Leonardo di Kaprio necə Qetsbi oldu?

Leonardo di Kaprio necə Qetsbi oldu?
18 may 2013
# 07:45

Bu həftənin ən böyük hadisələrindən biri yəqin ki Kann film festivalının başlaması oldu. 66-cı festival mayın 15-i öz pərdələrini avstraliyalı rejissor Baz Lurmanın çəkdiyi və Leanoardo di Kaprionun baş rolda oynadığı “Möhtəşəm Qetsbi” filminin müsabiqədən kənar nümayişi ilə açdı.

Bir neçə gün əvvəl Azərbaycanda da qapalı premyerası keçirilən “Möhtəşəm Qetsbi” filmi haqda baş rol ifaçısı Leonardo di Kaprio da öz təəssüratlarını bölüşüb. Di Kaprio “sevgi əhvalatı” kimi xatırladığı “Möhtəşəm Qetsbi”ini yenidən oxuduğunu və şəxsiyyət axtarışında olan birini kəşf etdiyini deyir:

“Romanı məktəb vaxtı oxumuşdum və yadımda ümidsiz, romantik, xoş, gülərüz və sirli birinin Deyzi adlı qadına vurulmağı qalmışdı. O vaxt bu əsərə tragediya və ənənəvi sevgi romanı kimi baxmışdım. Amma “Möhtəşəm Qetsbi” hər nəslə nüfuz edən romanlardan biridir. İnsanlar mənə yaxınlaşıb deyirlər ki, bu əsər ən sevimli kitabımızdır, dəfələrlə oxumuşuq. Hər səhnəni, hər obrazı, hər cümləni fərqli bucaqlardan baxıb dəyərləndirmək olur. Fitscerald adamı məhrəm hisslərin ağuşuna ata bilib. O dövrü və o dövrün insanlarının həyatını divardakı bir həşərat kimi izləmək olur. Möhtəşəm əsərdir həqiqətən.

Baz (rejissor Baz Lurman-red.) əsərin bir nüsxəsini mənə göndərib, ona film çəkmək istədiyini deyəndə əsəri təzədən oxudum. İlk fikrim belə oldu: çox çətin və qorxulu işdir. Sonra Qetsbidən təsirləndim, yeniyetmə vaxtı oxuduğumdan daha fərqli gördüm onu. Əsər gözümdə adi bir sevgi hekayəsi deyildi artıq.

Rokfellerin izi ilə getməyə çalışan, milyarder olmaq istəyən adamdır Qetsbi. Amerikalı milyonçulardan olmaq istəyirdi, amma Deyzi ona mane olurdu.

Nikin gözündə Qetsbi ümidsiz, romantik, xəyalpərəst biridir, amma Qetsbi eyni zamanda tənha, həyatın mənasını, şəxsiyyətini axtaran bir adamdır. Aktyor kimi beynimdə Qetsbinin portretini belə təsvir etmişəm, ümid edirəm aktyorluq qabiliyyətimi ən yaxşı formada filmdə əks etdirmişəm”.

Hamımız Fitscerald olmağa cəhd etdik

Filmin rejissoru Baz Lurman işi haqda bunları deyib: “Hamının “Hörmətsizlik etmisən”, “Bərbad alınıb” deməyə haqqı var. Niyyətimiz ədəbsizlik etmək deyildi. Hamımız Fitscerald olmağa çalışdıq. Onun haqda əminliklə bircə onu demək olar ki, o modernist idi, nostalgiya ilə yaşayan deyildi, dövrünü yazıçısı idi”.

Amerikan məktəblilərinin oxumalı olduğu kitablar siyahısında yer alan əsər yayımlanmasından 90 il keçməyinə baxmayaraq, hələ də gündəmdədir. Bunun səbəbi yəqin ki Fitsceraldın obrazlarının Amerikaya xas deyil, universal olmağından qaynaqlanır. Ehtiras, xəyanət, qürur, sevgi, kin – hamısı var bu obrazlarda.

Baz Lurman bəzi ixtisarlar etməyinə belə haqq qazandırıb: “Kitabı olduğu kimi çəksəydik, 7 saatlıq film olardı. Ən çoxu 2 saata sığdırmaq məcburiyyətində idik. Təxminən 300-400 səhifəlik ssenari hazırladıq, daş kimi ağır bir şey idi. Sonra hansı səhnələri sevib-sevmədiyimizi deyil, “hansılar olmasa filmin mənası itər” mübahisəsi başladı. Əsəri Fitsceraldın dili ilə göstərməyə çalışdıq”.

“Filmin musiqisini hip-hop janrında seçmək kimin fikri idi?” sualına isə Lurman: “Vallah Fitsceraldın. Fits mənə zəng vurub dedi ki, “Xahiş edirəm, filmə hip-hop mahnılar seç” – deyə zarafatla cavab verərək, bunları əlavə edib: “Fitscerald əsərdə afro-amerikan küçə musiqisi seçmişdi: Cazı. Hamı ona “Caz sabah silinib gedəcək, popa üstünlük ver” demişdi. “Caz dövrü” terminini də Fitscerald tapıb elə. Məncə, bizim dövrün də musiqisi hip-hopdur. Ona görə, o biri Ceyə (amerikan reper Jay-Z –red.) müraciət etdik. Ondan hip-hopla ənənəvi caz musiqisini birləşdirməyi xahiş etdik”.

Əsərin qısa məzmunu isə belədir: Maddi cəhətdən o qədər ürəkaçan həyat keçirməyən Cey Qetsbi Deyzi adlı bir qızla tanış olur və ona vurulur. Varlı ailənin qızı olan Deyzi hər fürsətdə Ceyə onunla evlənmək üçün maddi vəziyyətini yaxşılaşdırmağın vacibliyinə işarə vurur. Qetsbinin müharibəyə getməsi ilə də Tom Bükenen adlı varlı bir adama ərə gedir. İllər keçir, Qetsbi varlanır və Deyzini yenidən qazanmaq üçün geri qayıdır. Buna nail ola bilirmi, qayıtmaq üçün əsas səbəb sevgidir, yoxsa qisas, bax bunlar oxucuya da, izləyiciyə də sirli qalır. Onların hekayəsini isə Deyzinin qohumu, eyni zamanda Qetsbinin qonşusu Nik Karrauey danışır.

# 4683 dəfə oxunub

Oxşar xəbərlər

"Mən insanları aldadan  saxtakaram..." – Nobel mükafatçısının hansı məşhur əsərinin əlyazmasını it yemişdi?

"Mən insanları aldadan saxtakaram..." – Nobel mükafatçısının hansı məşhur əsərinin əlyazmasını it yemişdi?

15:00 27 fevral 2026
"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

15:00 26 fevral 2026
Əli bəy Hüseynzadə Azərbaycan dilini "kobud və kasıb" adlandırmışdı? - Yüzillik qalmaqalın pərdəarxası

Əli bəy Hüseynzadə Azərbaycan dilini "kobud və kasıb" adlandırmışdı? - Yüzillik qalmaqalın pərdəarxası

12:00 26 fevral 2026
Mən qanımı görmüşəm düşmənin qaşığında - Xocalı şeirləri

Mən qanımı görmüşəm düşmənin qaşığında - Xocalı şeirləri

10:00 26 fevral 2026
Öz kitabına təriflər yağdırdı, işdən qovuldu - Məşhur yazıçının böyük fırıldağı

Öz kitabına təriflər yağdırdı, işdən qovuldu - Məşhur yazıçının böyük fırıldağı

17:00 25 fevral 2026
"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı

"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı

12:00 25 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər