writer1

Cəlil Cavanşir

Məqalə sayı

294
clock11:20 calendar-gray 27 İyun 2013 view-gray1083 dəfə oxunub
view-gray1083 dəfə oxunub

“O qız niyə birinci yeri tutmadı?”

Həftənin ilk iş günü, Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Gənclərin İntellektual Yaradıcılıq Festivalı çərçivəsində keçirilən Şeir Müsabiqəsininmünsiflər heyətinin üzvlərindən biri idim.Bizə verilən məlumata görə, müsabiqədə Azərbaycanın cənub bölgəsinin doqquz rayonunu təmsil edən şairlər öz şeirlərini oxuyacaqdılar. Çıxışlar başlayanda başa düşdük ki, Gənclər və İdman Nazirliyinin tələm-tələsik təşkil etdiyi bu tədbirin adı Gənclərin İntellektual Yaradıcılıq Festivalı olsa da, tədbirdə yalnız məktəblilər iştirak edir və şeir müsabiqəsi yox, bədii qiraət müsabiqəsi keçirilir. Nə isə...

Doqquz rayonu təmsil edən məktəblilər çıxış etdi, biz də ən yaxşıları qiymətləndirdik, mükafat alacaq iştirakçıları seçdik. Əsl dəsgah da bundan sonra başladı.

Onsuz da qanımız qaralmışdı. Münsiflər adından çıxış edən Fərid Hüseyn eks-prezident Əbülfəz Elçibəyin doğum gününü xatırlatdığı üçün, rəsmilər bizi qəzəbli baxışlarla süzürdülər. İmkanları olsa, utanmasalar bizi komplekt şəkildə tədbirdən qovardılar.

Azacıq hava almaq üçün müsabiqə keçirilən zaldan çıxdıq. Tədbirin təşkilatçısı dərhal Fəridin başının üstünü kəsdirib mübahisə eləməyə başladı. 16 ildir nazirlikdə çalışan bu insana başa sala bilmədik ki, Əbülfəz Elçibəyə eks-prezident statusunu bu dövlət verib və onun adından qorxmaq cılızlıqdır...

Yenidən zala qayıdanda valideynlərdən biri qabağımı kəsdi: “Müəllim xoş gəlmisiniz. Mən Masallını təmsil edən qardaşların atasıyam. Masallıda, Bakıda, Sumqayıtda nə qulluğunuz olsa, mən hazıram. Mənim oğlanlarım birinci yeri tutacaq, elədir?”

Kənara çəkilib təəccüblə bu qəribə adamı süzdüm. Az qalmışdı söyüş söyəm, susdum, dişimi-dişimə sıxdım. Yenidən irişə-irişə üzümə baxdı: “Müəllim, birinci yeri tutacaqlar, düzdür?”

Tərs-tərs gözlərinin içinə baxıb, bozardım: “Sizin oğlanlarınız bu müsabiqədə ümumiyyətlə yer tutmayacaq”. Artıq qalibləri seçdiyimiz üçün, bilirdim ki, qardaşlar yer tutmayıb. Üstəlik yer tutsaydılar da, atalarının bu hərəkətindən sonra onlara mükafat verilə bilməzdi. Ən azı mən buna mane olacaqdım. İçəri qayıdandan sonra məlum oldu ki, bu valideyn Kənana da, Fəridə də yaxınlaşıb, eyni fikirləri deyib, oğlanlarını birinci etməyi xahiş edib. Təbii ki, şairlər də mənim kimi, ona lazımlı cavabı veriblər.

Tədbir yekunlaşdı, qaliblər mükafatlandırıldı. Əvvəlcə ikinci yerin sahibi, tədbirin keçirildiyi rayonun sakini göz yaşı tökə-tökə bizə yaxınlaşdı. Birinci yer tutmadığı üçün bizdən narazı idi. Fərid son kitabından birini hədiyyə edib, könlünü aldı. Sonra yer tutmayan digər iştirakçılar yaxınlaşıb, bizdən haqq-hesab soruşdu. Hər kəsə maksimum səbirlə və təmkinlə cavab versək də, əsəblərimiz gərilmişdi. Bir təhər tədbir keçirilən məkandan ayrılıb, nahara getdik. Ev sahibləri həmyerlilərinin ikinci yer tutmamağından yaman əsəbiləşmişdilər. Bakıya yola düşənəcən eyni suallara cavab verirdik: “O qız niyə birinci yeri tutmadı?” Hətta yemək əsnasında da dörd – beş nəfər yaxınlaşıb, niyə biləsuvarlı qızı birinci etmədiyimizi soruşdu.

Üçümüzün də qanı əməlli başlı qaralmışdı. Artıq qənaətə gəlmişdim ki, Azərbaycan adlı məmləkətdə müsabiqə keçirməyin heç bir mənası yoxdur. Biz bütün haram yollarla qalib olmağa can atırıqsa, müsabiqələrə nə hacət?

Evə çatan kimi, bilgisayar başına keçdim. Məlum oldu ki, MKM-in balları açıqlanıb. Diqqətlə verilən və verilməyən ballara nəzər saldım. Ədalətsizlik göz deşirdi. Münsiflər heyətinin bəzi üzvlərinin verdiyi ballara baxan kimi, hiss olunur ki, “onluq”dakı əsərlərdən xəbərsizdirlər. Hələ münsif olduqları halda münsiflik etməyənlər məni lap özümdən çıxardı. Afaq Məsudun da verdiyi balların nəzərə alınmamağı mənə maraqlı gəldi. Bir sözlə, Nigar Köçərlinin əziyyətinə heyfim gəldi. Yəqin ki, Nigar xanım bir daha MKM-ə baş qoşmayacaq. Hər halda, bu qədər biabırçılıq yetər...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türklər Nəsimi və Füzulinin həyatından film çəkir
18:12 06 Avqust 2020
Bizimki kimi özgələrin kefinə əsir olan heç bir dil yoxdur - Çağdaş türkcəmizə görə borclu olduğumuz esse
17:08 06 Avqust 2020
Qremmi mükafatçısı həbs olundu
16:41 06 Avqust 2020
Azərbaycanlı gənclərin Gürcüstanda yaratdığı teatrın açılışı oldu
15:57 06 Avqust 2020
Həsrətin gizli öpüşlərində güzgüləndi - Şeir
15:02 06 Avqust 2020
Məşhur musiqiçi Trampı məhkəməyə verdi
14:21 06 Avqust 2020
Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
13:32 06 Avqust 2020
Vladimr Sorokindən yeni kitab
12:44 06 Avqust 2020
Çörək, dərman, kitab... - Operativ Qərargaha təklif
11:58 06 Avqust 2020
Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020