writer1

Aliyə

Məqalə sayı

996
clock12:10 calendar-gray 16 İyul 2013 view-gray1776 dəfə oxunub
view-gray1776 dəfə oxunub

Sevgi və xəyanət haqqında

Unudulmaz qoxular silsiləsindən…

“Sevdiyin kişinin xəyanəti, sevmədiyin kişinin mənasız sədaqətindən yaxşıdı”.

Nöüzənbillah, bu nə axmaq sözdü, lapdan ağzımdan çıxan…. Əlbəttə, hər iki hadisədə yaxşı bir şey yoxdu, it əzabıdı hər ikisi. Amma sevgi nədir, xəyanət nədir, yaşayanlar daha yaxşı bilər...

…Babamın ölümündən 7-8 il keçmişdi. Əlində nəsə yamayan 80 yaşlı nənəm həmişə gün düşən astanada oturmuşdu.

Biz, dəstə qızlar – iki-üç dayıqızı-bibiqızı-əmiqızı onun dövrəsinə yığışıb nənəmin bizə toy əhvalatlarından, ata-analarımızın, əmi dayılarımızın, bibilərimizin necə evlənməsindən, sevgilərindən, nakam aşklarından-zaddan danışdırmaq üçün düşük suallar yağdırırdıq. Nənəm əvvəl-əvvəl “işığın qabağından çəkil”, “qaç qurşağımı gətir” kimi nazlanma-buyruqlardan sonra ağzını açmaq istəyəndə, qızlardan birindən qəfil bir xahiş gəldi: “Ay Na, (ana yəni) lələnin (babamıza lələ deyirdik) əhvalatlarından danış”.

Lələnin əhvalatları ən maraqlıları idi. Adətən, nənəm bu əhvalatları hamamda çimərkən danışırdı. Dəlil-sübutlar da əlinin altında. “Bəri ver əlüvi”, qurumuş barmaqları ilə əlimizin içini təpəsinin ortasına sürtürdü. “Gördün necə yarığdı başım”, həqiqətən də qadının kəllə sümüyü aralı idi. Bu üzdən başına az qala yorğan sarıyırdı.

“Lələnin gəzdiyi qadını döymüşdüm. Bulaqda paltar yuyurdum, bir də gördüm, bulağın üstündə dayanıb. Nataraz bir daşı atdı başıma, sonrasını bilməmişəm”. Və yaxud böyründəki balaca şişi göstərib, bildiyimizə rəğmən bir də soruşurduq, “buna nə olub? Lələn yabaynan vurub? Niyə? O qədər qısqanc idi ki?”

Nənəmin bədəni ərindən qalan xatirələrlə zəngin idi. Adətən o, bu xatirələri hamamda əks-səda verən səslə, əyani vəsaitlərlə (bir intimlik də hamamın boynuna) danışırdı. Bu mövzular hamama aid idi. Bu sarsaq qız hamamda deyilkən, niyə bu sualı verdi ki?

Nənəm əlini qaşının üstünə qoyub darvaza tərəfə baxdı. Handan-hana sanki kiminsə gəlmədiyinə əmin olandan sonra başladı: “Bir dəfə tayadan ot çəkirdim. Yazıq canım, dərə məhəllədən təpə məhəlləyə bir adama tay olmayan canım. Xanım olub, xanımlara qoşulmayan canım…” Nənəmi özün oxşamadan yayındırmaq üçün birimiz tez dilləndik “hə” nənəm başladı: “Hər işi mən görürdüm. O vaxt otu presləyib tay eləmək zad nə gəzirdi. Tayadan quru otu qıraynan (ot çəkmək üçünucu qarmaq olan uzun dəmir alət) çəkirdik. Mən də heyvanlara ot çəkirəm. Lələn bəy kimi yatır evdə. Bir vurdum, qıranı, iki vurdum. Bir də çəkəndə ot yerinə nəyəsə ilişdi. Dartdım gördüm bir bağlamadı. Bir qəşəng, al qırmızı, narıncı qıraqları olan qastinkəyə (yaylığa) bir büküm şey bağlayıblar. Açdım gördüm arası dolu şaqalat, duxi, sabun... O vaxt sabun zad tapılmırdı, paltarı çox vaxt gilabıynan yuyurduq. Ürəyimə gəlsə də, pis şeyi ağlıma yaxın qoymadım, dedim, bəlkə lələn mənə padarka eliyəcəg. Həm də qorxurdum da, lələnnən” .

“Hə” - xorla dilləndik.

“Qayıtdım, bükdüm təzədən əvvəlki kimi dürtdüm otun arasına, həmənki yerinə. Gəldim evə. Başladım gözləməyə. Amma bala , padarka-zad nə gəzir. Arabir yoxlayıram bağlamanı, görürəm hələ ordadı. Bir gün bağlama yox oldu. Amma daha bağlamanı mən görmədim. Hektarda işləyirdim... Zülmü-zilləti çox canım... Baxırdım arvadlara, görüm kimnən bu duxunun iyi gələr. İyi də yadımdadı ha. Elə indi də burnumun ucundadı. Bir cür ətir idi.

