"Ölü Həsən" filminin çəkilişləri yekunlaşdı

"Ölü Həsən"  filminin çəkilişləri yekunlaşdı
20 iyun 2025
# 11:20

Azərbaycan və Türkiyənin ortaq istehsalı olan “Ölü Həsən” filminin çəkilişləri artıq yekunlaşıb.

Kulis.az xəbər verir ki, “Ultra Production”, “Poetika Film” (Türkiyə) və Azərbaycan Kinematoqrafçılar İttifaqının istehsalı olan film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA), İctimai televiziya, Dev Film və Özsüt restoranlar şəbəkəsinin (ketrinq dəstəyi) dəstəyi ilə reallaşdırılır.

Prodüserləri Emil Nəcəfov, Pərviz Məmmədov, Əli İsa Cabbarov, Duyğu Dəvəli, ko-prodüserləri Emrah Kılıç, Sevinc Əliyeva, icraçı prodüseri Elməddin Alıyev olan filmin rejissorluğunu Türkan Hüseyn yerinə yetirir. Filmin ssenari müəllifləri Türkan Hüseyn və İsmayıl İman, quruluşçu operatoru Vasif Vəlizadə, quruluşçu rəssamı Turan Yusifova, bəstəkarı Nigar Süleyman, ikinci rejissoru Asif İsgəndərli, səs operatoru Emin Mahmudov, qafferi Əli Əbilov, fokus pulleri Ruhin Mirzəyev, qrim ustası Adilə Alıyevadır.

Filmin qəhrəmanı Həsənin öldüyünü zənn edən kənd əhalisi, o, gözlərini açınca mistik güclərə sahib olduğuna inanırlar. Hadisələrin sonrakı gedişatı Həsənin ətrafında cərəyan etməyə başlayır və ssenari bu mistik atmosfer əsasında inkişaf etdirilir. Eyni zamanda mistik realizmlə yanaşı film dram, triller və qara-yumor elementlərini də özündə birləşdirir.

Filmdə Qurban Əhmədov, Natavan Abbaslı, Qurban İsmayılov, Türkay Cəfərli, Orxan İskəndərli, Ülvi Həşim, Ramil Məmmədov, Mətləb Abuşov, Sevinc Əliyeva, Eltəkin Xan, Nigar Məmmədova, Əzizə Həşimli, Leyli Vəliyeva və Vaqif Kərimov çəkiliblər. Filmin kastinqi “Next Cast” Agentliyi yerinə yetirib.

Çəkiliş prosesləri Şamaxı rayonunda, Bakının Qobustan, Zirə və Sahil qəsəbələri ilə yanaşı mərkəzi hissələrində də aparılıb.

Tammetrajlı bədii film 13+ yaş kateqoriyası üçün nəzərdə tutulub. İstehsalı 2026-ci ildə başa çatacaq film əvvəlcə beynəlxalq festivallarda nümayiş olunacaq, daha sonra isə kinoteatrlarda tamaşaçılara təqdim ediləcək.

# 1930 dəfə oxunub

Oxşar xəbərlər

Dünya kinosunun "Anna Karenina"sı - Qreta Qarbonun məşhur rolları

Dünya kinosunun "Anna Karenina"sı - Qreta Qarbonun məşhur rolları

13:30 20 sentyabr 2026
Zvyaqintsevin adı Rusiyanın "qara siyahı"sında - Səbəb

Zvyaqintsevin adı Rusiyanın "qara siyahı"sında - Səbəb

18:40 18 sentyabr 2026
44 bədii filminin yeni tizeri yayımlandı

44 bədii filminin yeni tizeri yayımlandı

12:00 17 sentyabr 2026
Zvyaqintsevin "Minotavr"ı Fransanı "Oskar"da təmsil edəcək

Zvyaqintsevin "Minotavr"ı Fransanı "Oskar"da təmsil edəcək

11:00 17 sentyabr 2026
"Görüş yerini dəyişmək olmaz" filminin ulduzu vəfat etdi

"Görüş yerini dəyişmək olmaz" filminin ulduzu vəfat etdi

18:25 16 sentyabr 2026
"Resident Evil" kainatında yeni səhifə

"Resident Evil" kainatında yeni səhifə

12:30 16 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər