writer1

Qan Turalı

Məqalə sayı

228
clock15:22 calendar-gray 17 Aprel 2013 view-gray2967 dəfə oxunub
view-gray2967 dəfə oxunub

Bu, Ərəblinskidir?

Elçin Əfəndiyevin Hüseyn Ərəblinski haqda yazdığı pyes “Sənətkarın taleyi” adlanır.

Müəllif keçən ay “Azdrama”da premyerası olan pyesin “sırf bioqrafik əsər” olmadığını, teatra olan hörmət və məhəbbətin ifadəsi saydığını epiqrafda vurğulamışdır.

Bu hörmət və məhəbbət etirafının nə qədər lüzumlu olduğunu bir kənara qoymaqla bircə onu qeyd etmək istərdik ki, teatra məhəbbəti yaxşı pyes yazmaqdan başqa cür ifadə etmək mümkün deyildir.

Eləcə də pis pyes yazmağın özü teatra hörmətsizlikdir.

Elçin Əfəndiyev tarixi faktlara tamamilə təhrif etmişdir, buna görə onu tənqid etməkdən uzağıq.

Çünki dramaturqun tarixi materiala sərbəst yanaşma hüququnu biz heç cür inkar edə bilmərik.

Lakin tarixi material təxəyyüldən çox-çox maraqlıdırsa və yazıçının sərbəstliyi mahiyyətcə bədii kasadlığa xidmət edirsə, onda necə?

Misal üçün, pyesdə uzun-uzun çar qubernatorunun ucuz fikirlərini dinləyirik.

Bu fikirlər çətin ki Ərəblinskinin 1919-cu ildə öldürüldüyünü bilən tamaşaçı üçün maraqlı olsun.

Ərəblinski 1919-cu ildə öldürülmüşdü, bu zaman isə Romanovlar ailəlikcə güllələnmiş, onlardan sonra qurulan Müvəqqəti Hökumət iflas etmişdi, Azərbaycanda isə hakimiyyətdə Müsavat idi.

Yəni, Ərəblinski öldürülən dövrdə Çar Rusiyası çoxdan qətlə yetirilmişdi.

XX əsrdə feodal mütləqiyyətinin son qalalarından olan Çar Rusiyasının bütün müxaliflərinə qarşı amansız siyasət yeritdiyini bilən tamaşaçı qubernatorun dilindən teatr əleyhinə sərt sözləri anlamaqda çətinlik çəkir, çünki beyninin bir tərəfində Axundovun komediyalarının Çar hökumətinin sifarişi ilə yazıldığına dair fakt yer etmişdir.

Çarizm teatr düşməni idisə, nəyə görə onu ləğv etmirdi, onun qarşısında xalqmı dayanırdı?

Yox, bu, belə ola bilməzdi.

Elçin Əfəndiyev xalqı da teatra tamam etinasız və biganə təsvir etmişdir.

Xalq biganə, hökumət narazı, ortalığa dəli kimi düşən Ərəblinski və onun qeyrətpərvər bibisioğlu Xalıqın qatilliyi.

Bütün bunlar ucuz bir ailə dramından başqa bir şey deyil, Ərəblinskinin sənətkar taleyini və faciəsini anlamaqdan çox-çox uzaqdır.

Ərəblinskinin ölümü ilə bağlı müxtəlif versiyalar var.

Füzuli Sabiroğlu bu barədə yazdığı məqaləsində ən ciddi ehtimallardan biri kimi bu qətlin Hacı Zeynalabdin Tağıyevin sifarişi ilə törədildiyini göstərir.

Bu variantın üzərində dayanmaq pyesi daha baxımlı etməzdimi?

Onun ətrafında əsl rezonans oyatmazdımı?

Ərəblinskinin sevgilisi, Tağıyevin həyat yoldaşı olan Sona xanım haqqında Füzuli Sabiroğlu yazır: “20-ci, 30-cu illərin Bakısının sakinləri tez-tez şəhərin mərkəzi küçələrində qara nimdaş geyimli, saçları dağınıq, divanə kimi gəzən və küçədən keçənlərə əl açaraq dilənən orta yaşlı qadını yaxşı xatırlayırlar”.

Bu xatirənin özü möhtəşəm bir süjet deyilmi?

Amma bu çox tarixi faktura əvəzinə müəllif gərəksiz ucuz konflikt yaratmağa cəhd edir.

Ərəblinski heç bir əsas olmadan məmuru boğur, sonra da özünün tamamilə haqlı olaraq “anormal” adlandırır.

Ərəblinskini intihar etmiş də saymaq olar, Ərəblinski affekt vəziyyətdə Xalıqa “öldür məni, sizin kişiliyiniz elə bura qədərdir, öldür məni” deyir, onu cinayətə təhrik edir. O, çox təəssüf ki, bu pyesdə bir obraz kimi tam gerçəkləşmir. Müəllif teatra hörmət göstərərkən teatrımızın ən böyük aşiqlərindən birinin sevgisini də, hörmətini də adiləşdirir.

Sənətkarın taleyi haqda yazılan bu pyes istər-istəməz bizim yadımıza baş qəhrəmanı Oqtay Eloğlu olan başqa bir pyesi xatırladır.

Cəfər Cabbarlı bu pyesi Oqtay Eloğlu adlı ümumiləşmiş bir obrazı və eləcə də Ərəblinski haqqında yazsa da Elçinin pyesi isə ümumiləşmiş obraz yaratmaq bir yana dursun, hətta haqqında nə qədər tarixi sənəd olan Ərəblinskini belə bədii obraz səviyyəsinə qaldıra bilmir.

Bir daha xatırlatmaq istəyirik ki, tarixi materiallardan ancaq ondan yaxşı təxəyyül yarandığı tərzdə imtina etmək olar, İsa Hüseynovun Nəsimi və Teymurləngin görüş səhnəsi buna sübutdur.

Elçinin Ərəblinskinin dilindən olan əsəbi antixalq çıxışlarını əlbəttə ki, bir insanın ümidsizliyi zəminində anlamaq mümkündür, lakin bu çıxışın reallığı əks etdirməyi, ümidsiz bir vəziyyətin ifadəsi olduğunu bizə izah edən bir nüansa belə rast gəlmirik.

Amma Ərəblinskinin dəfnində çəkilən bu foto dramaturqun nə qədər yanlış yolda olduğunu bizə əyani şəkildə nümayiş etdirir.

Klassiklərimizi müasir dövrdə yenidən təqdim etmək bizim üçün çox vacibdir.

Bu cür əsərlərlə insanlar klassiklərimizi daha yaxından tanıyır, onların həqiqi dəyərini anlayır, millət üçün gördüyü misilsiz işlərlə tanış olaraq onların xatirəsini ürəklərində daşıyırlar.

Lakin Elçinin yaratdığı Ərəblinski obrazı bu mənada səciyyəvi olmasa da təki bu əsər insanların beynində Ərəblinskinin axmaq təəssüratını da yaratmasın, onun təəssüratı ötəri bir külək kimi əsib getsin...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Nəriman Qasımoğlu: “Atam sovet dövrünə görə tövbə elədi” - Müsahibə
21:00 28 İyul 2021
Sənət müsabiqəsi elan olundu - Mükafat fondu 50 min avro
19:00 28 İyul 2021
Qobustanda Hindistan qalereyası açıldı
18:20 28 İyul 2021
“Ev dustağıyam” kitabının təqdimatı olub
17:25 28 İyul 2021
Bu mənəm - şairlərin yuxusuna gizli kamera yerləşdirən – Güneydən şeirlər
16:40 28 İyul 2021
Bakıda yeni fotosərgi açılacaq
16:00 28 İyul 2021
“Nimdaş” müxbirin dönər sifarişi - Ulucay Akif yazır...
15:29 28 İyul 2021
Müslüm Maqomayevin heykəlinin yeri müəyyənləşdi
15:01 28 İyul 2021
Səndən ayrılanda, dağlar, cavandım - Günün şeiri
14:15 28 İyul 2021
Boşanmadan ikinci qadınla evləndi, ölümündən sonra oğlu meydana çıxdı, müəmmalı qəzada öldü – Səxavət Məmmədovdan 10 maraqlı fakt
13:30 28 İyul 2021
Səməd Səmədovun dəfninə gəlmədilər - Giley
12:40 28 İyul 2021
İşıqları keçirib yazanlar
12:00 28 İyul 2021
Dərnəgülün qansoranları – Vüsal yazır…
11:20 28 İyul 2021
“Fəryad 2” filminə kişi axtarırlar – 15 manata
10:40 28 İyul 2021
Müğənni 56 yaşında öldü
10:05 28 İyul 2021
Votsapda beş roman yazan xanım: “Mənim davam internetdəki əxlaqsız kişilərlədir” - Müsahibə
09:00 28 İyul 2021
Homoseksual kralın aşiq olduğu bəstəkar
21:00 27 İyul 2021
Özbək şairi 44 günlük müharibədən kitab yazdı
18:51 27 İyul 2021
Adam öldürmək istəyirəm - Yeni hekayə
18:01 27 İyul 2021
Bakıda caz müsabiqəsi elan olunub
17:09 27 İyul 2021