writer1

Cəlil Cavanşir

Məqalə sayı

294
clock11:03 calendar-gray 19 Aprel 2013 view-gray2244 dəfə oxunub
view-gray2244 dəfə oxunub

Mən necə yazıçı oldum?

Universitetin birinci kursunda oxuyurdum. Ən böyük arzum yazdığım yazıları və şeirləri çap etdirmək idi. Universitetə daxil olana qədər bir neçə qəzetdə və dərgidə çap olunmuşdum. Amma tələbənin çap olunmağı başqadır. Paytaxtdan uzaqda, əyalət şəhərində mətbuata yol tapmaq o qədər də asan deyildi. İnternet indiki qədər populyar deyildi, sosial şəbəkələr isə demək olar ki, yox idi. Paytaxtda həmyaşıdlarımın Anara “kafa tutduğu”, postmodernizmdən danışdığı, çap olunmağı adi qarşıladığı vaxtlarda mən sadəcə şeirlərimi oxumaq üçün auditoriya, çap etdirmək üçün mətbu orqan axtarırdım.

Boş vaxtlarımda tələbə həmkəndlilərimə qonaq gedirdim. Adətən belə qonaqlıqlarda şeir, yazı maraqlı olmur. Hərə bir-iki lətifə danışır, domino, nərd oynayıb dağılışırdıq. Növbəti qonaqlıqların birində həmkəndlim Ceyhun dedi ki, bu gecə meyxana olacaq. O gün Ceyhungilin kirayə qaldığı evdə (bir ünvanda 10 nəfərdən çox tələbə qalırdı) Bahadur Qobustan, Vüsal Hicran və Anar Gülümsoyla tanış oldum. Bahadur peşəkar meyxanaçılar kimi şövqlə meyxana deyir, dostu Əziz də ona yoldaşlıq edirdi. O vaxtlar bədahətən söz demək qabiliyyətim vardı. Hərdən bir-iki bənd deyir, həmkəndlilərimi də təəccübləndirirdim. Əslində hərbi xidmətdə saatlarla meyxana dediyim günlər çox olub. Uşaqlara nabələd olduğum üçün çəkinirdim, sözləri seçib-sonalayırdım ki, utanmayım.

Deyişmədən sonra, şeir məclisi başladı. Məlum oldu ki, Vüsal Hicran da, Bahadur Qobustan da, Anar Gülümsoy da şeir yazırlar. Vüsal daha çox müxalif ruhlu şeirlər desə də heca vəznində yazdığı sevgi şeirləri daha maraqlı idi. Bahadurun qəzəlləri, Anarın ilk qələm təcrübələri olduqca coşğu ilə qarşılandı. Təbii ki mən də həvəslə öz şeirlərimdən oxudum. O gün öyrəndim ki, oxuduğumuz universitetdə “Gəncliyin səsi” adlı ədəbi birlik fəaliyyət göstərir.

Qısa müddətdə “Gəncliyin səsi”nin toplantılarında Firəngiz İdrisqızı (dərnəyin qurucusu idi), Bəxtiyar Elcan, Arif Kəlbəcərli, Xəyalə Dalğın (indi Xəyalə Sevil), Yeganə, Yamən Balacaxanım, Mehriban Vəfa, Raqif Raufoğlu və başqaları ilə tanış oldum. Eyni zamanda Elməddin Nicat, Mirmehdi Rəsul, Sevinc Mürvətqızı və Elşən Qəriboğlunun yaradıcılığı ilə tanış oldum. Həmyaşıdlarımız paytaxtda Azad Yazarlar Ocağını yaradanda, “Pərvanə” Ədəbi Məclisində şeirlər oxuyanda biz də Gəncə Dövlət Universitetinin auditoriyalarında toplaşır, yeni yazdığımız ədəbi nümunələri oxuyub, Bəxtiyar Elcanla, Vüsal Hicranın kəskin tənqidlərinə qulaq asırdıq.

“Ədalət” qəzetinin “Nar” əlavəsi, Xanəmirin “Səhifələr” qəzeti, “Ulduz” jurnalı əldən-ələ gəzirdi.

“Gəncliyin Səsi” ədəbi birliyi 2002-ci ildə, Gəncə Dövlət Universitetinin “Yüksəliş” qəzetinin müxbiri, “İlham” Ədəbi Birliyinin üzvü Firəngiz İdrisqızı tərəfindən yaradılmışdı. Həmin universitetdə keçirilən şeir müsabiqəsinə 60-dan artıq müəllif qatılıbmış. Müsabiqənin qaliblərindən Sevinc Mürvətqızı (525-ci qəzet) və Bəxtiyar Elcan (publika.az) bu gün artıq mətbuatda yerini tutmuş imzalardır. Dərnəyin 5 ədəbi almanaxı çap olunub. Dərnəyin üzvlərinin bəziləri ədəbi yaradıcılıqdan uzaqlaşsa da, Bahadur Qobustan, Anar Gülümsoy, Sevinc Mürvətqızı, Xəyalə Sevil, Raqif Raufoğlu fəaliyyətlərini davam etdirir.

