news-inner
clock08:45 calendar-gray 20 Avqust 2013 view-gray1516 dəfə oxunub
view-gray1516 dəfə oxunub

Mövlanəni və Atatürkü müqəddəs hesab edən din ARAŞDIRMA

Kulis.Az qeyri-ənənəvi dinlərlə bağlı araşdırmalarını davam etdirir.

Qeyri-ənənəvi dinlərdən biri də Türkiyədə sürətlə yayılan, mətbuatda və ictimaiyyət arasında “mövlanaçılar” adı ilə tanınan Vedia Bülen Çorakın rəhbərlik etdiyi Dünya Qardaşlıq Birliyi Mövlana Uca Vəqfidir. Bu dinin öz peyğəmbəri və öz müqəddəs kitabı var. Türkiyədə geniş yayılmış “new age” dinlərdən biridir. Dinin peyğəmbəri Vedia Bülen Çorak ona naməlum uçan obyektlər-yadplanetlilər tərəfindən vəhy gəldiyini iddia edir. İllərdir kosmosdan vəhy aldığını iddia edən yalançı peyğəmbərin yazdığı 621 səhifəlik “Bilgi kitabı” bu dinin müqəddəs kitabıdır.

Təzadlarla dolu “Bilgi kitabı”na görə “Mövlanaçıların” şəcərəsi Mövlanə Cəlaləddin Rumiyə bağlıdır. Bu dinin mənsubları özlərini qədim dünya ilə qohum sayır, Atlantida, Amon, Zevs məbədlərini dinlərinin təməli hesab edirlər. Türkiyədəki siyasi duruma uyğun addım atan mövlanaçılar, həm islamın, həm də kamalizmin dinlərinin əsası olduğunu bildirirlər. Eyni zamanda “Atatürkün qurduğu Türkiyənin qiyamət ərəfəsində olan dünyaya işıq tutacağına” inanırlar. Özünü Cəlaləddin Ruminin davamçısı hesab edən Çorak, Mövlanənin ruhunun onun bədənində yenidən dünyaya qayıtdığına inanmaqla yanaşı, “rəbb kanalı alfa mərkəzi”ndən vəhy aldığını iddia edir. Eyni zamanda dinlərinin modern olduğunu isbat etmək üçünvəhyin astronomiya və fizika kimi elmlər vasitəsi ilə göndərildiyini sübut etməyə çalışır.

Təzadlarla dolu “müqəddəs kitab”

“Mövlanaçılar” inanır ki, Dünya Qardaşlıq Birliyi Mövlana Uca Vəqfinin müqəddəs kitabı hesab olunan “Bilgi kitabı” bütün dinlərin müqəddəs kitablarının əsas tezislərini özündə birləşdirir, bəşəriyyəti “qızıl əsr”ə aparır.

Çorak hesab edir ki, məlumat aldığı kanal-alfa kanalı, mərkəzi sistem, uca məclis, universal birləşmə şurası, mərkəzə bağlı kosmik qruplarıdır. Məqsəd dini və universal birlikdir. “Bilgi kitabı”nda “Qurani Kərim”in 1999-cu ilə qədər etibarlı olduğu, 2000-ci ildən başlayan dördüncü dövrün kitabının “Bilgi kitabı” olduğu deyilir və bu kitabın "bu günə qədər göndərilmiş bütün müqəddəs kitabları birləşdirən bir kitab" olduğu iddia edilir.

Dünya Qardaşlıq Birliyi Mövlana Uca Vəqfinin əksər üzvləri şəxsi həyatında ciddi problemi olan insanlardır. Çorak tərəfdarlarına deyir ki, “Bilgi kitabı”nı anlamaq üçün şübhədən uzaq olun, yazılanlara qeyd-şərtsiz inanın. Əks halda “şüurun avtomatik qapanması” baş verəcək və bu da “Bilgi kitabı”nı anlamaq üçün ciddi maneədir. Bu qorxu “Bilgi kitabı”nı anlamaqda çətinlik çəkən üzvlərdə psixoloji pozğunluqlara səbəb olur.

Dərnək üzvləri içərisində çox sayda psixoloji böhran keçirənlər, psixiatrik xəstəxanalarda müalicə olunanlar var. Bu dinin güclənməsində Atatürkçülük əsas rol oynayır. “Bilgi kitabı” "Musa-İsa-Məhəmməd-Mustafa Kamal. Bunlar birbaşa enkarnasiyalardır. Birbaşa yadplanetlilərdir və planetinize sistemini qurmaq üçün göndəriliblər" fikrini irəli sürür. Kitabın başqa bir fəslində isə deyilir; “Atatürk Türkiyəsi, ciddi mühafizə edilir".

