writer1

Ramilə Qurbanlı

Məqalə sayı

171
clock12:52 calendar-gray 01 Aprel 2011 view-gray734 dəfə oxunub
view-gray734 dəfə oxunub

Əhəmiyyətli olmaq eqoizmi

Linkoln məktublarından birində yazırdı ki, təriflənmək hamının xoşuna gəlir. Çox düzgün fikirdir.

Təsəvvür edirsiniz, bir-neçə il bundan əvvəl bu fikrə istehza ilə yanaşırdım və tam rədd edirdim. Bunu da onunla əsaslandırırdım ki, mən tərifi sevmirəm. Guya tənqiddən xoşum gəlir, insanı, onun gördüyü işi nə qədər tənqid edərlərsə, o, daha böyük xarüqələr yarada bilər.

Absurddur, bu fikir də elə “xarüqələr” sözü kimi mənə sovet ideologiyasını xatırladır. Zaman keçdikcə özüm üçün dərk etdim ki, bişirdiyim xörəyi kimsə bəh - bəhlə yeyəndə xoşum gəlir, vay o gündən ki, kimsə “yeməyi duzlu bişirmisən”- deyə.

Növbəti dəfə yeməyim həm duzlu, həm də istiotlu olacaq, o cümlədən dilim. Məqaləm haqqında yaxşı fikir söyləndikcə mən daha yaxşı yazmağa həvəsləndim. Hansı gün mənə “bu gün xüsusi gözəl görünürsən”-deyildisə həqiqətən gözəlləşdim.

Bir sözlə, harda tərifləndimsə orda bütün insanlığa xas eqoizmim təmin olunduğundan gördüyüm işlər daha effektverici oldu. Əgər indi düşündünüzsə ki, yalnız mən beləyəm, yanılırsınız, bir anlıq öz içinizə, nə istədiyinizə nəzər salın.

Uilyam Ceyms deyirdi: “İnsan təbiətinin ən dərin prinsipi dəyərləndirilib qiymətləndirilməsini ehtirasla istəməkdir”. Daha bir filosofun fikrinə görə insanın jeganə amalı əhəmiyyətli olduğunu bilmək istəyidir.

Bəzən kimisə tənqid etməklə öz eqoizmimizi təmin etdiyimizin fərqinə varmırıq. Həmin an dayanıb düşünsək, özümüzü tənqid etdiyimiz fərdin yerində hiss etməyə çalışsaq bəlkə də tənqiddən vaz keçərik, amma çox vaxt bunu etmirik, çünki özümüzü əhəmiyyətli bilmək ehtirasımız daha güclüdür.
İnsanın psixi xəstəliyinin iki səbəbi olur, birincisi fiziki travmadırsa, yəni beyin zədələnməsi, alkoqol, toksin və sair, ikinci səbəb ruh sarsıntısıdır.

Sən demə, bəzi rəhmətə getmiş psixi xəstələrin beyni üzərində aparılan analizlər göstərib ki, onların beyni ilə sağlam adamın beyni arasında heç bir fərq yoxdur. Alimlər o nəticəyə gəliblər ki, deməli bu insanın ruhu sarsılıb və o dəlilik dərəcəsinə çatıb. Yerli və yersiz hər bir tənqid insanda ruh sarsıntısı yaradır və onun necə hərəkət edəcəyi bəlli olmur. Düşünsək, əslində kimdəsə ruh sarsıntısı yaratmaq istəmərik. Yersiz tərif də yaltaqlıq təsiri bağışlayır, amma hər bir insanda yaxşı nə isə var.


Filosoflardan biri ömrü boyu heç kimi tənqid etmədiyini onunla əsaslandırıb ki, insanda yaxşını tapıb üzə çıxardıqca o, yaxşı insan olmağa başlayır. Tənqid insanda özünü müdafiə instiktindən başqa yaxşı heç nə yaratmır.

O insanda özünə haqq qazandırmaq istəyi yaradır. İnsan qürurla, eqoizmlə, mənliklə dolu mürəkkəb varlıqdır və bu görkəmlə o tənqidə qarşı benzinlə dolu çəlləyi xatırladır ki, burda tənqid yalnız kibrit rolunu oynaya bilər.


Elə bil benzin çəlləyinə kibrit çəkdin. Burda tənqiddən xoşlanmaqdan, yaxud tənqid olunanın nəticə çıxarmağa çalışacağından söhbət belə gedə bilməz. Onu düşünmək yalnız düşüncəsizlikdən irəli gələr.

Tənqid olunanla tənqid edənin abstrakt portretlərini hər hansı bir sürrealist rəssama tapşırsan, qarşı-qarşıya birinin əlində qılınc, o birininkində qalxan, iki nəfər çəkər.


Əlimə qələm aldığım ilk vaxtlarda, hələ çox gənc, hadisələri, vəziyyəti qiymətləndirməyə, araşdırmağa çalışmaqdan çox tənqid etməklə özümü “qəhrəman” hiss etdiyim vaxtlarda böyük sənətkar Hüseynağa Atakişiyevin özülünü qoyduğu və cəfakeşliklə çalışdığı Dövlət Gənclər Teatrında səhnəyə qoyduğu “Hamlet” tamaşasını tənqid etmişdim.

Nə yazıq ki, ağzıma gələni yazmazdan öncə düşünməmişdim ki, bu adamlar qışın günündə şəraitsiz, soyuq divarlar arasında “Hamlet” səhnələşdiriblər. Qara qəpiksiz tamaşa gətiriblər ərsəyə, bu da bunların işidir, pul, şərait, dəyərləndirmə oldu, olmadı öz işlərini görməli olduqları üçün, fədakar olduqları üçün görüblər.

Soyuq zalda məşq etdikləri üçün Hamletin səsi tutulub, premyeranı xəstə-xəstə oynayır, sonradan bildim bunları və qəhrəmanlığımın lap Vaqif Mustafayevin filminin qəhrəmanının “qəhrəmanlığına” bənzədiyini anladım.

Bir də onu anladım ki, ən kəskin sənətşünaslar belə tənqiddən niyə əl çəkiblər. Götürüb yazıram ki, Hamletin səsi batıb, qışqırır və cairə. Mən də Hamleti oynayan Qurban İsmayılovun yerinə olsaydım gedib reyissorun yanına oynamaqdan imtina edərdim.

Nə yaxşı ki, Hüseynağa Atakişiyev “mən nə etdiyimi bilirəm”-deyib Qurbanı sakitləşdirməyi, gördüyü işə əminlik yaratmağı bacarıb. Bu günkü düşüncəmlə tənqid yox, təşəkkür yazardım…

Görürsünüz, yenə insanın eqoizmi çıxır ortaya o vaxt tənqiddən onu təmin etməyə çalışırdımsa bu gün kiməsə xoş olmasından zövq aldığım üçün təşəkkürə üstünlük verirəm…

Hər bir halda insan yalnız özünün əhəmiyyətli olduğundan zövq alan eqoistdir…
REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020
Tarık Akanın heç yerdə bilinməyən söhbəti
11:12 10 İyul 2020
Səni sevən öldü, zalım – Səhər Əhməd yazır...
10:35 10 İyul 2020
Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020