Ölmək üçün Allaha yalvarmaq

Ölmək üçün Allaha yalvarmaq
5 avqust 2013
# 10:07

Nail Zakirli

Həyat məktəbində imtahandayam

Əvvəl sevinc verdi, sonra dərd verdi
Xəyallar quranda, min dilək verdi.
Cavabı olmayan suallar verdi
Həyat məktəbində imtahandayam.

Bu dünya nə sənə, nə mənə qalmaz
Sevinc, xoşbəxtlikdən bizə pay olmaz
Cismin ötəridi, ruhun qocalmaz
Bu dövran içində dar dalandayam

Nə qədər insanlar, tanış, uzaqlar
Dostunam deyib də uzaq olanlar
Məni güclü biri kimi sananlar!
Həyatın içində, uçurumdayam.

Bu həyat oyunun bilmək olmayır
Yaşa deyən zaman ölmək olmayır
Səni ağlatmasa gülmək olmayır
Ağlayan təbəssüm sorağındayam.

Bizə nəfəs verən nəfəs yoxdusa
Yaşadıq bir film bu da sondusa
Həyat məktəbində imtahandısa
İmtahan içində imtahandayam.

Ayrılıq...

İndi ayrılmısan sən sevdiyindən
Bu geniş dünyada dar gəlir sənə
Darıxma düzələr kimi sözlərim
Anlamsız mənasız boş gəlir sənə

Yada salacaqsan sən keçmişini
Onunla olduğun xoş günlərini
Sənə dediyini, xoş sözlərini
O keçmiş izləri xəyaldır sənə

Onunla olduğun yerlərə gedib
Tək, yalnız oturub sən baxacaqsan
Ayrılmağınızı sən dərk eləyib
Səssiz için-için ağlayacaqsan

Keçmiş xatirənə bağlı bir çox şey
Qarşına çıxanda pis olacaqsan
Bəlkə də hər gecə sən ölməyinçün
Əl açıb Allaha yalvaracaqsan

Amma verməyəcək heç biri fayda
Dəniz qırağında sıxılacaqsan
Hər yerdə gözlərin hey onu gəzir
Bir gün tapmayınca yorulacaqsan

Bəlkə də heç sənə layiq olmayıb
Bilsəydi qədrini heç gedərdimi?
Onu çox sevirəm dediyin vaxtlar
Ayrılıq ağlına heç gələrdimi?

# 1054 dəfə oxunub

Oxşar xəbərlər

# # #