writer1

Qan Turalı

Məqalə sayı

228
clock08:00 calendar-gray 01 May 2013 view-gray1799 dəfə oxunub
view-gray1799 dəfə oxunub

Anasına qulaq assaydı Molla Ömər olacaqdı

Qan Turalı

1877-78-ci illərdə Rusiya ilə Osmanlı arasında növbəti mübaribə baş verdi.

Müharibə başlananda Axalsix uyezdinin Azqur kənd sakini Ömər Faiqin cəmi 5 yaşı vardı.

Bu müharibəyə gedən rus qoşunlarına baxmaq üçün məktəbdən qaçan Ömər falaqqa qorxusu ilə bir daha məktəbə getmədi.

Molla məktəbindəki əzbərçilik, cəhalət onu sıxırdı, rus məktəbindəki uşaqlar kimi mahnı oxumaq, həyət bağçasında oynamaq istəyirdi 6 yaşlı Ömər.

Rus məktəbinə meyllənmişdi.

Anası qarşısında, atası yanındaydı.

“Orda nə oxudurlar, Quran yox, dua” yox deyirdi.

Oğlunun könlünü konfet, armud qaxı ilə almaq istəyirdi.

Səhər evdən çıxanda çox düşüncəliydi, hansı məktəbə gedəcəyini qərarlaşdıra bilmirdi.

Bir tərəfdə rus məktəbinin sərbəstliyi, bir tərəfdən də anasının hədiyyələri...

“Anamın dadlı yeməklərini düşündükcə məndə köhnəyə qarşı meyl artırdı”.

Axırda molla məktəbinə getdi, lakin çox oturmadı.

Bədəninin istəyini yox ruhunun tələbatını düşünürdü.

Rus məktəbinə yazıldı.

Rus məktəbinə gec getdiyi üçün ruscada sinif yoldaşlarından geri qalırdı.

Buna görə də dərsdən sonra erməni keşişindən rusca dərsləri almağa başladı.

Çox dindar olan anası erməni keşişinə bir küpə bal göndərəndə Ömər təəccüblənəcək, bacısının köməyi ilə həqiqəti öyrənəcəkdi: küpəyə siçan giribmiş.

Atası ilə anasının mübarizəsi onun həyatını şəkilləndirirdi.

Anası onun molla olmasını istəyirdi, rusca dərs almağının əleyhinə idi.

Atası isə oğlunun rusca təhsil alıb həkim, mühəndis olmasını istəyirdi.

Ömər Faiq təhsil həyatında anasının yolunu getməyə məcbur qalsa da məsləyi, həyatı atasının arzularının gerçəkləşdirilməsindən başqa bir şey deyildi.

Rus məktəbini bitirib Qori seminariyasına imtahan verdi.

Qəbul oldu.

Xoşbəxtliyi çox çəkmədi.

Lakin anasının kaprizləri bitmək bilmirdi.

Atasının Tiflisə getdiyini fürsət bilən anası ona təzə molla paltarı tikdirdi.

Onu öz qardaşı, Ömər Faiqin yaşca özündən bir neçə yaş böyük dayısı ilə birlikdə İstanbula, dini təhsil almaq üçün Fatih mədrəsəsinə yollamaq istəyirdi.

Atasının uzaq səfərə getməsindən istifadə edərək anası onu qardaşı ilə İstanbula yolladı.

Bu xəbərə çox qəzəblənən atası böyük oğlu Yusifi Ömərin arxasınca göndərdi.

Yusif Batumiyə çatanda Ömər Faiq artıq İstanbula yaxınlaşırdı.

Yusif kor-peşman evə qayıtdı.

Ah, İstanbul, İstanbul

10 yaşlı Ömər isə Fatih mədrəsəsində oxumağa başladı.

Molla məktəbindəki təlim üsulları burda da keçərli idi.

Əsas təlim metodu əzbərçilik idi.

Ərəbcə heç nə bilməyən uşaqlar böyük duaları, sürələri ərəbcə əzbərləməli idilər.

Təlim dili də ərəbcə.

Mədrəsələrdə bu dərslər keçirilirdi: Ərəb dilinin qrammatikası, məntiq, hədis, Quran təfsiri, islam hüququ, bəlağət (ritorika).

Ömərin ailəsi sünni olduğu üçün onu təhsil almaq üçün İstanbula göndərmişdilər.

İstanbul isə Fatih mədrəsəsindən ibarət deyildi.

Burda Darüşşefaka vardı.

Bu məktəbdən Ömər Faiqdən sonra Əziz Nesin və məşhur türk yazıçısı Ahmet Rasim məzun olacaqdı.

Darüşşefaka yetim, amma savadlı, qabiliyyətli müsəlman uşaqlarının oxunması üçün açılmış bir məktəb idi.

Ömər Faiq orda oxumağa başlayanda məktəb artıq 18 il idi ki, fəaliyyət göstərirdi.

İlk günlərdən Fatih mədrəsəsindən bezən Ömər Faiq ağlayıb-sıtqayandan sonra dayısı onu Darüşşefakaya qoydu.

Yeni məktəbi Fatih mədrəsəsindən çox fərqlənirdi.

Burda dini elmlər az tədris olunurdu, əsas diqqət təbiət elmlərinin üzərində idi.

Padşahın birbaşa nəzarəti və xeyriyyəçi insanların maliyyəsi ilə təhsil verən Darüşşefaka Ömər Faiqin bir yazıçı kimi inkişafına mühüm təsir göstərəcək və məktəbin son illərdə inadkar bir mütləqiyyət, qətiyyətli bir sultan düşməni olaraq məktəbdən məzun olacaqdı.

Bu məktəb onu Ömər Faiq edəcək, ananın ssenarisi tamam pozulacaqdı.

P.S. Məqalədəki faktlar Ömər Faiq Nemanzadənin “Xatirələrim” (Bakı; 1985) kitabından götürülmüşdür.

Layihənin digər yazıları:

Ermənilər Sabirin kitabını necə "çap" etdilər?

İntihar edib uşaqları qorxudan Azərbaycan yazıçısı

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xalça şərqisi – Rafiq Tağının hekayəsi
21:01 05 Avqust 2021
Mirzə Cəlilin nəvəsi Fransadakı səfirliyimizdə olub
18:54 05 Avqust 2021
Qəbələ Musiqi Festivalı başa çatdı
18:14 05 Avqust 2021
Yaxınları Rafiq Tağını ziyarət etdi - Foto
18:07 05 Avqust 2021
Tanınmış yazıçı ilə görüş keçiriləcək
17:30 05 Avqust 2021
Axına qarşı üzmədən nəyəsə nail olmaq qeyri-mümkündür
17:01 05 Avqust 2021
Azərbaycanda etdiyi bu rəqsə görə Rafet El Romanı topa tutdular - Video
16:14 05 Avqust 2021
Rafiq Tağının qardaşı: “Anam qətlə yetirildiyini bilmirdi, ona qurban demişdi” – Müsahibə
15:21 05 Avqust 2021
Yaponiyada alovlanan olimpiya məşəli və Türkiyədəki meşə yanğınları
14:43 05 Avqust 2021
Nobelli şair məhkəməni uddu
14:01 05 Avqust 2021
"Çocuklar duymasın"ın Havuçu yanğınsöndürənlərə qoşuldu - Fotolar
13:12 05 Avqust 2021
Başı kəsilən Sevinci necə xilas edə bilərdik?
12:26 05 Avqust 2021
Əri evə başqa qadın gətirdi, efirə çıxarmaq üçün ona əxlaqsız təkliflər etdilər, iki uşağıyla ac-susuz qaldı – Səfil həyatı yaşayan xanəndəmiz
12:02 05 Avqust 2021
Flora Kərimovanı hədəfə alanların əsl siması – Sevda yazır...
11:01 05 Avqust 2021
Azərbaycanda yeni musiqi aləti yaradıldı - Foto
10:31 05 Avqust 2021
44 müəllifdən 44 ən yaxşı hekayə - Yeni layihə
10:01 05 Avqust 2021
Kosmik raketlərdən bəhs edən peyğəmbər hədisi – Zamin yazır...
09:00 05 Avqust 2021
Xalq artisti Rafiq Hüseynovun film kimi həyatı - Maraqlı faktlar
21:00 04 Avqust 2021
Amerikalı vokalçının “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib
18:45 04 Avqust 2021
Yanğın “Rəcəb İvedik”in evinə yaxınlaşdı – Qalmaqal düşdü
18:01 04 Avqust 2021