writer1

Səhər Əhməd

Məqalə sayı

196
clock09:00 calendar-gray 23 Sentyabr 2013 view-gray5385 dəfə oxunub
view-gray5385 dəfə oxunub

Təyinim olarsanmı?

“Necəsən?” demə mənə. “Yorğunam” deməyə halım yox, susacaq qədər də yorğun deyiləm.

Tək və mücərrəd isim kimiyəm, quruluşca sadə, cəm şəkilçisi qəbul etməyən, heç bir şəxsə mənsub olmayan. Ən əsası isə odur ki, qeyri-müəyyən təsirlik haldayam.

Bilirsənmi, qeyri-müəyyən təsirlik halda olan isimlər yanında hər zaman təsirli fel tələb edərlər. Uzaqdan idarə edilməz onlar, ayrılıqda heç bir məna ifadə etməzlər çünki.

Sən ki təsirli felsən, hardan biləsən qeyri-müəyyən təsirlik halda olan isim nə çəkir.

Heç nə soruşma məndən, ən yaxşısı, mən də heç nə deməyim. Yenə alınmayacaq, onsuz da. Yenə “hə” əvəzinə “yox” deyəcəm, gülmək lazım olan yerdə ağlayacam yenə. Bizim sükutumuz daha maraqlıdı, nəinki söhbətimiz.

Heç bir suala cavab verməyən köməkçi nitq hissəsi olmaq istəyərdim sən olan cümlədə. Qüvvətləndirici bir ədat, məsələn. Üzüyola bir durğu işarəsi olmaq istəyərdim, harda desən, orda dayanan. Amma mən sən olmayan cümlədə dəli –dolu bir mübtəda oldum. Heç bir xəbərlə uzlaşmayan, heç bir təyinin cəsarət edib yanaşmadığı.

Mənim təyinedicim olarsanmı, “necə?”, “nə cür?”, “hansı?” sualına nə cavab verdiyimi bilmək istəyirəm.

Sən ki mənim cümləmdə deyilsən, hardan biləsən, tamamlıqları və zərflikləri yaşatmaq üçün xəbərlə uzlaşmaq zorunda qalan təyinsiz bir mübtəda nə çəkir.

“Necəsən?” demə mənə. İllər öncəki kimiyəm. Yenə havam parçalı-buludlu, həyatım orta şəkərli. Heç dəyişmədim mən. Daima eyni mövsümdəyəm.

Qeyri-müəyyən şəxsli cümləyə bənzəyirəm. Məni ancaq sən anlarsan. Anla artıq. Necəolduğumu sənə necə deyim...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Nigeriyanın məşhur sapranosu azərbaycanlı musiqiçilərlə konsert verəcək
17:50 15 Avqust 2020
Əgər cibində bir qutu siqaret varsa - Viktor Soyun xatirəsi - Mirmehdi Ağaoğlu yazır
16:30 15 Avqust 2020
Bu il beynəlxalq festivallarda iştirak edən Azərbaycan filmləri - Siyahı
15:52 15 Avqust 2020
Bir oğlu öldü, ikinci oğlu anasını tərk etdi-Papaqçıya ərə gedən Xan qızı
14:29 15 Avqust 2020
"Alacaqaranlıq" seriyasının müəllifindən oxuculara kitab müjdəsi
13:43 15 Avqust 2020
Xurşidbanu Natəvana layihə həsr olundu - Video
11:20 15 Avqust 2020
Tanınmış bəstəkar koronavirus peyvəndinin sınaqlarında könüllü oldu
11:01 15 Avqust 2020
Məşhur gitara ifaçısı vəfat etdi
10:28 15 Avqust 2020
Bu filmə görə 400 nəfər işdən çıxarılacaqdı – Rejissorların boyun qaçırdığı Azərbyacan filmi
08:57 15 Avqust 2020
Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020