news-inner
clock15:49 calendar-gray 03 Sentyabr 2013 view-gray1082 dəfə oxunub
view-gray1082 dəfə oxunub

Ərəb şair: “Mən necə inqilabın tərəfində ola bilərəm?”

Suriya şairi və esseisti Adonis (əsl adı, Əli Əhməd Səid Əsbər) dünya poeziyasının tanınmış nümayəndələrindən biridir. “Goethe” mükafatina layiq görülən Adonis bir neçə dəfə Nobel mükafatına namizəd olub.

Suriya Sosial Milli Partiyasının üzvü olduğuna görə 1955-ci ildə həbs olunub. Sonra Livana gedən şair 1985-ci ildə Fransaya mühacirət edib. Almaniyanın “FAZ” qəzeti hazırda Parisdə yaşayan şairlə ərəb ölkələrində, həmçinin vətəni Suriyada baş verən hadisələrlə bağlı müsahibəsini yayımlayıb.

- Ərəb baharı başlayanda siz demişdiz ki, Məsciddən başlayan inqilabda iştirak etmək istəmirəm. Bunun azadlıq və demokratiya ilə heç bir əlaqəsi yoxdur. Niyə bu qədər pessimistsiz?

- Bu, pessimizm yox, reallıqdır. Əgər bir siyasi sistem dini bazis üzərində qurulursa, demokratiya olmayacaq. Ya biz demokratiya və azadlıqda yaşamalıyıq, ya da dini sistemdə. Mən birinci variantı, demokratiya və azad olmağı seçirəm. Amma bu, o demək deyil ki, dinə qarşıyam. Sadəcə din bizi institut kimi idarə edirsə onda bu tiraniyadır. Həm də o səbəbdən ki, dindar olmayan və ya başqa dini inancı olan adamlar da var. Dini qaydaları və əsasları olan cəmiyyət mənim üçün diktaturadır. Və dini diktatura hərbi diktaturadan daha pisdir.

- Hərbi və dini diktatura arasında hansı fərq var?

- Hərbi diktatura sənin başını və siyasi fikirlərini idarə edir. Bu, dəqiq pisdir. Dini diktatura isə sənin başına, ürəyinə, ruhuna, bir sözlə, bütün bədəninə nəzarət edir. Şübhəsiz ki, hər ikisi qeyri-demokratikdir.

- Yəni dinlər o zaman antidemokratik olur ki, siyasi hakimiyyətə, dövlətə təsiri var?

- Dinlər cəmiyyətdə bütün qrupları eyni öhdəlikləri götürməyə çağırır, amma onların eyni haqqı olması ilə razılaşmırlar. Məsələn, niyə islam qaydalarına görə, müsəlman qadın xristianla evlənmə bilməz? Əksinə, bir xristian müsəlman olmadan bunu edə bilməz. Niyə islam şərtlərində formalaşmış müsəlman nazir kimi vacib postları tutur, xristianlar yox. Əgər siyasi hakimiyyət dini bazisə əsaslanırsa və cəmiyyət din naminə idarə olunursa vətəndaş haqları qüvvəsini itirəcək. Müsəlmanlar iddia edirlər ki, islam azadlıq üçün təminatdır. Din azadlığı təmin etmir, hər kəs üçün istisnasız olaraq. Yalnız insan haqları bəyannaməsi, konstitusiya bunu öz üzərinə götürə, azadlığa təminat verə bilər. Ərəb ölkələrində demokratiya yalnız vətəndaş cəmiyyətinə, vətəndaş haqlarının bərabərliyinə əsaslanarsa dünyəvi dövlət də mümkündür.

- Deməli, bütün problemin həlli dindən ayrı dövlətin qurulmasındadır?

- Onsuz müasir cəmiyyət qurula bilməz. Əgər bizim məqsədimiz demokratik və azad ərəb cəmiyyəti qurmaqdırsa, onda başqa cür düşünən azlığı qəbul etməliyik. Yalnız bu halda dünyaya açıq cəmiyyət qurmaq olar. Dünyəvi dövlət individual inanclara qarşı deyil. İnsanın istənilən dinə haqqı var və bu, onun fərdi azadlığıdır.

