news-inner
clock09:00 calendar-gray 31 İyul 2013 view-gray3324 dəfə oxunub
view-gray3324 dəfə oxunub

Namiq Ağayev: “Məşuqəni Polşadan gətirdik” MÜSAHİBƏ

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Axınla üzü aşağı” (Ssenari müəllifi və rejissor Asif Rüstəmov) filminin çəkilişləri bitər- bitməz filmin baş qəhrəmanını canlandıran Namiq Ağayevlə görüşdük. Əlbəttə ilk növbədə film haqqında danışmaq üçün. (Namiq Ağayev teatr rejissorudur. İllər əvvəl Kukla teatrında hazırladığı “Bülbül” tamaşası ilə adı ittifaq mərkəzində dillərə düşmüşdü. Son illərdə isə Akademik teatrda “Qanlı Nigar”, “Napoleon” kimi tamaşalar hazırladı).

Kinostudiyanın sınıq-salxaq, pis qoxulu dəhlizlərində filmlərin adını oxuya-oxuya otaqları axtardıqca aldığın təəssürat, çəkiliş qrupundan olanların yorğun üzünü tapan kimi bir fikirlə yaddaşa köçürülür: “Bizim kino istehsalatdan, sənayedən çox, ruhun inadkarlığı, yaradıcılıq eşqi, dəyanət və ən əsası özünü başqalarının axarına verməməkdi. Bir an da xəyalındakını, qəlbindəkini unutmaq, kino teyfini küsdürmək olmaz. Çəkilişsə elə bir prosesdir ki, ətrafda az qala hamı o teyfi qovmağa çalışır”.

Bu əli-ayağı yerə dəyməyən poetik fikirləri kinostudiyanın doğma pillələri ilə (vaxtilə “Kino+” qəzetinin redaksiyası burda yerləşirdi) düşərkən əli-ayağı yerə dəyməyən, idealist müsahibim sualsız zadsız, sanki fikirlərimi oxuyurmuş kimi davam etdirir:

- Dediniz ki, rejissor filmdən narazı idi? Məncə pis olmadı. Ola bilər xırda problemlər olsun. Ümumiyyətlə, mənim çətinliklərə immunitetim var, xırda narahatlıqlar məni sarsıtmır. Əgər maneə və ya haqsızlıq varsa bunu normal qəbul edirəm. Həyat haqsızlıqdı da... Yəni onu bu haqsızlığı ilə qəbul etmişəm. Ümumiyyətlə, həyatdakı çətinliklərdən, aldığım tərbiyədən çıxardığım həyat prinsipim belədir: Qul olmadan it kimi dözümlü olmaq. Bu mənim subyektiv, şəxsi, heç kimə dəxli olmayan prinsipimdir ki, buna əməl edirəm.

Çay masası arxasında söhbətimiz daha informativ xarakter alır. Namiq Ağayev çəkilişlərin artıq dünən bitdiyini, filmin montaja hazırlandığını söyləyir.

- Filmdə səs canlı yazıldı. Bunun üçün xaricdən mütəxəssis də çağırılmışdı. Yəni səsləndirmə olmayacaq. Sən demə Türkiyədən başqa bütün dünya filmi canlı səslə verirmiş. Səsləndirmə SSRİ kinosundan qalan ənənədir.

- Ümumiyyətlə, razı qaldınızmı? Çəkiliş necə keçdi?

- (gülümsəyir) Məddahlıq ənənəsinə söykənmədən deyirəm ki, rejissorluqda gənc nəslin liderlərindən olan Asif Rüstəmovun filmində işlədim. Gənc deyərkən, qəzəblənirlər. Düzdü, sənətkarın nə gənci, nə qocası... Gənc rejissorlarda bir problem var ki, onlar kinonun vizual tərəflərinə uyur, amma film başqa tərəfdən - aktyor oyunu, dramaturgiya, dialoqlar və sair axsayır. Amma Asif bütün cəhətləri nəzərdən qaçırmamağa çalışırdı. Aktyor oyununun bütün incəliklərinə getdi. Aktyor üzərində kinodramaturgiyanın qurulmasına diqqət etdi. Operator Almaniyadan dəvət olunmuşdu. Ümumiyyətlə, film yüksək texnologiya ilə təmin olunmuş kinoqurğularla çəkildi. Çəkilişlər Mingəçevir və Sumqayıtda aparıldı.