Vüsal Hicranın və Bəxtiyar Elcanın şeirləri o vaxtlar tələbələr arasında çox məşhur idi. Raqif Raufoğlu 2005-ci ildə bir roman yazmışdı və “Xan bağı”ndakı çayxanada bizə hissə-hissə oxumuşdu. Bəxtiyarın “Dəli” povestinin ilk fəsli böyük ilgi çəksə də, Bəxtiyar sonradan o yazını tamamlamadı. Dərnək üzvlərindən Bəxtiyarın, Raqifin, Anar Gülümsoyun, Elməddin Nicatın, Arif Kəlbəcərlinin, Xəyalə Sevilin, Sevinc Mürvətqızının kitabları çap olundu. Raqif Raufoğlu hal-hazırda ATV-də çalışır. Eyni zamanda Facebook-da 7500-dən çox üzvü olan “Ölü Yazarlar Dərnəyi” səhifəsinin adminlərindən biridir. Barak Obamanın “Atamın arzuları” kitabının tərcüməçisidir. Bəxtiyar Elcan publika.az portalında şef-redaktor vəzifəsindədir və artıq bədii yaradıcılıqla məşğul olmur. Bahadur Qobustan ATV-də çalışmaqla yanaşı, dokkuziklim.net elektron dərgisinə rəhbərlik edir.

“Gəncliyin səsi” Ədəbi birliyinin keçmiş üzvlərinin böyük əksəriyyəti isə, xüsusən o illərin parlaq şair imzası Vüsal Hicran və Elməddin Nicat pedaqoji fəaliyyətlə məşğuldur.

Dərnəyin unudulmaz toplantıları hələ də gözlərimin önündədir. Universitetin çayxanası, dərs otaqları, kitabxana, İradə Aytelin rəhbərlik etdiyi “Töhfə” qəzetinin redaksiyası, “Xan bağı”nın çayxanaları bizim görüş məkanlarımızdı...

Mətbuata yol tapdıqdan sonra isə yavaş-yavaş toplantıların sayı azaldı. Respublika səviyyəli qəzetlərdə çap olunmağımız isə Rasim Qaracanın köməkliyi ilə baş tutdu. “Ədalət” qəzetinin “Nar” əlavəsi, “Alatoran” jurnalı ilk tribunamız oldu. Daha sonra isə Xanəmirin nəşr etdirdiyi “Doqquz iklim” və “Ənvər Paşa” dərgilərində çap olunduq.

“Gəncliyin səsi”nin yaranmasından 11 ildən çox vaxt keçib. Ancaq hələ də köhnə dostlarla bir araya gələndə o günlərlə bağlı mütləq xatirələr danışırıq. O illər hər birimiz üçün əziz olsa da, nədənsə o tarixi yazmağa tənbəllik edirik...

Şəxsən mən o illəri, o insanları sevgi və sayğıyla xatırlayıram...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020
Dünyanın sonuncu tənha adamı - Kamal Abdullanın romanları haqda...
16:58 11 Avqust 2020
Nənəmin laylası öpür üzümdən – Şeirlər
15:44 11 Avqust 2020
Məşhur şairin məzarı tapıldı - Foto
14:52 11 Avqust 2020
İntihar edən məşhur aktyorun həyatı film olur
14:01 11 Avqust 2020
Sevdiyi kişidən məcbur ayırdılar, əri xalası qızıyla evləndi, gənc yaşında xiffətdən öldü – Faciələrə dözməyən “Nəsimi”nin Şəmsi
13:11 11 Avqust 2020
Uşaqlıqda hərbçi atamın, gənclikdə hərbçi sevgilimin yolunu gözləmiş adamam – Fəridə yazır...
12:06 11 Avqust 2020
"Azərbaycan Böyük Vətən müharibəsi illərində" kitabı nəşr olunub
11:27 11 Avqust 2020
Əri hamilə yoldaşını dənizdə niyə boğdu? - Günel Natiq yazır...
10:42 11 Avqust 2020
Sevda Ələkbərzadə yeni mahnısını təqdim etdi - Video
10:05 11 Avqust 2020
Atamın əlləri - Sərdar Aminin yeni hekayəsi
09:01 11 Avqust 2020
Özünü Ancelina Coliyə çevirən gənc oğlan - Fotolar
18:43 10 Avqust 2020
İlğım - Şəhla Nihanın yeni hekayəsi
17:59 10 Avqust 2020
Kinonun böhrana təsiri - Çarli Çaplin nə demək istəyirdi?
17:14 10 Avqust 2020
Mədəniyyət nazirinin müşaviri və şöbə müdirləri vəzifəsindən azad edildi
16:24 10 Avqust 2020
Rusların Yer planetində açdıqları "Cəhənnəm qapısı": Əlli ildir, bağlaya bilmirlər - Foto
16:02 10 Avqust 2020
Yazıçı Səfər Alışarlının yeni kitabı çap olundu
15:45 10 Avqust 2020