Gülüşün içində gizlənən azadlıq

Gülüşün içində gizlənən azadlıq
5 iyun 2013
# 07:30

Məvacibləri az olan teatr aktyorlarının əli çatan yer “kloun getmək”dir. Toya tamada, kloun gedənləri qınamaq ənənəsi var. Bir məşhur aktyorun hətta dolanışıq üzündən olsa belə bu cür işlərə getməsi təəssüf doğurur. Arada “ciddi sənətkar” və “yüngül sənət”i ayıran qırmızı xətt var. Və iş orasındadır ki, bu işlərə gedən aktyorların da çoxu buna qeyri-ciddi iş kimi könülsüz yanaşırlar. Xüsusən içki məclislərində uşaqların gülüşünü yox, cibindəki puldan, dəbdəbə kimi görünən musiqili məclisdən, içkidən məst olan böyüklərin onlara yuxarıdan aşağı, bəzən də aşağılayıcı münasibətini görəndə... Məsələ yalnız içkidən məst olmaqda deyil.

Klouna, təlxəyə qeyri-ciddi münasibətin tarixi kökləri var. Şah sarayında saxladığı təlxəyə belə münasibət göstərirdi. Amma bəzən də aşağıladıqları və eyni zamanda çox sevdikləri təlxəyin də onlara elə bu cür qeyri-ciddi münasibətindən xəbərsiz olurdular. Çünki, onlar şahı öz sevgilərinə inandıra bilirdilər. Şah və təlxəklər arasında baş verən hadisələr sonralar saray divarlarını aşır və lətifəyə çevrilirdi. Çünki o təlxək öz sənətinin ən əsas cəhətinin teatrda olduğu kimi “burada və indi” olduğunu bilsə də, əbədiyyəti də tanıyırdı. Təlxək bu “burada”nın (sarayın) gec-tez dağılacağını, “indi”nin şərəf və ya rəzillik aspektindən danışılacaq bir tarix olacağını yaxşı bilirdi.

O təlxək “burada və indi” dediyimiz şah sarayının teatr olduğunu da bilirdi. Onun işi güldürmək idi. Gülüşün içində o azad idi. Gülərkən düşünmək olmurdu. Amma güldürəndə düşünməli idin.

Məsələn, təlxək deyəndə ki, axmaq olmaq dəhşətli deyil, ətrafda hamı özününkülərdir, saraydakılar gülürdü, ciddiyə almırdı. Amma allah bilir ki, o təlxək nə qədər ciddi imiş...

Şah əliyalın idi. Onun silahı “burada və indi” şahlıq etməsi idi. Təlxəyin silahı sənəti və peşəkarlığı idi. Şah tacını çıxaranda, taxtdan enəndə şah deyildi. Amma təlxək çılpaq da olanda təlxək idi. Və o təlxək bunu bilirdi.

Qaldı Klouna, Təlxəyə, Kosaya, Keçələ və başqa personajlara məclis əhlinin qeyri-ciddi, bəzən aşağlayıcı münasibətinə... Bu elə həm də onların öz işinə qeyri-ciddi münasibətindən irəli gəlir. Çünki kloun, təlxək gərək paltarını, burnunu, parikini çıxaranda da təlxək olsun. Qısası təlxək, kloun gərək “təlxəklik etməsin”. Yoxsa bu söz həmişə şitliyin sinonimi olacaq.

Bir də kloun və təlxək ayrı-ayrı şeylərdir. İndi bu anlayış qarışdırılır. Kloun sənətinin mahiyyətində tragizm, qrotesk var. Siz heç, şit bir məclisdən sonra qrimini silən klounun kədərini gördünüzmü? Mən gördüm. Mahiyyətdən qaçmaq olmur yəqin...

# 4935 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər