etmişdi. Qor Vidal siyasi aktivliyi ilə də seçilirdi.

Тruman Kapot

Kapot ədəbi şedevrləri ilə yanaşı həm də içki aludəliyi ilə tanınırdı. Həyatı boyu bir çox kişilər, bəzən qadınlarla da münasibəti olub. “Başqa səslər, başqa otaqlar” Kapotun avtobioqrafik romanıdır. Ədəbiyyat dünyasını silkələməyi bacaran bu romandan sonra Kapot daha oxucuları ilə seksual orientasiyası barədə yazılarını bölüşməyib.

Тennesi Uilyams

Uilyamsı ailəsi cəhətdən bəxti gətirməyənlərdən hesab etmək olar. Ancaq bəlkə də elə bu onu yazmağa sövq etmişdi. Xüsusilə də şizofreniyadan əziyyət çəkən bacısı Rozi, daha sonralar isə paranoyak sevgilisi Frank Merlo ona təsir etmişdi. “Arzu tramvayı” və “Qızğın damdakı pişik” əsərləri ona 2 dəfə Pulitzer Teatr mükafatını qazandırmışdı. Homoseksual olduğuna görə təqiblərə məruz qalan, hətta bir dəfə 5 kişi tərəfindən döyülən Uilyamsın içkiyə qurşanması təəccüblü deyil. Yazıçı 71 yaşında otel otağında boğazına şüşə qapağı getməyi ilə həyatını itirib.

Allen Qinsberq

1955-ci ildə San-Fransiskoda oxuduğu “Ulama” şeiri Qinsberqin ən cəsarətli şeirlərindən biridir. “Ulama” Nil Kessedi, Cek Keruak, Uilyam S. Berrouzun da daxil olduğu “Beat nəsli”nin manifesti hesab edilirdi. Qinsberq Nyu-Cersi ştatında məskunlaşmış yəhudi əsilli ailədə böyümüşdü. Atası kimi şair və müəllim olan Qinsberqin anası ruhi xəstəlikdən əziyyət çəkirdi. Həkimlər anasına dəqiq diaqnoz qoya bilməmişdi. Kolleci bitirdikdən sonra Qinsberq “sərbəst orientasiyalı” yazarlarla, Cek Keruak və Uilyam Berrouzla və özünün ikinci yarısı hesab etdiyi Piter Orlovski ilə tanış olmuşdu.

Ceyms Bolduin

Harlemin (Mantehhenin ən kriminal bölgəsi, qanqsterlərin əsas məkanı) bütün qanun-qaydasını pozan qaradərili yazıçı-gey Bolduin. 9 yaşında yazdığı “Get bunu dağlardan söylə” adlı ilk romanında Bolduin seksin ən böyük günah sayıldığı dini bir ailədə böyüməyini təsvir edir. Dostu Lyusen Happersberqlə birgə yazdığı ikinci romanı “Covanninin otağı” homoseksual ədəbiyyatın ən vacib əsərlərindən hesab edilir.

Edvard Olbi

Olbi homoseksual olduğunu hələ yeniyetmə vaxtlarından hiss etdiyini deyirdi. İlk sevgilisi bəstəkar Uilyam Fleneqanla Olbiyə Nyu-Yorkun gey-barlarında “Qrimm bacıları” deyirmişlər. Üç Pulitzer mükafatı qazanmış Olbini homoseksuallığı ictimailəşəndə onun “Kim qorxur Virciniya Vulfdan?” daha da populyarlaşdı.

Аmisted Mopin

Əvvəllər jurnalist olub, sonra yazıçılığa başlayanlardan biri də Mopindir. Şimali Karolinadan San-Fransiskoya nüfuzlu “Associated Press” agentliyi ilə əməkdaşlıq etmək üçün gələn Mopin “Şəhər heyakətləri” hekayələr toplusunun müəllifidir. Cəsarətli yazıçı bu əsərdə SPİD mövzusuna toxunmağı ilə yadda qalmışdı. Çünki dövrün homoseksual yazıçılar əksərən bu xəstəlik səbəbi ilə dünyasını dəyişirdi.

Edmund Uayt

Uaytı tez-tez Bolduinlə müqayisə edirlər. “Eynicinsli seksin sevinci” ədəbiyyat dünyasını güllə kimi yarıya böldü. Aktyor Keyt MakDermotla birgə yaşasalar da, yazıçının sevgisi qarşılıqsız idi.

1982-ci ildə yazıçı “Bir oğlanın hekayəti” adlı avtobioqrafik əsərini çıxardı. Əsərdə Uayt homoseksuallığını necə kəşf etməsi və sonrakı həyat tərzindən bəhs edib.

Toni Kuşner

Yəhudi əsilli musiqiçi ailəsində böyüyən Kuşnerin sevimli mövzuları Hitler, SPİD və Berlin səddi idi. “Amerikanın mələkləri” adlı pyesi 1991-ci ildə Pulitzer mükafatına layiq görülüb.

# 4383 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
# # #