- Niyə indiyə kimi ərəb cəmiyyəti və dünyəvilik bir araya gələ bilmir?

- Çünki ərəblər hələ də xilafətin dilində danışır və işğalçılıq prinsipləri var. Bir cəmiyyəti hələ də dini nəzər nöqtəsinə əsasən dini çoxluğa və azlığa ayırmaq metodu qeyri-demokratik strukturun təsdiqidir.

- Ümumiyyətlə, ərəb cəmiyyətinin tarixində demokratiya olubmu?

- Yox. Biz ərəblər 1500 ildən bəri bir dairədə dövrə vururuq. Bu müddətdə bizim əsas işimiz cəmiyyətdə dəyişiklik etmədən, proqressivliyi düşünmədən siyasi hakimiyyəti ələ keçirmək olub. Heç kəs cəmiyyəti dəyişməyə cəhd eləmir. Kimsə mədəniyyətdə inkişaf və cəmiyyəti yaxşılaşdırmaq üçün yol axtarmır. Kimsə yol aramır ki, ərəbləri necə müasir insan etmək mümkündür.

- Suriya müxalifəti azadlığa və demokratiyaya çağırır. Bəziləri debatlarında vətəndaş cəmiyyəti ideyasını da təklif edir.

- Bu sözlərin əhəmiyyəti yoxdur. Yeni xilaskarlar indiyədək özlərinin siyasi proqramında bir dəfə də olsun dünyəvilik anlayışını qeyd eləməyiblər. Bu, necə inqilabdır ki, bir sözdən qorxur? Onların başında hələ də cəmiyyəti dini azlığa və çoxluğa bölən doqma hakimdir.

- Ərəb intellektualları ümumiyyətlə dəyişikliklərdə rol oynadımı?

- Təbii. Suriyada və başqa ərəb ölkələrində baş verənlər yaxşı bir həyat ideyasından meydana gəlib. Bu ideya birdən-birə heç nədən yaranmayıb. Bir çox ərəb intellektualları, yazıcıları azadlıq və demokratiyanı dəstəkləyirlər.

- Niyə siz inqilabın tərəfində deyilsiz?

- Axı, mən necə inqilabın tərəfində ola bilərəm. Məsələ onun siyasi proqramındadır. Əvvəldə o, azadlıq və demokratiya uğrunda dinc şəkildə mübarizəyə başlamışdı. Bu gün isə tamamilə zorakılıqdır, silahlı üsyandır. Müxtəlif islam ölkələrindən olan muzdlular inqilabın sıralarındadır. Qatar, Səudiyyə Ərəbistanı və Amerika onları silahlandırır. Bu, inqilab deyil. O, yalnız rejimi devirmək istəyən üsyançı qruplardan ibarətdir. Mən onu necə dəstəkləyim?

- Suriya böhranında Qərbin rolu nədir?

- Qərb Suriya məsələsində özünü bilgisiz, cahil kimi aparır. Baxmayaraq ki, onlara maariflənməkdə kömək edən ekspertləri az deyil. Hadisələrlə bağlı səthi informasiyaları var. Siyasət sahəsini nəzərdə tuturam. Bir çox Qərb intellektualları siyasətçilərdən daha yaxşı məlumatlıdırlar, amma onların siyasi gücü yoxdur. İndi Qərb iqtsadi böhran yaşayır. Ərəb dünyasının böyük hissəsi isə varlıdır. Ona görə də Qərb hər şey edir ki, öz iqtisadi problemini həll etsin, hətta dəyərlərinə qarşı gedərək, demokratik prinsipləri və insan haqlarını pozmaq bahasına.

- Mümkündür ki, böhran nəticəsində Suriya bir neçə dövlətə bölünsün?

