news-inner
clock14:30 calendar-gray 19 Aprel 2013 view-gray1382 dəfə oxunub
view-gray1382 dəfə oxunub

Afaq Məsudun tələbələrlə görüşü keçirilib

Aprelin 13-ü Azərbaycan Dillər Universitetində bu ali təhsil ocağının “Xarici ölkələr ədəbiyyatı” kafedrası və 2-ci kurs magistrları tərəfindən yazıçı-dramaturq, əməkdar incəsənət xadimi, Azərbaycan Tərcümə Mərkəzinin sədri Afaq Məsudun yaradıcılığına intermediallıq kontektində həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan ADU-nun rektoru, millət vəkili Səməd Seyidov bildirib ki, yazıçının əsərləri nə qədər oxunsa da, o əsərlər öz statuslarını dəyişmir, oxucu kütləsinin hər zaman diqqət mərkəzində, maraq dairəsində qalır. Bu baxımdan rektor Afaq Məsudun qeyri-adiliyi, müasirliyi öz əsərlərində əks etdirən bir yazıçı olduğunu vurğulayıb. S.Seyidov dünyanın inkişafını, ümummilli lider Heydər Əliyevin möhkəmləndirdiyi azərbaycançılığı özündə hiss etmək istəyən hər kəsə Azərbaycan ədəbiyyatını yüksək zirvələrə qaldıran Afaq Məsud yaradıcılığından bəhrələnməyi tövsiyə edib. O, ADU da tez-tez görkəmli insanların görüşlərinin təşkil olunduğunu xatırladaraq qeyd edib ki, bu gün Afaq Məsudu universitetdə qonaqlamaqdan olduqca məmnunluq hissi keçirirlər.

Tədbirin təşkilatçısı, “Xarici ölkələr ədəbiyyatı” kafedrasının müdiri, professor Svetlana Cəbrayılova Afaq Məsud yaradıcılığının bu günümüzü dərindən əks etdirdiyini və gənc nəslin artıq onu klassik kimi qəbul etdiyini söyləyib. Kafedra müdiri qeyd edib ki, zamanından və məkanından asılı olmayaraq ədəbiyyatda öz dövrünü qabaqlayan şəxsiyyətlər olub: “Afaq Məsudun ədəbi irsini Frans Kafka və Qabriel Qarsia Markesə bənzədənlər az deyil. Ancaq biz onu heç kimə bənzətmək və müqayisə etmək istəməzdik. Çünki Afaq xanım öz yaradıcılığında orijinal dəsti-xəttə sahib olan yaradıcı insandır”.

Filologiya və jurnalistika fakültəsinin magistratura pilləsinin 216-cı qrup tələbəsi Nigar Rəsulova “Afaq Məsud yaradıcılığı intermediallıq kontekstində” mövzusunda çıxış edib. Tələbə Afaq Məsud yaradıcılığının daima zənginləşdiyini vurğulayıb və fikrinin təsdiqi kimi onun teatra son dövrdə “Qatarın altına atılan qadın”, “Kərbəla” kimi mövzu baxımından tamamilə fərqli iki pyes təqdim etdiyini xatırladıb. N.Rəsulova qeyd edib ki, yazıçının əsərlərini postmodernizm kontekstində araşdırarkən onun üslubunda xeyli intermediallıq elementləri ilə rastlaşmaq mümkündür.

Həmin fakültənin magistratura pilləsinin 216-cı qrup tələbəsi Aytən Şərif “Afaq Məsud və İeronim Bosx ” mövzusunda məruzə ilə çıxış edib. O, yazıçının “İzdiham” romanını Niderland rəssamı İeronim Bosxun rəsm əsərləri ilə bənzətmələrini təhlil edib. A.Şərif qeyd edib ki, Afaq Məsudun yaradıcılığı təkcə bir xalqın deyil, ümumbəşəri aktuallığa və əhəmiyyətə malikdir. Bu baxımdan o, Avropada A.Məsudun yaradıcılığına olan dərin marağı qeyd edib.

