Nə yaşamağa üzüm var, nə də ölməyə

Nə yaşamağa üzüm var, nə də ölməyə
31 iyul 2013
# 09:50

Arzu Nəsibova

Mən acizəm!

Məni Tanrı yaratmış

Ətimi, qanımı,canımı verib,

Bütün kainatda üstün tutaraq,

Əməlimdən ,niyyətimdən asılı olaraq,

Mərtəbənin yüksəyinə ucaltmış.

Mən acizəm!

Aman Allah! Canım Allah!

Əgər üzərimdən rəhmətini çəkərsən,

Bu fani dünyanın ağır yükünü,

Ey bəni adəm, bu acizliyinlə

Necə çəkərsən?

Mən acizəm!

Nə yaşamağa üzüm var, nə də ölməyə

Günahlar bağlayır sanki gözümü.

Göz tapa bilmirem səni görməyə.

Həqiqət hardasan?

Niyə dinmirsən?

Boğulan haqqları niyə görmürsən?

Görmürsən nahaqlar yol alır

kainat boyu.

Hardadır düzlərin o qərargahı

Qurulub dünyada şeytanlar məclisi.

şeytanlar toyu.

Mən acizəm!

Yorulub dizlərim, taqətdən düşüb,

Sanki ruhum yalanla dolub,

Sevgidən,şəfqətdən xəbərsiz olan,

Yaralı ruhum

Yalanlar izindən çoxdan sürüşüb.

Ya Rəbbim kor etdi, hisslərim

mənim gözümü,

Daldım dünyanın boş xəyalına,

Günah səhrasında tapdım özümü.

Mən acizəm!

Rəhmətin olmasa doğulmaz insan.

Ananın bətnində yetişməz asan.

Bu dünya qurulub eşq üzərində,

Günahlar dayanıb lap əzəlində.

Mən acizəm!

Ya Rəbbi bağışla aciz qulunu,

İman etmədən alma ruhunu.

Acizəm.acizəm sənə möhtacam,

İmanım azalıb , sevgindən acam.

Sən sevgililərin ən əzəlisən ,

Bəndənın əvəzsız sevənisən.

Daldır Rəhmətini sən üzərimə,

İmanım nurlansın gur işığından,

Qaytar cismimi lap əzəlimə.

Həqiqi sevgi

Sevdim sevgimin önəmi yoxdu,

Çünki, sevdiyim bir bəni adəm.

Çiy südü əmmişdir, o doğuşundan,

Bitti həsrətimlə yandığı o dəm.

Sevgi hey yandırır, hey kədər verir,

Qəm-qüssə bürüyür bütün ruhumu,

Qəzəb dolaşaraq ruhumla mənim,

Yanaraq göylərə qaldırır,

tütən ahımı.

Ürək parçalanır ruhum çırpınır,

Gözümdə yaşlarım çağlayam bulaq.

Nahaqdır bəndənin eşqiylə yanmaq,

Gərəkdir Rəhmanın rizasım almaq.

Bəndən yaranandan olmuş naşükür,

ALLAHı unudur heç utanmadan.

Yaradan ALLAHı unudan insan

Necə sevəcəkdir heç usanmadan?

Ey Rəbbim mən necə kor olmuşam.

Yatmışam qəflətdə düzü duymadan.

Oyuldu kədərdən cismim, ruhumun,

Yarına bilmədim yaratdığına,

Başıma dağların qar atdığına .

Həqiqət hörülmür kərpiclər düşür,

Həyat məcrasından sanki sürüşür.

Halbuki adını zikr edən zaman,

Süzülür ruhuma dərin bir hüzün.

Qılsam namazları tutsam orucu,

Görəcəm həyatda gerçəyin özün.

# 1459 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #