writer1

Fərid Hüseyn

Məqalə sayı

135
clock12:19 calendar-gray 13 İyun 2013 view-gray1161 dəfə oxunub
view-gray1161 dəfə oxunub

Həyatın ironiyası

Fərid Hüseyn

Mayakovski intihar etməmişdən az əvvəl yazmışdı: "Bağışlayın məni, bilirəm bu yaxşı iş deyil (heç kəsə məsləhət görmürəm), amma bundan başqa çıxış yolum yoxdu".

Halbuki, illər öncə Yesenin intihar edəndə Mayakovski onun ölümünə yazdığı ağı beləydi:


Ölmək dünyada ən

asan işdi,
çətini yaşamaqdır.

Həyatın ironiyasına, qəribəliyinə baxın. Qəribədir deyilmi?

***

Sokratın məhkəməsində 501 andlı hakim iştirak etmişdi. Onlardan 280-i Sokratın öldürülməsinə, 221-i isə sağ qalmasına səs vermişdi. Sokratın illərlə boğazını gərə-gərə tələbələrinə heç bir təmənnasız öyrətdiyi demokratiya dərslərinin nəticəsi bu idi.

Sokrat unutmuşdu ki, vicdansız adamlar var, onlar demokratiyanın keşiyində də öz vicdansızlıqları ilə dururlar. Sokratın ölüm hökmünə məhkum edilməsi əslində, “yaxşı oldu”, bununla da demokratiyadakı səs çoxluğunun əsl mahiyyəti açıldı. Həm də Sokrat əsl taleyini yaşamış oldu - insan mübarizə apardığı nəsnənin qurbanına çevrilir.

***

Yunan mifologiyasında "mifoloji quş" var, ac olanda bədəni qızır və ayağını dimdikləyib yeməyə başlayır və yavaş-yavaş ayağından üzüyuxarı özünü yeyir. Axırda ürəyinə dimdik çalır və ölür. Amma bilmir ki, özü-özünü öldürdü (yedi). Bəzən biz insanlar da hissə qapılıb özümüzü yeyirik, bitiririk, məhv edirik.

Həyat elə qurulub ki, bütün situasiyalarda Gertsenin o məşum və müdhiş sualı açıq qalır: "Kimdir müqəssir? Kimdir günahkar?”

Doğurdan da, günahkar kimdir? Sən? Mən? Siz? Biz? Tale? Dünya? Bilmirsən... Bilmirsən, bilmirlər, bilmirik.

- Bəs o quşu kim öldürdü?

- ...

***

Taras Şevçenkonun şeirlər kitabını oxuyuram, 170-ci səhifədə sevdiyi qadına yazdığı undulmaz "Mən neyləyim bəs?" adlı sevgi şeiri var, 171-ci səhifədə isə həmin qıza yazdığı "Qarğış" şeiri var.

Qəribədir: vərəqin bir tərəfində sevdiyi qıza tərif və ehtiramını əyan edir, digər tərəfində nifrət və qarğışını. Şeirlərin yazılma tarixindəsə 3 gün fərq var. İnsan üç günə (lap elə üç aya) dəyişə bilərmi? Yəni yaxşıyla pis, ağ ilə qara bu qədərmi yaxındır bir-birinə?

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Vaqifin ortadan qırılan siqareti – Babək Göyüş yazır...
13:01 28 Yanvar 2021
Sevgilisi ilə xanımını 4 ay bir evdə saxladı, yəhudi toyunda hamını ayağa qalxmağa məcbur etdi- Heç kimə bənzəməyən Rəmiş
12:30 28 Yanvar 2021
Ürək parçalayan şəhid məzarları – Günahkar kimdi?
11:50 28 Yanvar 2021
Azərbaycanlının evlilik təklifi niyə bayağı alınır?
11:07 28 Yanvar 2021
Anar evliliyinin 59 illiyini qeyd etdi - Fotolar
10:25 28 Yanvar 2021
Kann Film Festivalı təxirə salındı
10:02 28 Yanvar 2021
Orxan Pamukun romanları Qərbin gizli sifarişidir – Aqşin Yenisey yazır...
09:01 28 Yanvar 2021
“Azərbaycanın klassik 12 instrumental muğamı” kitabı təqdim olundu
18:59 27 Yanvar 2021
Mədəniyyət naziri Fransanın dövlət katibi ilə görüşdü
18:11 27 Yanvar 2021
Qarabağda mina təmizləyənlərdən film çəkildi - Video
17:28 27 Yanvar 2021
Bizim keçmişimiz əl-ələ gəzir - Elvin Bakiroğlunun yeni şeirləri
16:46 27 Yanvar 2021
Di Kaprio ABŞ prezidentinə açıq məktub yazdı
16:01 27 Yanvar 2021
Fərhad Bədəlbəyli: “Bülbülün həyətinə girəndə qorxdum” – Şuşa söhbəti
15:18 27 Yanvar 2021
Çində "Nizami irsi" layihəsinə strat verildi
14:46 27 Yanvar 2021
Klassikanı niyə oxumalıyıq?
14:01 27 Yanvar 2021
Psixoloq: “Media intihar xəbərlərində ehtiyatlı olmalıdır” – Müsahibə
13:20 27 Yanvar 2021
Balaca ifaçımız beynəlxalq mükafat aldı
12:41 27 Yanvar 2021
Valları rekord qırdı, ailəsini atıb "müqəddəs ata" oldu, rahibəylə eşq yaşadı - Azərbaycanlı şairin qeyri-adi həyatı
11:58 27 Yanvar 2021
İki gündən bir ağlaşma quran sənətçilər
11:29 27 Yanvar 2021
“Uşağın duası” işıq üzü gördü
11:09 27 Yanvar 2021