Baxıram, heç kimnən iy-zad gəlmir. Biri var idi, çənginin, lotunun biri...Bizə birqədir (briqadir) qoymuşdular. Bu gəlib işə baxanda, gördüm hə, bundan gəlir bu iy. Tüstüm təpəmnən çıxdı. Bir gün demədim, iki gün dinmədim, bir gün də dözməyib dedim ki, “əşşi-əşi, elə olub ki, sən aparıb, arvadlara duxu verirsən? Onda lələn, Allah rəhmət eləsin, - nənəm bu yerdə ağlamsınırdı - dedi ki, vallah, ay Sona, mən o arvada tapşırmışam, sənə az iş versin, biz burda qəribik, kimimiz var?… Amma Allahçuna mən hektarda yüngül yaraq işlədim. Ona baxma, ləlön məni çox istəyirdi, indi istəməsün, (Lələ dünyadan gedəli 8 ildən çox idi) deyirdi ki, bir yarlı-yaraşıqlı ev tikəcəm, üzü günçıxana ağuşgə (pəncərə – “akoşka”) qoyacam. Pəncərənin qabağında qızılgüllər əkəcəm, səhər ağuşgəni açıb güllərdən şehli-şehli yığacağsan”…

Kişi başqa qadınla görüşüb, arvadını da əcəb aldadıb. İlk baxışda belə görünürdü... Nənəm bunu bilməmiş deyildi. Belə əhvalatlar bir deyildi, iki deyildi. Hətta bir dəfə nənəmlə bazara gedəndə lələm yəqin ki, maraqlı xatirələr oyadan bir qadını piştaxtanın dalında badımcansatan görür. Elə nənəmin yanında ona yaxınlaşıb ikimənalı soruşur “Badam can, neçəyədir?” Bunları bizə danışdıqca o gah gülür, gah da kin püskürürdü.

Bu nə münasibət idi? Bu nə yaralar idi? Bəlkə arada baş yaran, yabadan yapışan bir sevgi varmış? Axı bütün Badam canlara baxmayaraq, nənəm qırx-əlli il sonra bu əhvalatı kövrələ-kövrələ, gənclik və sevgi xatirəsi kimi və ərinin bəraətlərinə inana-inana, inanmaq istəyə-istəyə danışırdı…

Sevgi budur, yəqin, əzab çəkirsən, xatırlayırsan, inanırsan, inanmaq istəyirsən, xəyanətsə, bağlama kimi, birdən qarşına çıxır, iyini, dadını, rəngini unuda bilmirsən…

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

"Yuğ"da yenə "Vəsvəsə" olacaq
18:00 07 Dekabr 2019
Müdirinin katibəsi ilə evlənən kişi - İkinci Mahmudun hekayəsi
17:00 07 Dekabr 2019
İngiltərə Elif Şafakın bu romanını ilin ən yaxşısı elan etdi
16:00 07 Dekabr 2019
Məşhur aktyor sətəlcəmdən dünyasını dəyişdi
15:00 07 Dekabr 2019
Tanınmış şairin qızı Qüdsdə konsert verdi - Foto
14:01 07 Dekabr 2019
Azərbaycanlı naşir: “Kitablarımız Fransanın 70 min kitab mağazasında satılacaq” – Müsahibə
13:28 07 Dekabr 2019
Əlil aktyorların iştirakı ilə "Solğun çiçəklər" nümayiş olundu - Foto
12:30 07 Dekabr 2019
Azərbaycanlı dramaturq 65 yaşında vəfat etdi
12:00 07 Dekabr 2019
Ermitaj Muzeyi Çingiz xan daş kitabəsini Monqolustana hədiyyə etdi
11:20 07 Dekabr 2019
"Bu şəhərdə" 200 minlik "Şabaş"ı təqdim etdi - Foto
10:40 07 Dekabr 2019
"Qaranlıqdan reportaj" təqdim olunacaq
10:00 07 Dekabr 2019
Arvadbaz, dəlisov, qadın düşkünü... - Yeni layihə
09:00 07 Dekabr 2019
Cəmi 1 saata həyatınız dəyişə bilər
21:00 06 Dekabr 2019
"Mələk" filmi nümayiş olunacaq
18:53 06 Dekabr 2019
"Audio Kitab" layihəsində Nəsiminin qəzəlləri səsləndirilib
18:20 06 Dekabr 2019
Bütün dualara əngəldi İsa - Rəşad Nağı şeirlərini oxuyur - Video
17:46 06 Dekabr 2019
Məktəbli qızın oğurlanmasından bəhs edən roman çap olunub
17:21 06 Dekabr 2019
“Sözlər və nəsnələr” kitabı təqdim edildi - Fotolar
16:51 06 Dekabr 2019
Kənan Hacı ABŞ-ın nüfuzlu mükafatını qazanıb
16:20 06 Dekabr 2019
Nizami Gəncəvinin türk dilində nəşr olunan "Xəmsə"si təqdim olundu - Foto
15:37 06 Dekabr 2019