Evdar qadının peyğəmbərlik iddiası

Özünün peyğəmbər, hətta peyğəmbərlərdən də üstün olduğunu iddia edən Vedia Bülent Çorak, İzmirdə ruh çağırma və hipnoz yığıncaqlarına qatılan sıravi evdar bir qadın olub.

Ətrafdakılardan heç bir özəlliyi ilə fərqlənməyən bu qadın, qəfildən yadplanetlilərdən mesajlar aldığını iddia etməyə başlayır. Bir müddət psixoloji müalicə kursu keçir. Onun axmaq fikirlərinə heç kəs inanmır. Bütün bunlara baxmayaraq Çorak kosmosdan gəldiyini, peyğəmbərlərdən üstün olduğunu, Uca Yaradanın yer üzündə əksi olduğunu iddia edir. 1993-cü ildə İstanbula köçür və Dünya Qardaşlıq Birliyi Mövlana Uca Vəqfini qurur. Vəqfin qazancı müxtəlif seminarlardan, media şirkətlərindən və ələvi-bektaşi dərnəkləri ilə ortaq tədbirlərdən əldə edilir.

Fırıldaqçılar və saxtakarlar

Öz adına pul buraxdıran Çorak, Qiyamət Gününün 2014-cü ildə olacağını deyib. İlk dəfə 2000-ci ildə Qiyamət qopacağını elan edən Çorak daha sonra bunun 2014-cü ildə olacağını söyləyib və 18 nəfərdən ibarət qruplar vasitəsi ilə pul toplamağa başlayıb. “Bilgi kitabı” və Çorakın fəaliyyəti dəfələrlə araşdırılıb, Dünya Qardaşlıq Birliyi Mövlana Uca Vəqfi haqqında cinayət işi qaldırıb. 2007-ci ildə Kadıköy III Cəza Məhkəməsində Dünya Qardaşlıq Birliyi Mövlana Uca Vəqfinin səkkiz fəal üzvünə hökm oxunub. Vəqfin idarəetməsində yer almayan Çorak isə azadlıqda qalıb.

Türkiyədə yaranmış bu saxta dinin Almaniya, Hollandiya, Belçika, İngiltərə və ABŞ-da tərəfdarları var. Hər il 1 noyabrda müxtəlif ölkələrdən seçilmiş nümayəndələr Dünya Qardaşlıq Birliyi Mövlana Uca Vəqfinin mərkəz binasında toplanaraq konfrans keçirir və hər üzv müəyyən məbləğdə üzvlük haqqı ödəyir. “Bilgi kitabı” ibranicə, almanca, rusca və türkcə çap olunub və vəqf üzvlərinə biri 75 yevroya satılır.

Oxşar xəbərlər

Xəbər lenti

Erotik rola çəkilmiş 5 Azərbaycan aktrisası - Fotolar
12:08 08 İyul 2020
Türkiyəli aktrisa vəfat etdi
12:01 08 İyul 2020
Bu, Allaha qarşı küfrdür – Gənc şair həmkarını tənqid etdi
11:20 08 İyul 2020
“Üzüklərin hökmdarı” geri qayıdır
10:47 08 İyul 2020
Elzanın yeni şəkli müzakirəyə səbəb oldu - Foto
10:12 08 İyul 2020
Kitabxana maraqlı layihəyə başlayır
09:30 08 İyul 2020
Qafqazın ətəklərində karantin axşamları - Bircə atasının ölümündən yazır...
09:00 08 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
18:44 07 İyul 2020
Əfsanəvi musiqiçi vəfat etdi
18:09 07 İyul 2020
Bizim üçün qızılgül – Cavanşir Yusifli yazır...
17:30 07 İyul 2020
Bred Pitt yeni filmə çəkilir
16:48 07 İyul 2020
Filmdəki "Kəndimiz" mahnısının ifaçısı dünyasını dəyişdi
16:06 07 İyul 2020
Seymur Baycanın yazısı məşhur türk saytında yayımlandı
15:24 07 İyul 2020
"İmkanlı adamların milli qeyrəti olmalıdır" - Yazıçılar ermənilərin festivala gedən filmindən danışdı
14:45 07 İyul 2020
Tbilisidə Azərbaycan muzeyləri açıldı
14:02 07 İyul 2020
“Qəhrəmanım sənsən” - Natiq Məmmədlinin yeni kitabı çap olundu
13:19 07 İyul 2020
Bakıya yayılan üfunət nəyin mesajıdır?
12:28 07 İyul 2020
Atasını vuranı bağışladı, ölümünə dostu bais oldu, öləcəyini internetdən öyrəndi - Ələkbər əminin kədərli həyatı
11:42 07 İyul 2020
Kür çayını kim xilas edəcək?
11:06 07 İyul 2020
Dindarlar bu şeirə görə gənc şairi hədələyirlər
10:30 07 İyul 2020