writer1

Səlim Babullaoğlu

Məqalə sayı

9
clock12:20 calendar-gray 26 Sentyabr 2013 view-gray1096 dəfə oxunub
view-gray1096 dəfə oxunub

Kitab yarmarkasındakı məşhur rus

Səlim Babullaoğlunun Yevgeni Reynlə söhbətindən fraqment

Nobel mükafatı laureatı İosif Brodski onu öz müəllimi hesab edirdi. “Axmatovanın yetimçələri” adlanan beşlikdə o da vardı. Görkəmli rus şairi, bir çox nüfuzlu beynəlxalq ədəbiyyat mükafatları almış Yevgeni Reyndən söhbət gedir. Kitab yarmarkasında Rusiya stendinin qarşısında söhbət etdik onunla. Xanımı, eyni zamanda özü demişkən, “po sovmestitelstvu” şairin ədəbi katibi funksiyasını yerinə yetirən Nadejda Reyn də yanındaydı.

Yevgeni Reyn:

- Biirsən, Səlim, mən Səməd Vurğunu, Rəsul Rzanı və Bəxtiyarı tərcümə eləmişəm.

- Bilirəm.

- Səməd Vurğunu görmüşəm də.

Təəccüblənirəm.

- 46-cı il idi deyəsən, 10 yaşım vardı. Yessentukidə idim anamla. Orda görüşdük. Anam yaxınlaşdı Səməd Vurğuna (Reynin anası Mariya Ziskand alman dili və ədəbiyyatı mütəxəssisi idi).

- Maraqlıdır.

- Sizin Brodskidən tərcümələriniz nə həcmdədir?

Məlumat verirəm.

- Çox yaxşı,- deyir, əlavə edir ki, bu sevindiricidir.

Dinmirəm.

- Sizin ruscanız çox yaxşıdır.

- Yəqin azərbaycanlı üçün yaxşıdır.

- Yox, yox, yaxşıdır.

- Sağ olun.

Bir-iki dəqiqəlik sükut yaranır.

- 80-lərdən etibarən yaranan yeni rus şeiri haqqında fikrinizi bilmək istəyirəm.

- Var, bir sıra imzalar var (Qandlevskinin,Kibirovun, Şvarsın, Baxıt Kenjeyevinç Rıjiyin və başqalarının adını çəkir).

- Onları oxumuşam (Parşikovun, Draqomoşenko və bir neçə başqasının adını da mən çəkirəm; xüsusən o şəxslərin ki, Brodski poeziyasının güclü təsirindən yayınmağa və qorunmağa çalışırdılar). Amma doğrusunu deyim, onlarda ağılla hissin proporsiyasında ciddi əngəllər görürəm,- deyirəm.

- Haqlısan, Səlim. Sanki krossvord qururlar...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020