- Hər şey mümkündür. Bu, dünya güclərinin Suriyadakı rolundan asılıdır.

- Bəzi qərb ölkələri Suriyanı hərbi müdaxilə ilə hədələyir.

- İnanmıram ki, müdaxilə baş versin. Suriyanın mürəkkəb strukturu var: Səudiyyə Ərəbistanı, Qatar və Türkiyə, Mərakeşdən tutmuş Pakistana kimi bir çox ölkələrdə mötədil islam bəhanəsi altında sünni hakimiyyətini gətirmək istəyirlər. Bir növ Aralıq dənizindən Qafqaza, Rusiya sərhədlərinə kimi vahid zona yaratmaq istəyirlər. Bir tərəfdən bu, Rusiyanın izolyasiyasına gətirəcək, digər tərəfdən şiələrin təsirinə mane olacaq. Həm də Rusiyada, Çində yaşayan müsəlmanları alətə çevirəcəklər. Bundan başqa Rusiya və Çinin Suriyada maraqları var. Ona görə konflikt mürəkkəbdir. Suriya Türkiyə, Aralıq dənizi, Liviya, İsrail və İordaniya ilə sərhəddir. Kürd bölgələri bilavasitə əlçatandır. İran, Fars körfəzi, Yunanıstan da uzaq deyil. Hərbi müdaxilə olarsa, Suriya çox güman ki, cihadçıların əlinə düşə bilər. Onların hakimiyyəti bütün bölgəyə təsir edəcək. Qərb doğrudanmı bununla barışacaq? İnanmıram.

Oxşar xəbərlər

Xəbər lenti

İnsanlar məşhur sənət əsərlərini evlərində belə canlandırdılar - Fotolar
19:50 31 Mart 2020
Məscid odunu - Mehriban Vəzirin yeni hekayəsi
18:27 31 Mart 2020
Tanınmış xanımlarımızdan "Evdə qal" kampaniyasına çörək hədiyyəsi - Fotolar
17:11 31 Mart 2020
Azərbaycanda anadan olmuş tanınmış yazıçı dünyasını dəyişdi
16:02 31 Mart 2020
Sevgilisinə görə 20 otaqlı ev tikdi, özündən 35 yaş cavan qızla evləndi, pula görə Üzeyir Hacıbəyova əsəbiləşdi - Cabbar Qaryağdıoğlundan maraqlı faktlar
15:19 31 Mart 2020
Ötən gecə Van Qoqun məşhur əsərini oğurladılar
14:32 31 Mart 2020
Ceyms Bond filminə 100 minlik zərbə
13:45 31 Mart 2020
Qohumların bizə gəlməyinə qəti qadağa qoymuşam – Yazıçılarımız karantin günlərini necə yaşayır? - Sorğu
12:30 31 Mart 2020
Facebookda “zibil atan”ların təhlükəli səhvi
11:50 31 Mart 2020
Dahi şairimizdən Günün Şeiri
11:15 31 Mart 2020
Azərbaycanlı qarmon ifaçısı vəfat etdi
10:31 31 Mart 2020
"Santa Barbara" serialının ulduzu dünyasını dəyişdi
10:17 31 Mart 2020
Milli Konservatoriya Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
09:28 31 Mart 2020
Yuxu dərmanı - İsi Məlikzadənin hekayəsi
09:00 31 Mart 2020
Habil Əliyevin koronavirusa yoluxan qızı danışdı: “Qorxuram” - Foto
23:02 30 Mart 2020
Milli Kitabxanadan oxuculara daha bir virtual xidmət
20:02 30 Mart 2020
Komediya ustası koronavirusdan vəfat etdi
17:01 30 Mart 2020
Tanınmış rejissor dünyasını dəyişdi
16:38 30 Mart 2020
Koronavirus dünyanı necə dəyişəcək: ağlagəlməz ehtimallar
15:59 30 Mart 2020
Teatrdan evdə qalan tamaşaçılara jest - Repertuar
14:56 30 Mart 2020