İstanbulu dinləyirəm

İstanbulu dinləyirəm
28 fevral 2013
# 17:51

Kəmalə İmanova

İstanbul-çərçivələrə sığmayan, qanunları pozan, sərhədləri aşan şəhər. Bir az pozulmuş, amma saflığını itirməmiş şəhər. İtirməmiş olsa belə axtarıb tapa bilməzsən. Çox dərinlərdə bir yerdə qalmış.

Kimliyini gizlədən şəhər.

Daha çox qadına bənzəyir. Yoldaşını müharibədə itirmiş, tək başına həyata bağlanmış qadına. Alçaq-alçaq insanlarla mübarizə aparmış. Həyatın hər üzünü görmüş, öz üzünü itirməmiş biri.

Yorulmuş, özünü unutmaq üçün oturub siqaret çəkmiş, içmiş, mahnılar bəstələmiş. Amma qəlbinin küncündə kiçik imanını canavarlara heç yem etməmiş. Həm azadlığın qapılarını açmış, həm də çox uzağa getməsin deyə şəhərin dörd yanından azan səsini yüksəltmiş. Gecələrin əyləncəsini səhərlərin azanı ilə yumuş.

İstanbul-Göyçək Fatmanın nağılına bənzəməz. Su pərisi heç olmadı.

Məsələn, İstanbulun-nağılların balaca, şirin şahzadəsi ola bilməsi üçün çəhrayı donu olmadı heç. Sığalını özü çəkti başına.

Bir-birinə bənzəməyən, qarışıq-qarışıq tiplərə qoynunda yer verə biləcək qədər anlayışlıdır o.

Ağlasan səninlə ağlayar, gülsən səninlə gülər.

İstanbul-özünü itirmiş uşaq kimidir. Hər şeydən dadmaq istəyi var içində.

Yağışın altında ayaqyalın islananlardandır İstanbul.

Tutunacaq sütunları olmayan asma körpülərindən bilinir nə qədər cəsur olduğu.

Səni çətinliklərə salmaqdakı məqsədi- öz ayaqların üzərində dura bilməyi öyrətmək üçündür.

İstanbul sanki deyir- məni ya olduğum kimi sev, ya da sevmə. Məni böyüdən yaralarımı mənə unutdurmağa çalışma. Məni dəyişdirmədən sev.

Turistlərin gözlərini oxşamaq üçün dağılmış, tor basmış binalarını yenidən bərpa etməzkən sanki- sənə gözəl görünmək üçün topuqlu ayaqqabılarda şam yeməyinə gəlməyəcəm deyir.

Köhnəlmiş, sınıq-sökük, yarıçılpaq binaları yetim uşaq kimi onu atıb getməyəsən deyə yalvarır.

Amma qürurludur İstanbul. Sınar, əyilməz, əzilər ağramaz.

Keçmişinə bağlıdır, amma hər zaman gələcək qədər yenidir.

Kimsəyə aid ola bilməyəcək qədər azad, lakin, sənə özünü tənha hiss etdirməyəcək qədər yaxındır.

İstanbul'u dinliyorum, gözlerim kapalı;

Başımda eski alemlerin sarhoşluğu

Loş kayıkhaneleriyle bir yalı;

Dinmiş lodosların uğultusu içinde

İstanbul'u dinliyorum, gözlerim kapalı.

İstanbul'u dinliyorum, gözlerim kapalı;

Bir yosma geciyor kaldırımdan;

Küfürler, şarkılar, türküler, laf atmalar.

Bir şey düşüyor elinden yere;

Bir gül olmalı;

İstanbul'u dinliyorum, gözlerim kapalı.

İstanbul'u dinliyorum, gözlerim kapalı;

Bir kuş çırpınıyor eteklerinde;

Alnın sıcak mı, değil mi, biliyorum;

Dudakların ıslak mı, değil mi, biliyorum;

Beyaz bir ay doğuyor fıstıkların arkasından

Kalbinin vuruşundan anlıyorum;

İstanbul'u dinliyorum.

Orhan Veli Kanık

# 2138 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #