Bizim əxlaqımız

Bizim əxlaqımız
24 iyul 2013
# 07:45

Biz belə tərbiyə olunmuşduq ki, özünə hörmət qoyan kəs qarşısındakına hörmət qoymalı, onun yolunu saxlamalıdır. Avtobusda bir yer boşaldığı təqdirdə həmin yeri yanımızda olan adama təklif edərdik. Xüsusən də əgər o adam bizdən yaşlıdırsa, qadındırsa və sair. Düşünürdük ki, bu yer məndən çox onun haqqıdır. Çox mədəni bir addımdır, amma heç fərqinə də varmadan bunu edərdik, bu sadəcə həyat tərzimiz idi. Beləcə insan kimi böyüyüb, insanca yetişmişdik.

Yaşadığımız cəmiyyətdə bu gün heç kim o birinin, qarşısındakının, yanındakının, dostunun, sevgilisinin, həmkarının, heç ata-anasının hüququnu-haqqını düşünmür. Heç özününkünü belə. Ümumiyyətlə, bugünkü insanlar öz hüquqlarını, haqlarını, vəzifələrini bilmirlər, məsuliyyət hissi də çoxdan tarixin arxivinə atılıb.

İndi avtobusda boşalan yerə ətrafdan onlarla göz birdən dikilir və hər kəs “necə edim ki, özümü tez çatdırıb oturum” deyə düşünür. Bu yolda ətrafdakıları itələmək, tapdayıb keçmək də olar. Lap Afrika cəngəlliklərində, vəhşi təbiətdə olduğu kimi – qarşına keçəni qamarla, ud. Sənin buna haqqın çatır, çatmır, səndən çox haqqı çatan var, “ayıbdır” deyə düşünən yoxdur. İnsan bu qaraguruhun içində gülünc vəziyyətdə qalır.

Bir dəfə səhər işə gələndə metro qatarının oturacağında sərnişinlər seyrək oturmuşdu, daha doğrusu sıxışdırılmadan rahat. Mən də özümə yer eləyib onların yanında əyləşə bilərdim, əyləşmədim, çünki mən otursaydım onlar bir-birinə sıxılmalı olacaqdılar, yerləri daralacaqdı, elə özümə də rahat olmazdı. Məndən sonra bir gənc qız gəlib demək olar ki, zorla özünü yerləşdirdi həmin yerə, yanını o tərəf bu tərəfə hərəkət elətdirib öz yerini genişləndirdi də.

Öz-özlüyümdə düşündüm ki, ay Cəbiş müəllimin yetirməsi, bax, həyat da belədir, hər kəs bacardığı kimi özünə yer eləyir, sevmədiyim ifadə də olsa burda deməliyəm, soxuşdurur.

Əslində bu insanca yaşamaq deyil, həyat qanunları belə olmamalıdır, bu, cəngəllik qanunudur.

Bu gün cəngəllik qanunları hökm sürən cəmiyyətdə yaşayırıq. Çətindir, çox çətin.

# 4764 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #