news-inner
clock08:00 calendar-gray 03 Sentyabr 2013 view-gray1799 dəfə oxunub
view-gray1799 dəfə oxunub

Vaqif Bayatlı Odər: "“Don Kixot”u mən yazsaydım...”

Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri bir əsər haqqında danışırıq. Budəfəki həmsöhbətimiz şair Vaqif Bayatlı Odərdir. Qeyd edək ki, V.B.Odərin ən sevdiyi əsər Migel de Servantesin “Don Kixot” romanıdır.

- Vaqif müəllim, oxuduğunuz kitablar arasında nəyə görə “Don Kixot” əsəri ən sevdiyiniz əsərdir? Yəni, əsərin hansı məziyyətləri sizə bu əsəri bu qədər sevdirib?

- Bəri başdan deyim ki, mənim iki sevimli əsərim var: Məhəmməd Füzülinin “Leyli və Məcnun” poeması və Migel de Servantesin “Don Kixot” romanı. Füzulinin bəxti ona görə gətirməyib ki, türk dilində yazıb, dünyada Servantes qədər tanınmır. Amma kim deyə bilər ki, tanınmaq xoşbəxtlikdir, bəlkə də Füzuli dünyanın ən xoşbəxtidir. Füzuli də insanı, mənim dediyim o qanadlı insanlar kimi təsvir edir, qanadlanır, yer üzünün mənasızlığından qurtarır, Allahın insan üçün qıydığı, göstərdiyi, insanın görə biləcəyi son həqiqətə yaxınlaşdırır.

Söhbət Füzulinin insanı həmin həqiqətə çevirmək bacarığından gedir. “Don Kixot” əsərində də həmin ideyaya doğru gedir Servantes, amma Füzuli qədər həqiqətə yaxınlaşa bilmir. Bir də ki, bu belə də olmalı idi, çünki Füzuli sosial məsələlərdən, narazılıqlardan yazmırdı. Don Kixot obrazı da Servantesə yaxındır, onun başqa şəklidir.

Hər iki obrazın dəli kimi təsvir edilməsində də oxşarlıq var, amma Servantesin dəli anlayışı Füzulidən fərqli olaraq sözün birbaşa mənasında olan dəli anlayışına bir az yaxındır. Əsərin sonunda, xüsusən, həmin dəlilik hiss olunur. Amma düşünürəm ki, “Don Kixot” romanını mən yazsaydım, Don Kixotu yox, bəşəriyyəti müalicəyə göndərərdim. Bəlkə Servantes də bu cür yazmaq istəyib, amma elə məqam yetişib ki, əsərdə yazıçı özü də ümumi oxucu rəyinə təslim olub. Ona görə də əsərin sonunu uğursuz hesab edirəm.

- Əsərlə bağlı iki qəribə və maraqlı məqam diqqətimi çəkir. Birincisi Don Kixot niyə məhz oxumaqdan ağlını itirir, cəngavər olmaq qərarına gəlir? Servantes əsər yazır, həm də oxumağın, mütaliənin dəliliyə aparmağını vurğulayır. İkinci qəribə məqamsa dünya səyahətindən bəhs edən romanın həbsxanada yazılmasıdır. Qəribədir deyilmi?

- Əsərin harda yazılmasının elə də böyük əhəmiyyəti yoxdur. Bəlkə biz də elə həbsxanada yazırıq, sadəcə xəbərimiz yoxdu. Bəlkə dünya özü ən böyük həbsxanadı? Bu cür həqiqətləri Allahdan başqa heç kəs bilə-bilməz. Bunlar nisbi məsələlərdir. Əgər ispan ədəbiyyatının Servantesə qədər olan dövrünə bələdsənsə, o dövrdə macəra ədəbiyyatı, cəngavərlik romanları çox yazılırdı.

Servantesin də bir yazıçı və vətəndaş kimi həmin cəngavərlik romanlarına münasibəti çox mənfi idi. O göstərirdi ki, normal insan bu kitabları oxuyub ancaq dəli ola bilər. Bir də ən böyük ədəbiyyat odur ki, insan ona inanır, Servantes oxuduğu əsərlərə inanan bir qəhrəmanın obrazını yaratmışdı. Əsl dəlilik və ən gözəl odur ki, yer üzünün həqiqətlərindən yuxarıda dayanasan, əgər dayana bilsən müstəqil, azad olursan, mənim də tez-tez şeirlərimdə dediyim İlahi yüksəlişə çatırsan, göy üzünə qanadlanırsan. Ona görə də Servantesin yaratdığı Don Kixot obrazı onun özündən yuxarıda dayanır, çünki onun həqiqəti Servantesin həqiqətindən də yüksəkdə idi. Elə bil yazıçı və obraz ayrı-ayrı

anlayışlara çevrilir bu məqamlarda. Servantesin yazdıqları ondan çox-çox yüksəkdə dayanıb, bu da İlahidən gəlmə istəyindən yaranan bir şeydir.

- Norveç Kitab Klubu “Ədəbiyyat tarixinin 100 ən yaxşı əsəri”ni müəyyən etmək üçün sorğu keçirib. Sorğuda 50-dən artıq ölkəni təmsil edən 100-dən çox tanınmış yazar iştirak edib, o cümlədən, Orxan Pamuk, Salman Rüşdi, Milan Kundera. Migel de Servantesin “Don Kixot” əsəri səslərin yarıdan çoxunu toplayıb. Siz bu seçimi təsadüfü sayırsız, yoxsa bu roman hamı üçün yazılmış kitabdır?

- Son 15 ildə “Don Kixot” əsəri də qəlbimin ən yüksək zirvəsini fəth edən əsər sayıla bilməz. Mənimçün ən gözəl Don Kixot obrazını Füzuli dünyanın ən gözəl dəlisi olan Məcnun obrazı ilə yaradıb. Bu mənimçün dünya həqiqətidir. Amma Avropa ədəbiyyatı üçün hər halda belə görünür ki, Servantesdən sonra bu səviyyədə əsər yarada bilmədilər.

Dostoyevski “İdiot”da Knyaz Mışkin, “Cinayət və Cəza”da Raskolnikov obrazı ilə yeni müstəvidə Don Kixot yaratmaq istədi, amma bu da tam yetkin olmadı. Amma əlbəttə ki, Dostoyevskinin də əsərləri gözəl və qiymətlidir. Özü də, Fərid bəy, “Don Kixot”u mən şeir kimi oxumuşam, şeir kimi də yadımda qalıb. Hər halda, Avropa romançılığında mənə görə Servantesə bərabər tutulacaq ikinci belə bir yazıçı yoxdur. Bunun da səbəbini bayaq dedim də sənə, həmin İlahi həqiqətlə bir başa bağlı olması ilə bağlı idi.

- Bu cür bütün məğlubiyyətlərə, döyüşlərə, yalançı ümidlərə rəğmən nikbinliyi zərrəcə də olsun əskilməyən bu romanın sonunda Don Kixot ölür. İstərdim ölümün labüdlüyündən və əsərdəki nikbinliyin sonuna nöqtə kimi qoyulmasından danışaq.

- Ona görə deyirəm da, əsər yaxşı tamamlanmayıb. Məsələn, Don Kixotun yel dəyirmanı ilə mübarizəsi var, çoxlarına gülməli görünür. Ancaq necə poetikdir. Dünya bu istiqamətə inkişaf yönəlsəydi, sivilizasiya elə inkişaf edə bilərdi ki, insan yel dəyirmanı ilə də vuruşa bilərdi. Ümumiyyətlə, ikibaşlı məsələlərdi bunlar. Boş ideal uğrunda vuruşmaq deyir çoxları buna, amma təkcə elə deyil. İnsan əgər zirvəyə heç kimə ziyan vermədən qalxmaq istəyirsə və bu müharibəyə tək hazırdısa bu çox önəmli məsələdir.

Yel dəyirmanı ilə vuruşan insanın ölümü heç kimə maraqlı deyil, onun mübarizəsi maraqlıdır. Əsərdəki ölüm təsviri mövzuya xələl gətirmir, düzü heç o ölüm yaddaşımda ciddi təsir də buraxmayıb. Çünki insan ölümə qədər öz sözünü deyə bilibsə, kimliyi bəllidirsə, onun ölümü heç nəyə xələl gətirmir. Don Kixot isə öləndə artıq elə bizim tanıdığımız, aşiq olan, vuruşan Don Kixot idi. Yadımdaykən deyim ki, Füzuli Servantesdən həm də ona görə üstün idi ki, o “Leyli və Məcnun” əsərində ölümü fiziki ölüm kimi təsvir etməmişdi. Bu da indi, danışa-danışa ağlıma gəldi.

