news-inner
clock13:00 calendar-gray 22 May 2013 view-gray6562 dəfə oxunub
view-gray6562 dəfə oxunub

Rövşən Lənkəranski - Polis atanın oğru oğlu ARAŞDIRMA

Rövşən Rafiq oğlu Canıyev (Rövşən Lənkəranski) -Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəlidir. Lənkəran şəhəri, T. İsmayılov küçəsi, ev 26-da anadan olub.

Astara rayon Məhkəməsinin 15 oktyabr 1996-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 220-ci maddəsinin 1-ci hissəsi, 97-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Səbayel rayon Məhkəməsinin 04 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub.

2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb edilib. Bu dəfə Cinayət Məcəlləsinin 15.94-cü maddəsi (Qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb.

2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə Caniyev cinayət məsuliyyətindən azad edilib.

2002-ci ildə isə Rövşən barəsində olan həmin cinayət işi təzələnib.

Lənkəranski istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 01 iyul 2002-ci il tarixdə axtarış elan olunub.

2003-cü ilin iyulunda “Apelsin” boulinq-klubda Elçin Yevlaxskinin qətlə yetirilməsini bəzi antirövşənçilər Canıyevin üstünə yaxıb ləkələməyə girişsələr də, kələkləri baş tutmadı. Bu qətllə əlaqədar olaraq Canıyevi 2004-cü ilin dekabrında Moskvada saxladılar. Rövşən alibilərini ortaya qoyaraq bulanmış sudan quru çıxdı.

2006-cı ildə Kutaisi klanının Moskvada keçirdiyi sxodka iştirakçıları MUR əməkdaşları tərəfindən saxlanılanda Rövşən də Petrovka-38-ə gətirildi.

Həmin vaxt Lənkəranski beynəlxalq axtarışda olsa da, saxta sənədlər sayəsində həbsdən yaxa qurtara bildi.

Ukrayna MCMİ-nin məlumatına görə, Rövşən Canıyev xəfiyyələr tərəfindən üç dəfə bu ölkədə saxlanılıb.

2008-ci ilin soyuq fevralında Rövşən özəl mehmanxanalardan birində dincələrkən qapı döyülmədən açılır və otağa beş-altı nəfər soxulur və Rövşəni milis bölməsinə aparırlar. Elə həmin gün Şevçenko rayon məhkəməsi Canıyevə 40 sutkalıq həbs cəzası kəsir. Rövşənin xilası üçün Ukraynanın ən savadlı vəkilləri işə girişirlər.

3 dekabr 2009-cu ildə Ukrayna DİN-nin MCMİ əməkdaşları Kiyevdə yenidən Rövşən Canıyevi saxlayırlar və Qolosevki rayon məhkəməsi onu 40 sutka müddətinə dəmir barmaqlıqlar arxasına göndərir. On gün sonra isə Lənkəranskini Azərbaycana ekstradisiya edirlər.

2010-cu ilin sentyabrının əvvəllərində Rövşənin yaxın tərəfdaşlarından biri - Vaqif Tukanov qətlə yetirilir. Olaydan iki həftə sonra, yəni ayın 16-da Moskvada Aslan Usoyana sui-qəsd təşkil olunur. Hadisədən bir gün əvvəl Ukrayna hüquq-mühafizə orqanları Kiyevdə Rövşəni saxlayaraq KPZ-yə oturtmuşdular. “Praym Kraym”-ın yayımladığı xəbərə görə, Canıyev Moskva - Kiyev qatarından düşərkən perronda əməliyyatçılar tərəfindən “gül-çiçəklə” qarşılanmışdı.

2012-ci ilin iyununda Dubayda dincələn Rövşənə sui-qəsd təşkil olundu. Üç bıçaq yarası ilə ağır vəziyyətdə olan Canıyevi reanimasiyaya çatdırdılar.

Sabirabadlı Hikmət və Masallı Mamedin ölümlərindən sonra Moskvada bir neçə tanınmış avtoritetin qətli Rövşəni dərindən təhlillər aparmaq zorunda qoydu. Azərbaycanlı oğruları hiss olunacaq dərəcədə sıxışdıraraq nüfuz dairələrindən uzaqlaşdırmaq istəyirdilər.

Məhkəmə zalında ata qisası

Rövşən Canıyevin atası Rafiq Canıyev milis əməkdaşı idi. Dayısı da daxili işlər şöbəsində işləyirdi.

Rövşənin 17 yaşı olarkən atası kriminal aləmdə tanınan bir avtoritet – Quliyev tərəfindən qətlə yetirilib. 1996-cı ildə Quliyevin məhkəməsi zamanı müttəhim son sözünü söyləyərkən məhbəsdən buraxılandan sonra Rafiq Canıyevin bütün qohum əqrəbasını – nəslini məhv edəcəyini bildirəndə, Rövşən ayağa qalxıb cibindən çıxardığı tapança ilə müttəhimə dörd dəfə atəş açaraq qisas alır.

21 yaşlı Rövşənin məhkəməsi zamanı prokuror onun əməlini 12 illik həbs cəzası ilə qiymətləndirsə də, hakim müttəhimin cinayət törətdiyi vaxt affekt vəziyyətində olduğunu, gəncliyini və təqsirini səmimiyyətlə etiraf etdiyini nəzərə alaraq, onu cəmi 2 il müddətinə cəzalandırmaq haqqında qərar çıxarır.

İki il günə-gün oturduqdan sonra azadlığa çıxan Rövşən artıq gələcək həyatının hansı yolla davam edəcəyini qət eləmişdi. O, qanuni oğruların saldıqları cığıra qədəm qoymuşdu.

Nardaranlı Mirseymur Abdullayev deyirdi:

“Qanuni oğru güclü şəxsiyyət, xarizmatik liderdir və onun hər addımı kriminal aləmin gözü qabağındadır. Rövşəndə bu məziyyətlərin hamısı var”.

"Göy­də Al­lah, yer­də Oğ­ru; Əqi­də - mü­qəd­dəs; Qa­nun­lar ali"

Bu əqi­də­ni qə­bul edən Rövşən onun ana xət­ti­ni araş­dı­ran­da be­lə qə­na­ə­tə gəl­di: İde­ya əbə­di­ləş­di­ril­mə­yə la­yiq olan an­la­yış, hə­rə­kət və mü­ba­ri­zə yo­lu­dur. Bir söz­lə, bu­na Hə­yat de­mək olar. Yə­qin eşit­mi­si­niz ki, bu əqi­də­yə qul­luq edən adam­lar tez-tez "bi­zim hə­yat" ifa­də­si­ni (Naş mir) iş­lə­dir­lər. De­mə­li, oğ­ru­lar "bi­zim hə­yat" de­yən­də elə ide­ya­nı, onun mü­əy­yən elə­di­yi dav­ra­nış və ya­şa­mı nə­zər­də tu­tur­lar. Hə­min bu kon­teks­dən çı­xış et­sək, Rövşənin kimli­yi bu cür mü­əy­yən­lə­şər: an­la­yı­şı, hə­rə­kə­ti və mü­ba­riz­li­yi ilə həyatı əbə­di­ləş­di­ril­mə­yə la­yiq gö­rü­lən şəxs. Əqi­də və oğ­ru­nun bir-birin­dən qə­tiy­yən ay­rıl­ma­yan an­la­yış­lar ol­du­ğu­nu qə­bul et­sək, bu hə­ya­tın ən əsas məq­sə­di­ni dərk et­miş ola­rıq.

Rövşənin deyimindən:

“Hə­ya­tın məq­sə­di əbə­di­ləş­mək­dir­sə, de­mə­li, insan ən üm­də və­zi­fə kimi öz əqi­dəsi­ni ka­mil­ləş­di­r­məli­dir”.

İde­ya, yol və məq­səd mə­lum ol­duq­da, bu ide­ya­ya qul­luq edən, bu yo­lu ge­dən və bu məqsə­də can atan in­san­la­rın mey­da­na gəl­mə­si zə­ru­riliyi ya­ra­nır. Oğ­ru ol­maq üçün in­san ba­rə­də iki qə­rar ve­ril­mə­li­dir. Bu qə­rar­lar­dan bi­ri şəx­si olur. Yə­ni, hər bir şəxs özü ba­rə­də da­xi­li qə­rar çı­xa­rır. Rövşən “cinayət aləminə, “naş mir”ə qədəm qoyduğu ilk gündən şəxsi qərarını vermişdi. Heç nahaqdan deyildi ki, Mirseymur onu “vrajdyonnıy vor” (anadan oğru doğulan), Sabirabadlı Hikmət isə “Kristal” adlandırırdı.

İkin­ci qə­rar isə şəx­siy­yət­lə­rin onun ba­rə­sin­də çı­xar­dı­ğı qə­rar­dır. Mirseymur və Hikmətdən savayı Rövşən barəsində onu əvvəllər həmişə öz yetirməsi kimi təqdim edən Ded Xasan da tərifnamələr söyləməkdən çəkinmirdi: “Lənkəranski Rövşən oğru Olimpinə doğru gedən pilləkəni iki-iki, üç-üç qalxır”- demişdi. Aralarında böyük yaş fərqi olmasına baxmayaraq, Yaponçik, Tariel Oniani və başqa klassik zakonniklər Rövşəni ilk görüşdən sora özləri ilə eyni müstəvidə dayanan oğru kimi qəbul edir, - kurs qoy­maq­la Lənkəranski özü ba­rə­də çı­xa­rı­la­n müsbət qə­ra­ra id­di­a­lı ol­du­ğu­nu bir­ba­şa gös­tə­rir, - deyirdilər.

Rövşən barəsində Novxanılı Əliqardaş da ürək sözlərini gizlətmirdi. Əliqardaş oğrular tərəfindən taclanmasa da, ümumin fikrinə əsasən oğru sayılırdı.

Milli Parkdakı atəş səsləri

26 iyun 2000-ci ildə Bakının Milli parkında atəş səsləri eşidildi. Az sonra televiziya xəbərlərində Rövşən Canıyevin Azərbaycanda böyük avtoritet sahibi Kəramət Məmmədovu güllə ilə ağır yaraladığı barədə xəbərlər səsləndi...

Ardı var...

Oxşar xəbərlər

Xəbər lenti

Əhli-kef
11:01 20 İyun 2021
Kamyunun arvadı bu ssenariyə etiraz etdi – “Yad” filmində baş verənlər
16:31 19 İyun 2021
Müğənni Sılanın kitabı çap olundu
15:41 19 İyun 2021
"Qırmızı papaq" onlayn nümayiş olunacaq
13:46 19 İyun 2021
Gəlinini iş yoldaşına qısqanan “Qoçu Əsgər” – Xalq artistindən maraqlı faktlar
12:29 19 İyun 2021
Fərəc Fərəcov haqqında monoqrafiya çap olunub
11:25 19 İyun 2021
Devid Quetta musiqilərini satdı
10:25 19 İyun 2021
Bu mahnı gənc alimi cəsarətləndirmək üçün yazılmışdı: Dünyanı gəzdi - İllərin mahnısı
09:01 19 İyun 2021
Adamları tanıdım – Nura Suri oğlunun qəza keçirməsindən yazdı
23:55 18 İyun 2021
Hamlet Xanızadənin xatirə gecəsi keçirildi
18:58 18 İyun 2021
Cahangir Cahangirovun 100 illiyi qeyd olunub
18:01 18 İyun 2021
Çiçək kimi ətirli, tər və sütül bədənlər! - Qadına sonetlər
17:20 18 İyun 2021
Müasir İncəsənət Muzeyində sərgi açılacaq
16:40 18 İyun 2021
Azərbaycanın ən naşı klassiki – Seymur Baycanı sərt tənqid etdilər
16:00 18 İyun 2021
Tikanlı sözlər adamı necə öldürür?
15:15 18 İyun 2021
Əkrəm Əylislinin vəziyyəti ağırlaşdı - Açıqlama
14:27 18 İyun 2021
Bakıda yeni sərgi açılır
14:09 18 İyun 2021
“Azərbaycanfilm” türk jurnalist Fulya Öztürk haqqında film çəkir - Fotolar
13:19 18 İyun 2021
İslamdan imtina etdi, çayda boğmaq istədilər, atası üzündən öpəndə ağzını yudu – Diriykən yası verilən dahi azərbaycanlı
12:36 18 İyun 2021
Kəramət Böyükçölün yeni romanı çıxdı - Foto
12:08 18 İyun 2021