writer1

Sevda Sultanova

Məqalə sayı

841
clock08:15 calendar-gray 03 Avqust 2013 view-gray5100 dəfə oxunub
view-gray5100 dəfə oxunub

Prezervativi yırtılan kişinin qorxusu

Əvvəlcə kitabın üz qapağı diqqətimi çəkdi.

Üz qapağındakı təsvirin müəllifini yadıma salmağa çalışdım.

Rəsm əsəri ilə bir neçə il əvvəl tanış olmuşdum və haqqında oxumuşdum.

Kitabın ön və arxa səhifələrində rəsmin müəllif ilə bağlı heç bir məlumat olmadığından yaddaşımı çək-çevirə salandan sonra nəhayət, rəssamı xatırladım.

Fransız rəssamı, postimpressionist, puantilizm üslubunun pionerlərindən biri Georges Seurat. Qapaqdakı isə “Grand Jatte adasında bazar günü” tablosunun reproduksiyası idi.

Söhbət isveçrəli yazıçı Peter Stammın debütü və uğur qazanan “Aqnes” romanından gedir.

Romanın süjeti banaldır: kişi ilə qadın kitabxanada tanış olur, bir-birini sevir, qadın kişiyə hamilə olduğunu deyir. “Mən hazır deyiləm” deyir kişi. Sonra qadın uşağı itirir.

Yeşilcam filmləri, Latın Amerka serialları, Hollivud melodramları üçün tipik süjetdir.

Məsələ ondadır ki, müəllif mövzunu da elə bayağı traktovka edib.

Lirik-sentimental əsərdən bir oxucu kimi nə yeni təcrübə qazandığımı, nə zövq aldığımı deyə bilmərəm.

Roman sevgi, qadın-kişi münasibətləri, ədəbiyyatın insana təsiri, hakimiyyət və inqilab haqda çeynənmiş, milyon dəfə deyilmiş mühakimələrlə doludur.

Üstəlik, həyat haqda bəsit müşahidələr, ərgən düşüncələr, axmaq dialoqlar...

Qısası, tavtalogiya.

Nəticəyə gəldim ki, 34 yaşında romanı yazanda görünür, Peter Stammın qadın təbiəti, həyat haqda bilgiləri zəif imiş.

Deməli, əsərdə belə bir epizod var. Kişi xatırlayır ki, keçmiş sevgilisi ilə sevişəndə necə olursa, prezervativi yırtılır. O, düşünür ki, prezervati yırtılıbsa qadın uşağa qalacaq və özünü ata olmağa hazırlayır. Biləndə ki, qadın hamilə zad deyil, xəyallarının suya düşməsi səbəbindən dərin psixi travma alır.

Və sonradan uşaq istəmədiyini də keçmişin travması ilə izah edir. Travmanı, döllənmə prosesinin belə baş verməməsi və bunun kişinin uşaqla bağlı bütün gələcək düşüncələrinə zərbə vurması ilə əsaslandırmaq qeyri-ciddi, infantil analizdir. Ya da kişi xudbinliyinin idbar formasıdır.

Romanda diqqəti çəkən bir-iki fənd ola bilər. Məsələn, əhvalatla bərabər qəhrəmanın öz sevgi hekayətinin bədii mətnə çevirməsi, xəyali və gerçək həyatın kəsişməsi, qarışması. Fəqət, yuxarıda sadaladığım səbəblər romandakı bu fəndi də effektsiz edir.

Hətta deyim ki, Salam Qədirzadənin “46 bənövşə” romanı “Aqnes”lə müqayisədə daha keyfiyyətli, ciddi melodramdır.

Sonra oxudum ki, Stamm müxtəlif psixiatriya klinikalarında təcrübə keçib.

Yadıma hospitalda psixiatr köməkçisi işləyən və iş təcrübəsi nəticəsində dünya ədəbiyyatının ən yaxşı romanlarından sayılan “Qu quşu yuvası üzərində uçarkən”in yazan Ken Kizi düşdü.

“Qanun” nəşriyyatında çap olunmuş kitabın arxa səhifəsinə baxıram. 4 manat yazılıb.

Dərhal düşünürəm: yaxşı ki, kitaba 4 manat verib almamışam. Onu kitab rəfinin bir küncünə atmış dostumdan götürmüşdüm.

4 manatı nəyə xərcləyə biləcəyimi hesablayıram: bir qutu bulqur, 2 qutu salfet, bir bəzək sancağı və “Torqovı”nın dar küçələrindən birində dilənən rus qarının payı.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

"Üç peyğəmbər" xalçasının müəllifi - Ziyadxan Əliyev yazır...
17:43 18 Yanvar 2021
Dəyişən gerçəkliklərdə gizlənən həyat - Aliyə yazır...
17:01 18 Yanvar 2021
Xalq artisti xəstəxanaya yerləşdirildi
16:19 18 Yanvar 2021
"Şanlı tarix" sərgisi açılacaq
16:09 18 Yanvar 2021
Elçiliyə gecə saat 1-də gedən, Cəfər Cabbarlının qızını alan, baba olduğunu eşidəndə dünyasını dəyişən yazıçı – Maraqlı faktlar
15:27 18 Yanvar 2021
Yeşilçam filmlərinin məşhur aktyoru vəfat etdi
14:46 18 Yanvar 2021
Qazilərimizdən bəhs edən film çəkildi
14:29 18 Yanvar 2021
50 yaşı tamam olan yazıçı: “Az qalıram utandığımdan qaçıb gizlənəm” – Müsahibə
13:50 18 Yanvar 2021
Peyvənd vurduran nazir və qərarsız Facebook əhli
13:02 18 Yanvar 2021
Məni sevgi üstə yaxaladılar – Əlizadə Nuridən yeni şeirlər
12:15 18 Yanvar 2021
Muzeyə getməməyi ilə məzələnən xalqım, oy! – Sərdar yazır...
11:42 18 Yanvar 2021
Beyin anevrizması keçirən məşhur repçi sağaldı
11:07 18 Yanvar 2021
Axşama tamaşa var
10:30 18 Yanvar 2021
Nizamini dərin hissiyyatlı kadrlar öyrənməlidir - Cavanşir Yusifli yazır...
10:01 18 Yanvar 2021
Xudu Məmmədovun oğlu: “Mən çatanda atam yerdə uzanmışdı, ona süni nəfəs verirdilər” – Müsahibə
09:00 18 Yanvar 2021
Nana sevirdi - Nərmin Kamaldan hekayə
12:31 17 Yanvar 2021
“Ah, bu uzun sevda yolu” onlayn nümayiş ediləcək
17:20 16 Yanvar 2021
“Əli Kərim deyib ki, məndən yaxşı yazır” - Azərbaycanlı şairin son müsahibəsi
16:30 16 Yanvar 2021
Muzey və sərgi salonları bu tarixdən fəaliyyətə başlayacaq
15:17 16 Yanvar 2021
Çıxın dağlara-daşlara səpələnək, atışaq - Eyvaz Əlləzoğlunun hekayəsi
13:32 16 Yanvar 2021