Siz dediniz rejissor nədənsə narazı idi? Bu, olmalıdır. Ola bilər idealları ilə gerçəklik uyğun gəlmir və ya texniki məsələlərdə alınmır. Sualtı çəkilişlər istəyir, istədiyi kimi alınmır və ya tələb olunan yerinə başqa vertolyot gəlir. Bu olan şeylərdir. Heç Tarkovski özü heç vaxt istədiyini, düşündüyünü çəkə bilməyib. Amma Asif çəkiliş boyunca əsəblərini dəyanətlə idarə etdi, isterika etmədi.

- Hansısa problem var idimi?

- Mən görmədim. Çəkilişlərdə lüks axtarmıram. Bizim üçün Hollivudun ultrabənövşəyi qrupu hələ tezdir.

- Filmin ideyası, mövzu problematikası, qəhrəmanınızın xarakteri haqqında məlumat verə bilərsiniz?

- Atalar və oğullar və sevgi mövzusu aparıcı xətlər idi. Ailəli bir adam kənarda sevgi macərası yaşayır və həmçinin film boyu oğlu ilə arasındakı uçurum böyüyür. Oğlunda öz təkrarını görməyə çalışır. Aralarındakı qopuqluq orada yaranır. Filmin ideyası diktator xasiyyətli bir insanın ovulub təmizlənməsidir ki, o faciə yaşadıqca öz mənəmliyini itirir. Mən belə bir qəhrəmanı oynayıram. Qəhrəmanın arvadını Mehriban Zəki,məşuqəsini isə Polşadan dəvət olunmuş aktrisa Aleksandra oynayır.

- Belə anladım ki, oynadığınız anti-qəhrəmandır? Axına düşüb məğlub olur?

- Yox, məğlub olmur. Axınla gedib daha böyük okeana qovuşur, təmizlənir, dərk edib aydınlaşır. Bu axın onu özünə aparır. Diktator fiquru bu axında, mənəvi yolda dağılır, təmizlənir, məsumlaşır. Filmin əksər lentləri mənim qəhrəmanımın üzərində qurulur. Aktyorluq təcrübəm olmadığı üçün bu, asan olmadı. Amma Asif bu rolu təcrübəli aktyora versə idi, o aktyor öz qəhrəmanını diktə edəcəkdi. Ştampdan yox, təcrübəli aktyorun diktəsindən danışıram. Asif mənim yarı peşəkar, yarı həvəskar ifamla öz qəhrəmanını uyğunlaşdırmaq istədi. Bütün dünyada rejissor fenomeni aktyorla işləməklə bağlıdır. Asifi platonik olaraq duymağa çalışırdım. Bəzən də ondan mənim ifama öyrəşib, uyub ölçü hissini itirməməyə çağırırdım. Bilirsiz, kobud desəm bu, rejissor daltonikliyi kimi bir şeydir. Rejissor görmür, ölçü itir, film banallaşır, primitivləşir. Bundan qaçmağa çalışdıq.

Asif ən çətin yolu seçmişdi. Bir planlı kadrlarda montaj istəmədiyimiz üçün bir epizodu bir neçə dubla çəkirdik. Tutalım epizodun iki dəqiqəsini yaxşı, son iyirmi saniyəsini pis oynadınsa onu yenidən, tam sonadək yaxşı alınana kimi oynamalı idin. Əsəblər dözmürdü. Və yaxud da, filmin son epizodları əvvəldə, ilk epizodları sonda çəkilirsə, daxilən köklənmək asan olmur. Bildiyimiz kimi çəkiliş belə mürəkkəb bir prosesdir.

- Çəkilişlərdən əvvəl Türkiyədə idiniz. Bildiyim qədərilə yaradıcılıq işləri ilə bağlı idi...

- İstanbulda kino bazarı daha böyükdü, prokatı güclüdür. Bizdə sponsorlar pulu kinoya yatırmırlar, çünki prokat yoxdur. Dövlət sifarişi ilə film gözləyən 20 rejissordan tutalım dördünə film verilir. Mən də düşündüm ki, burada növbə gözləməkdənsə İstanbula gedim. Güvəndiyim də o idi ki, orada kino sahəsində vaxtilə, 90-cı illərdə yetişdirdiyim və ya dostluq etdiyim (Namiq Ağayev 10 il Türkiyədə teatr sahəsində çalışıb - müəll) insanlar var. Orda siyasət, dostluq keçmir. Yalnız ideya, istedad, enerji lazımdır.