- Don Kixot Sanço Pançoya deyir ki, “çalış çox fərman vermə, fərmanın çoxluğu dövlətin zəifliyinin göstəricisidir”. Bu müdriklikdir. İndi onun axmaqlıqlarından deyim; çaxır tuluğunu div sayıb deşir, qırmızı çaxır yerə dağıldıqca o elə bilir ki, divin qanı axır və kiçik karvansaranı hidalqo qəsri zənn edir. Sizcə, əsər niyə görə başdan-başa axmaqlıqla, dərin idrakın mübarizəsi kimi qurulub?

- Bu nüans da Servantesin yazıçı kimi zəif cəhəti idi. O çalışıb ki, Don Kixotun hər tərəfli canlandırsın, ona görə də qəhrəmanını hər tərəfə çəkib. Düzdü bunun yaxşı tərəfləri də var, obrazlar, vəziyyətlər açılır oxucuya, ancaq obrazı məqsədsiz etmək də olmaz.

Bundan başqa bir məqamı da deyim, necə Füzulidən “Leyli və Məcnun”un inkişafının axırına çıxdı, eləcə də “Don Kixot”la da Servantes cəngavərlik romanının kökünü kəsdi. Fərq o idi ki, Füzüli “Leyli və Məcnun” poemasına ilahi yüksəlişi daha dərin planda əlavə edib bir az da yüksəltdi, Servantes isə cəngavərlik romanını gözdən salıb məhv elədi.

Hər bir böyük yazıçı və şair böyük bir epoxanı qapayır, ya da yeni bir epoxaya qapı açır. Servantes də, Füzüli də epoxanı qapadan müəlliflər idilər, ona görə də Füzulidən sonra “Leyli və Məcnun” mövzusu demək olar ki, səviyyəsinə, poetik həllinə görə qapadıldı, Servantesdən sonra isə cəngavərlik romanı eyni taleni yaşadı.

Oxşar xəbərlər

Xəbər lenti

Ürək parçalayan şəhid məzarları – Günahkar kimdi?
11:50 28 Yanvar 2021
Azərbaycanlının evlilik təklifi niyə bayağı alınır?
11:07 28 Yanvar 2021
Anar evliliyinin 59 illiyini qeyd etdi - Fotolar
10:25 28 Yanvar 2021
Kann Film Festivalı təxirə salındı
10:02 28 Yanvar 2021
Orxan Pamukun romanları Qərbin gizli sifarişidir – Aqşin Yenisey yazır...
09:01 28 Yanvar 2021
“Azərbaycanın klassik 12 instrumental muğamı” kitabı təqdim olundu
18:59 27 Yanvar 2021
Mədəniyyət naziri Fransanın dövlət katibi ilə görüşdü
18:11 27 Yanvar 2021
Qarabağda mina təmizləyənlərdən film çəkildi - Video
17:28 27 Yanvar 2021
Bizim keçmişimiz əl-ələ gəzir - Elvin Bakiroğlunun yeni şeirləri
16:46 27 Yanvar 2021
Di Kaprio ABŞ prezidentinə açıq məktub yazdı
16:01 27 Yanvar 2021
Fərhad Bədəlbəyli: “Bülbülün həyətinə girəndə qorxdum” – Şuşa söhbəti
15:18 27 Yanvar 2021
Çində "Nizami irsi" layihəsinə strat verildi
14:46 27 Yanvar 2021
Klassikanı niyə oxumalıyıq?
14:01 27 Yanvar 2021
Psixoloq: “Media intihar xəbərlərində ehtiyatlı olmalıdır” – Müsahibə
13:20 27 Yanvar 2021
Balaca ifaçımız beynəlxalq mükafat aldı
12:41 27 Yanvar 2021
Valları rekord qırdı, ailəsini atıb "müqəddəs ata" oldu, rahibəylə eşq yaşadı - Azərbaycanlı şairin qeyri-adi həyatı
11:58 27 Yanvar 2021
İki gündən bir ağlaşma quran sənətçilər
11:29 27 Yanvar 2021
“Uşağın duası” işıq üzü gördü
11:09 27 Yanvar 2021
90 yaşlı aktyor ata oldu
10:43 27 Yanvar 2021
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edilib
10:16 27 Yanvar 2021