Fakültənin magistratura pilləsinin 216-cı qrup tələbəsi Sabina Əyyublu “Afaq Məsud yaradıcılığı və Qərb ədəbiyyatı” mövzusunda olan çıxışında yazıçının bir sıra roman, pyes, tərcümə və məqalələri haqqında danışıb və onların dünya ədəbiyyatı nümunələri ilə təzad və bənzətmələrini təhlil edib. S.Əyyublu qeyd edib ki, A.Məsudun yaradıcılığında intermediallıq elementləri ilə yanaşı, ekspressionizm və sürrealizmi görməmək mümkün deyil. Bu baxımdan o, ispan rəssamı Fransisko Qoya ilə yazıçının əsərlərində paralelliyin olduğunu vurğulayıb. S.Əyyublu ingilis yazıçısı, modernizm ədəbi cərəyanının qurucularından olan Virciniya Vulf ilə Afaq xanımın yaradıcılığındakı bədii nəğməlilik, fəlsəfi yuxu kimi aşkarladığı elementləri də qeyd edib.

Daha sonra Filologiya və Jurnalistika fakültəsinin magistratura pilləsinin 217-ci qrup tələbəsi Mətanət Atakişiyeva “Afaq Məsud dramaturgiyası” haqqında danışıb.

Tədbirin sonunda Afaq Məsud universitet heyətini maraqlandıran sualları cavablandırıb. Dünya ədəbiyyatı ilə bərabər, Azərbaycan ədəbiyyatını da dərindən öyrənsə belə yaradıcılıqda, yazı prosesində ədəbiyyatçılığı qəbul etmədiyini, yalnız özünü, öz hisslərini qələmə aldığını bildirən Afaq Məsud bunu xarakter dünyası ilə izah edib.

“Kərbəla” pyesindən və Roma papasına həsr etdiyi “11 İoann” novellasının yaranma tarixçəsindən söz açan yazıçı bu nəsr nümunələrini dini baxımdan yazmadığını və ilahi bəxt, qismətlə əlaqəli olduğunu bildirib.

525.az

news-inner-user

16800 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Zəngilanlı aktyor: "Ordan çıxan gün 11 yaşım tamam olurdu" - Video-söhbət
16:30 24 Oktyabr 2020
Türkiyəli yazar vəfat etdi
15:26 24 Oktyabr 2020
Azərbaycanlı rəssamın sərgisi İstanbulda
14:19 24 Oktyabr 2020
Tolstoy hansı şairin qızını sevmişdi? - Elçin yazır...
13:30 24 Oktyabr 2020
Ömürlə peşmanlıq oyunları - Cavanşir Yusifli Kulisdə gedən hekayədən yazır
12:21 24 Oktyabr 2020
Ajda Pekkan: “Azərbaycanlı qardaşlarımıza sevgi göndərirəm”
11:12 24 Oktyabr 2020
Şəhid olan Milli Qəhrəman haqqında film - Video
10:06 24 Oktyabr 2020
Vətənim adamlar - Sevda Sultanova yazır...
09:00 24 Oktyabr 2020
“Pişiyin evi” onlayn göstəriləcək
18:49 23 Oktyabr 2020
Nazirlik Zəngilanda dağılan məscidlə bağlı bəyanat yaydı
18:15 23 Oktyabr 2020
Azərbaycan əsgərinə heyrətlənən erməni hərbçi
17:31 23 Oktyabr 2020
Bütün zamanların ən gözəl aktrisasının həyatı film olur
16:53 23 Oktyabr 2020
Kino tarixinin ən qorxulu filmləri açıqlandı
16:11 23 Oktyabr 2020
Yapon caz ifaçısı Azərbaycan ordusuna pul köçürdü
15:29 23 Oktyabr 2020
Beynəlxalq Türk Mədəniyyəti və İrsi bəyanat yaydı
14:52 23 Oktyabr 2020
Allahı danan müəlliminin başına stul çırpdı, ömür boyu övladı olmadı, qızlığını xalası oğluna qısqandı - Xalq artistindən maraqlı faktlar
14:15 23 Oktyabr 2020
Facebookda yayılan təhlükəli döyüş videoları
13:34 23 Oktyabr 2020
Köçkünlük statusu – Sevinc Elsevər yazır...
12:47 23 Oktyabr 2020
Dağıdılan, dəyişdirilən, yer üzündən silinən abidələrimiz
12:04 23 Oktyabr 2020
“Bitls” qrupunun keçmiş üzvündən yeni albom
11:18 23 Oktyabr 2020