writer1

Etimad Başkeçid

Məqalə sayı

49
clock17:04 calendar-gray 26 İyul 2013 view-gray1175 dəfə oxunub
view-gray1175 dəfə oxunub

Napoleona şeytan deyənlərə tənqidçilər nə deyir?

Etimad BAŞKEÇİD

Bu günlərdə Tural Balabəylinin sualını cavablandırarkən demişdim ki, «Yarımçıq əlyazma»da Şah İsmayılın guya aşağılanması ilə bağlı Əsəd Cahangirin dediklərini sadəcə «savaş ritorikası» kimi qəbul edirəm və onun bundan irəliyə gedəcəyinə inanmıram. Çünki XXI əsrdə bir tənqidçinin yazarı bu şəkildə məhşər ayağına çəkmək istəyi, özü də bunu yüksək ranqlı dövlət məmurunun məqaləsinin «tezisləri əsasında» həyata keçirmək cəhdi mənə inandırıcı gəlmirdi. Üstündən bir neçə saat keçməmiş Əsəd bəlli açıqlamalarda bulundu və mənim təxminlərimi alt-üst etdi…

Dünyanın bir çox ölkələrində çap olunmuş, həm Azərbaycanın, həm də xarici ölkələrin mətbuatında önəmli fikir adamlarından çoxlu müsbət rəylər almış populyar bir romanın illər sonra sosrealizm tənqidi üslubunda təftiş edilməsi heyrət doğurur.

Mən «tarixi şəxsiyyət» və «bədii obraz» mövzusu ilə bağlı hər kəsin bildiyi adi həqiqətləri təkrarlamaq istəmirəm. Bircə misal gətirəcəyəm – Napoleon Fransa və dünya tarixində hansısa alleqorik fiqur deyil, tamamilə real tarixi şəxsiyyətdir. XIXəsr Avropa ədəbiyyatını Napoleon obrazı olmadan təsəvvür etmək mümkün deyil. Napoleon əfsanəsi ilə bağlı tarixi anekdotlar, memuar ədəbiyyatı, siyasi pamfletlərin də sayı-hesabı yoxdur. Və bu əsərlərin mütləq əksəriyyətində heç bir tarixi həqiqət gözlənilmir, həmişə süjet və interpretasiya müəllif doktrinasına uyğun qurulur. «Tanrı elçisi, Müqəddəs Yelene adasında çarmıxa çəkilmiş yeni Prometey, quldur, Korsika adamyeyəni, şeytan, cəhənnəm zəbanisi və s. və i a.» - bütün bunların hamısı fransızların tarixi dəyəri olan Napoleonun adını «bəzəyən» epitetlərdir. İndi gəlin görək, hər hansı fransız tənqidçisindən bu müəlliflərin ünvanına Əsəd Cahangirin səsləndirdiyi tərzdə hər hansı bir ittiham olubmu?

Mən hələ Avropanın başqa imperator evlərinin nümayəndələrinin ədəbiyyatdakı obrazlarından danışmıram.

Sizə elə gəlmirmi ki, avropalılar elə ona görə avropalıdırlar?

“Yarımçıq əlyazma”da Şah İsmayıl hər hansı şəkildə aşağılansaydı, yenə dərd yarıydı. Amma bu azmış kimi Əsəd hətta mifoloji obrazların ədəbiyyatda necə, nə təhər yer almalı olduğunu da göstərməyə qalxır. Bunu artıq hərbə-zorba kimi qiymətləndirməmiz mümkün deyil.

Deyirəm, şükür ki, indiki vaxtda bir Azərbaycan yazarının (bu, Kamal Abdulla olmaya da bilərdi) adresinə səslənən bu tipli ittihamlardan xarici mətbuatın xəbəri yoxdur. Bizim ədəbi mühitimiz, Yazıçılar Birliyimiz (Əsəd orada jurnal redaktorudur), tənqidçi cameəmiz, insanlarımız kənardan necə görünərdi?

Biz hansı zəmanədə yaşayırıq?

Əsədlə bəlkə pudlarla çörək yemişik, könül istərdi ki, bu onun sadəcə yanlışlığı olsun, xarakterinin göstəricisi yox. Mən Əsədi «məqsəd vasitəyə haqq qazandırır» şüuru ilə yaşayan insan kimi təsəvvür etmək istəmirəm.

Onu Y. Elsberq, N.Lesyuçevski, V.Yermilov, R.Samarin, A.Safronov və b. kimi öz nəfi naminə özünün qələm yoldaşlarını şərləyən, üzünə duran, tutduran və bunu mili və dövlət maraqları ilə pərdələyən adam kimi görmək istəmirəm ədəbiyyatımızın tarixində.

İnsan insanla küsüşər də, barışar da, amma hər şeyin bir üsulu və təhəri var. Ədəbiyyat qaydasız döyüş səhnəsi deyil, olmamalıdır.

Bu zəng hamımız üçün səslənir, dostlar, elə Əsədin özü üçün də!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Yazıçımızın hekayəsi Gürcüstan ədəbiyyat portalında
09:30 13 İyul 2020
“Mücrü” jurnalının baş redaktoru: “Ayağım nəşriyyata düşərli olmadı” – Müsahibə
09:00 13 İyul 2020
Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020
Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020
190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020