writer1

Qan Turalı

Məqalə sayı

228
clock13:20 calendar-gray 16 Oktyabr 2013 view-gray4634 dəfə oxunub
view-gray4634 dəfə oxunub

Canlı yayımdakı alt paltarları

Qan TURALI

Kral tənhalığının nə olduğunu bilirsinizmi?

Hər kəs onun şöhrətini qısqanırkən o təmtəkdir, bu şöhrətin dərdiniçərləyə-çərləyə çəkməkdədir.

Hər an kürəyinə saplana biləcək bir bıçağın soyuqluğunu, yaxın dostunxəyanətini, arvadın yeməyinə tökdüyü zəhərin dadını hiss edər
dodaqlarında.

Bəzən gücsüz olar,amma heç kimə etiraf edə bilməz, çünki gücsüzlükkrala yaraşmaz, şanını zədələyər, qüdrətinə xətər toxundurar.

İndi krallar yoxdur, amma şanı, şöhrəti, var-dövləti köhnə kralları daqısqandıracaq şou-biznes ulduzları var.


Minlərlər, milyonlarla heyranın qucağında, boğaza qədər sərvətəgömülmüş krallar var.

Onlar kapitalist sisteminin qurbanlarıdır.

Bu amansız fələk çarxı fırlandıqdca onların şöhrəti artar, heyranlarıçoxalar, pulları artar, amma...

Heçmi fikir vermədiniz bu ulduzların sönməyinə?

Çünki sel kimi axan bu sərvətin qarşılığında öz yataq otağını dahamıya göstərməlisən.

Öz həyatınla bağlı daha çox təfərrüat verməli, qəflətən kameraylaevinə soxulan bir maqazinçiyə soyuducunu da, yataq otağını da,mətbəxini də göstərməlisən.

Çirkli camaşırların canlı yayımda...

Səni göylərə qaldıran heyranların səndən hər şeyini tələb edirlər.

Hamının qarşısında soyunmalı, bütün gizlinlərini ortalığa tökməlisən.

Sənə verilənlərin müqabilində sən də özünü ortalığa qoymalı, bütünsirlərini bölüşməli, necə olursa olsun bu maqazin mediasınıdoydurmalısan.

Sağa-sola palçıq atıb saçyoldusuna çıxmalı, cavan-qoca demədən hərşeyi çığnayıb keçməlisən.

Axşam evə qayıdıb makiyajlarını siləndə belə, özünlə qala bilmirsən.

Özündən qaça bilmirsən, buna görə də narkotiklər ən yaxın sirdaşındır.

Bir zərrə heroini iyləyib yox olmaq istəyirsən.

Hər gün bir yataqda oyana-oyana bədəninlə birlikdə ruhunun dafahişələşdiyini, nimdaşlaşdığını görürsən.

Bundandır hamıya qarşı dikbaşlığın, “mən bir nömrəyəm” kimi eqotəsəllilərin...

Sabah o bədənin də əvvəlki kimi olmadığını anlayacaqsan.

Sən hamının gözündə bir müğənni yox, fahişəsən və bu fahişəliyinömrünün də çox qalmadığını anlayırsan.

Amma sən öz dərdlərinə ağlamağı buraxırsan, sən bu bataqlıqdan xilasolmaq üçün əl-qol ata-ata daha da çox boğulursan, daha çox çirkababatırsan.

Bütün telekanallarda nümayiş edilən o təmtəraqlı villanın içində özköhnə evini, bacınla bölüşdüyün kiçik otağı arzulayırsan.

Amma o kiçik otaqda sən bu villanın xəyallarını qurmuşdun.

Xəyallar həmişə gözəl deyilmiş.

Bu nəhəng industriya sənin ancaq səsini istəmir, bədənini,çılpaqlığını, ən məhrəm sirlərini istəyir.

O sənin gizlinlərinin alverinə qurşanıb, onu sənin səsin maraqlandırmır.

Kütlə yenə də “çörək və tamaşa” tələb edir.

Onların mədəniyyətə olan vulqattələbatı məhz şou-biznes hesabına doldurulur.

Sən isə bir matador kimi qanını silə-silə onları əyləndirməlisən.

Bu amansız aqibət hər bir maqazin məşhurunun aqibətidir.

Məşhurun hətta intiharı belə onu xilas etmir, bu intihar qurbanistəyən kütlələrin qarşısına mass-media tərəfindən atılmış yağlı bir
tikədir.

İntihar belə sənin küncdə-bucaqda qalan, indiyənə qədər faş edilməmişsirlərini ortaya tökər.

Beş qəzet artıq satmaq, 2 reytinq çox almaq, 10 dəfə artıq tıklanmaqtəlaşı ilə sənin sirr çuvalın ələk-vələk olunar, həyatda bircə dəfəsalam verdiyin adamların uydurduqları əhvalatlar manşetlərə çıxar.

Ölümün çox satdığı bu düzəndə ölüm də səni xilas etməz...

***

Cavid Zeynallının “Leyla” romanı hər şeydən qabaq aktual mövzusuetibarı ilə diqqət çəkir.

Televiziya ekranlarında parıltılı, qlamur həyat tərzləri ilə evimizəsoxulan müğənnilərin ağrı və əzablarını bizə göstərir.

Sən demə, bütün bu məşhurluq bircə telefon zəngi ilə bitə bilərmiş.

Sən demə daim alqışlanan müğənni tuş gəldiyi bircə qarğışla sönə bilərmiş.

İlahidən gələn o səsin qarşısını şeytanın bircə təlqini kəsə bilərmiş.

Cavid Zeynallı ziyalı elitasının ikrahla baxdığı şou-biznes dünyasınıniçinə girərək ordakı faciələri realist bir planda bizə göstərir.

Çünki ikrahla seyr edilən, amma heç kəsin qopa bilmədiyi, hamınınsöyə-söyə baxdığı bu parıltı dünyasında sən demə faciəvi dramlaryatırmış.

Leyla gecə deməkdir, gecədə isə bütün parıltılar yox olur, hər şeyzülmətə, şou-biznes dünyasının mahiyyəti olan zülmətə çevrilir.

Gənc bir jurnalistin Leyla yolunda başına gələn macəralar bizə Sizifəməyini xatırladır.

Bütün qapılan üzünə çırpılan Leylanın sonra bəxti açılsa belə əslindəbu müvəqqəti xoşbəxtlikdir, amansız talenin onu yenə də vuracağını bizhətta romanın optimist sonluğunda belə duya bilərik.

Çünki burdan xoşbəxtliyə avtobus getmir...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Nəriman Qasımoğlu: “Atam sovet dövrünə görə tövbə elədi” - Müsahibə
21:00 28 İyul 2021
Sənət müsabiqəsi elan olundu - Mükafat fondu 50 min avro
19:00 28 İyul 2021
Qobustanda Hindistan qalereyası açıldı
18:20 28 İyul 2021
“Ev dustağıyam” kitabının təqdimatı olub
17:25 28 İyul 2021
Bu mənəm - şairlərin yuxusuna gizli kamera yerləşdirən – Güneydən şeirlər
16:40 28 İyul 2021
Bakıda yeni fotosərgi açılacaq
16:00 28 İyul 2021
“Nimdaş” müxbirin dönər sifarişi - Ulucay Akif yazır...
15:29 28 İyul 2021
Müslüm Maqomayevin heykəlinin yeri müəyyənləşdi
15:01 28 İyul 2021
Səndən ayrılanda, dağlar, cavandım - Günün şeiri
14:15 28 İyul 2021
Boşanmadan ikinci qadınla evləndi, ölümündən sonra oğlu meydana çıxdı, müəmmalı qəzada öldü – Səxavət Məmmədovdan 10 maraqlı fakt
13:30 28 İyul 2021
Səməd Səmədovun dəfninə gəlmədilər - Giley
12:40 28 İyul 2021
İşıqları keçirib yazanlar
12:00 28 İyul 2021
Dərnəgülün qansoranları – Vüsal yazır…
11:20 28 İyul 2021
“Fəryad 2” filminə kişi axtarırlar – 15 manata
10:40 28 İyul 2021
Müğənni 56 yaşında öldü
10:05 28 İyul 2021
Votsapda beş roman yazan xanım: “Mənim davam internetdəki əxlaqsız kişilərlədir” - Müsahibə
09:00 28 İyul 2021
Homoseksual kralın aşiq olduğu bəstəkar
21:00 27 İyul 2021
Özbək şairi 44 günlük müharibədən kitab yazdı
18:51 27 İyul 2021
Adam öldürmək istəyirəm - Yeni hekayə
18:01 27 İyul 2021
Bakıda caz müsabiqəsi elan olunub
17:09 27 İyul 2021