writer1

Mirmehdi Ağaoğlu

Məqalə sayı

536
clock12:04 calendar-gray 22 Oktyabr 2013 view-gray1810 dəfə oxunub
view-gray1810 dəfə oxunub

Röya həyatdangəlmədirmi?

Mirmehdi Ağaoğlu

Tutalım Röya şərti adı “Gerçək olan Röya” adlı roman yazdı. Şou-biznes nümayəndələrinin bu tipli kitablarının çox satıldığını da bilirik.

Kitabda ağzına kimi həyat materialları ilə dolu...

Röyanın bu mərtəbəyə yüksəlməsi üçün yaşadığı bütün ağrı-acılar, şou-biznesin gerçək üzü.

Necə dəyərlər həyatdan gəlmiş bir kitab.

Nəzərə alsaq ki, bu cür kitablar adətən roman janrının qaydalarına cavab vermir və bu kitablar çox nadir hallarda roman kimi ədəbi dairələrdə qəbul olunur, deməli “həyatdan gəlmə” məsələsi bu nümunəmizdə olduqca mənasız görünür.

***

Bəs Conatan Sviftin “Qulliverin səyahtələri” nədir? 300 ildir dünya ədəbiyyatı zirvəsində öz yerini qoruyan bu satirik-fantastik əsərə nə deyək? Literaturşinamı, həyatdan gəlmə əsərmi?

Əlüstü literatuşina deməyə tələsməyək. Conatan Svift İrlandiyada psixi xəstəxana yaradılmasını təşkil edən ilk adam idi. Çağdaşları onun haqqında rişxəndlə deyirdilər ki, bu xəstəxananın ilk xəstəsi o özü olacaq.

Həqiqətən də Svift Alsgelmer xəstəsi idi, psixi pozğunluğu vardı. Və o “Qulliverin macəraları”nı yazanda psixi pozuntular, halyusinasiyalar yaşayırdı. Biz bu əsəri nə qədər “literaturşina” adlandırmağa çalışsaq da o həyat ağrılarından doğmuşdu. Svifit üçün Qulliver təkcə alleqoriya deyildi, daxili çırpıntıları, keçirdiyi psixi pozuntuların bədii təcəssümü idi.

***

Ümumiyyətlə literaturşina və ya ədəbiyyatdangəlmə mənə ədəbi müzakirədən çox iki dembelin mübahisəsinə bənzəyir. Biri o birinə deyir: “Mən əsgərlikdə öz şotuma fırlanmışam, sən isə day-day şotuna”. Bax, burda da elə bil literaturşina day-day şotuna fırlanan əsgərdi, həyatdangəlmə ədəbiyyat öz isə şotuna fırlanan əsgər. Necə də gülünc görünür.

Polemikanın digər yazıları

Kamal Abdulla: “Mən öz İtaka adama hökmən qayıdacağam” MÜSAHİBƏ

Şərif Ağayar: Kamal Abdulla ilə kənd söhbəti

Kənan Hacı: Kamal Abdulla öz sirrini açmır...

Cəlil Cavanşir: “Kitabdangələn”lərin ədəbiyyata dəxli varmı?

Mo Yan nə deyir?

Cavid Zeynallı: Aqrar istedad, yarımçıq intellekt

Natiq Məmmədli: ““Literaturşina” bənövşənin yanındakı broyler toyuğudu”

Qan Turalı: “Yaxşı yazıçılar yaxşı oxuculardan çıxır”

Etimad Başkeçid: Üslubçuluq son sığınacaq yeri kimi

Azad Qaradərəli: Biz şeir bülbülləriyik

Mütaliəsiz yazıçı uğur qazanırsa deməli bəxti gətirib

Paylaş

REKLAM

Yazarın digər yazıları