İstanbulda ssenari qıtlığının olduğunu gördüm. Daha əvvəlkilər kimi təsadüfi həllərlə bitən əhvalatlar, ssenarilər qəbul olunmur. Yeni, orijinal ssenarilər Holivuddan üzü belə əliçıraqlı axtarılır. Çəkilişlərə baxdım, gördüm ki, bizim kimi işləyirlər. Orada illərlə yığdığım 4-5 ssenarini təklif etdim. Qəbul olundu. O layihələri işləmək imkanım var. Həm də rejissor ideyası olmalıdır. “Ssenari ver çəkim”, ikinci əldən olan işdir. Rejissorun çəkdiyi özü dramaturgiya olmalıdır. Elə iş olmalıdır ki, heç bilməyəsən ssenari haradadır, rejissor fikri harada.

- Çəkilişlər bitdi. Təbii istirahət edəcəksiniz. Teatrla bağlı nə arzularınız var?

- Pantomima teatrında bir tamaşa işləməyə başlamışdım. Onu sentyabrda tamamlamağa çalışacağam. “Uçdum” adlandırdığımız tamaşa bir rəssamın həyatından bəhs edir. Rəssamı pantomimanın aktyoru Əli Əlizadə, onun rənglərini isə teatrın o biri aktyorları oynayırlar. Vaxtilə rəssamlıqla məşğul olmuşam. Rəssam çəkir, yaratdığını cırır. Tamaşadarəssam Adəm Həvvanın rəsmini çəkir. Amma baxır ki, onlar statikdir, hərəkət filan yoxdur. Onda o ağacın dalından baxan şeytanı da tabloya əlavə edir. Şeytan feildir. Feilsə hərəkət deməkdir. O, tabloya hərəkət qatmaq üçün ora şeytanı əlavə edir. Şeytan da aləmi qarışdırır. Sonda rəssam rəsmindəkilərə qoşulub uçur. Tamaşaya vokal da əlavə etmişəm. Bu tamaşadan çox şey gözləyirəm.

Başqa teatrlardan təkliflərim var. Amma xaricdən dəvət olunmuş kadrlara nisbətən yerli kadrlara verilən qonorar çox azdır. 51 yaşıma qədər entuziazmla işləmişəm. Amma indi məcburən maddi təmənnam yaranır. Bunu burda deyirəm, amma təmənna güdmədən pantomimada çox böyük həzlə işləyirəm. Özüm özümü belə inkar edirəm də...

news-inner-user
Aliyə

999 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Qətibə İnanc” tamaşası nümayiş olunacaq
18:55 22 Yanvar 2021
Məşhur aparıcılar AzTV-də "ər-arvad" oldu - Foto
18:16 22 Yanvar 2021
Nizami Gəncəviyə həsr olunmuş sərgi açılıb
17:35 22 Yanvar 2021
Hayl Hitler! - Qısa hekayə
16:55 22 Yanvar 2021
Zəfər Muzeyi harda olacaq? - Rəsmi açıqlama
16:23 22 Yanvar 2021
Bakıda Fransa filmləri festivalı başladı
15:55 22 Yanvar 2021
Birinci yerə layiq görülən yazar: “Bizdə müsabiqələr hamının könlünü almağa hesablanır” – Müsahibə
15:18 22 Yanvar 2021
Məşhur aktrisa vəfat etdi
14:37 22 Yanvar 2021
Bağırov onu Müdafiə naziri təyin etdi, erməni general sui-qəsd törətdi, vəzifəyə gəlməyinə bir gün qalmış qətlə yetirdilər – Həzi Aslanovun müəmmalı ölümü
14:02 22 Yanvar 2021
Ceyms Bond silsiləsindən yeni filmin premyerası yenə təxirə salındı
13:29 22 Yanvar 2021
Azərbaycanda Böyük Britaniya film festivalı başlayır
12:44 22 Yanvar 2021
Tənqidin tənqidi – Ağalar Qutdan yeni esse
12:08 22 Yanvar 2021
Yazıçılar Donald Trampa kitab qadağası qoydular
11:32 22 Yanvar 2021
Seks dəlisi olan qadınlar haqqında bir neçə cümlə
10:58 22 Yanvar 2021
Alen Delonun xanımı dünyasını dəyişdi
10:30 22 Yanvar 2021
Şairimiz Özbəkistanda qalib oldu - Ölümündən sonra
09:59 22 Yanvar 2021
Mirzə Cəlilin əsəri əsasında çəkilmiş serial – Sevda Sultanova İTV-nin yeni layihəsini tənqid etdi
09:00 22 Yanvar 2021
Oğlunun ölümünü ondan 40 gün gizlədilər – Xalq artisti haqqında maraqlı faktlar
21:13 21 Yanvar 2021
Xalq şairinin oğlu: “Atamın xəstəliyini hamıdan gizlətdim” - Müsahibə
20:00 21 Yanvar 2021
Tarix Muzeyinə direktor təyin edildi
18:59 21 Yanvar 2021