news-inner
clock12:11 calendar-gray 12 Fevral 2013 view-gray14461 dəfə oxunub
view-gray14461 dəfə oxunub

Ərinə xəyanət etmiş qadın: “Qadınlığımı məşuqum mənə qaytardı”

Bu dəfə mövzum xəyanətdi. Xanımların xəyanəti həmişə maraqlı gəlib mənə. Yox elə düşünməyin ki, mənim onlara xüsusi rəğbətim var , qətiyyən. Sadəcə həmişə məni bu xanımların müdafiə xarakterli arqumentləri maraqlandırıb. Ərini aldadan qadın özünə necə haqq qazandırır? Gecə onun yanında necə rahat uzana bilir? Bir qadını bu addımı atmağa nə məcbur edir? Bütün bu suallarımıza xəyanət etmiş qadın cavab verəcək.

Əgər danışmaq istədiyiniz bir mövzu, hər hansı bir hadisə varsa, mənə yazın ([email protected]). Anonim qalacağına söz verirəm.

- Ailə həyatınız haqda qısaca məlumat verə bilərsiz? Necə tanış olmusuz? Necə evlənmisiz?

- Ərim qonşumuzun qohumu idi. Məni görüb bəyənmişdi. Anam tövsiyə etdi ki, ona ərə gedim. Mən o vaxtı məktəbi təzə bitirmişdim, hələ uşaq idim və bilirdim ki, ərə getmək lazımdı. Razılaşdım valideynlərimlə və onunla evləndim.

- Yoldaşınızla münasibətləriniz nə vaxtdan soyumağa başladı? Bunu necə hiss elədiz? Nə baş verdi?

- Evliliyimizdən 3-4 il keçəndən sonra hiss elədim ki, artıq onu bir qram da sevmirəm. Qaynanalı, baldızlı evdə yaşayırdım. Onun öz anasının, bacısının, qardaşlarının qarşısında necə aciz olduğunu görürdüm və o mənim müəyyən etdiyim kişi obrazından gündən-günə daha da uzaqlaşırdı. Onlardan çəkinirdi və mənə təzyiqlər göstərirdi, yad qızı kimi məni satırdı onlara, etmədiyim hansısa bir səhv hərəkətə görə sanki məni cəzalandırırdı. Təhsilimi 4-cü kursdan yarımçıq qoymağa məcbur etdi və məni evdən bayıra buraxmadı.

- Əriniz sizi mənəvi, maddi yoxsa fiziki təmin edə bilmir?

- Nə mənəvi, nə maddi, nə də fiziki. Hələ mən ondan 11 yaş kiçiyəm və o çətin günlərimdə mənə mənəvi dəstək olmalıydı. Maddi cəhətdən mən ona kömək edirdim, anamdan alıb ona pul verirdim. Fiziki cəhətdən isə nə siz soruşun, nə mən deyim. Dişlərini fırçalamağı yadına salmasam aylarla yumaz.

- Xəyanət üçün xüsusi cəsarət tələb olunur məncə. Onu hər qadın cürət edib, eləyə bilməz. Bu cəsarəti nə vaxtdan hiss etdiz?

- Mən təzə ərə gedəndə 20 yaşım var idi, xəyanət edən evli qadınlardan danışanda tüklərim biz-biz olurdu, onları fahişə, pozğun adlandırırdım, gəzəyən xanımlara nifrət edirdim, dərk edə bilmirdim ki, bu necə mümkündü. Mən özümə heç vaxt belə bir həyat arzulamazdım. Vaxt keçdikcə bu cəsarət özü yaranır, hətta deyərdim cəsarət də deyil, qorxu hissinin yoxa çıxmasıdı. Bizdə heç cür alınmırdı və mən ona günü-gündən daha güclü bir nifrət duyurdum. Bilirsiz, hal-hazırda ona nifrət də eləmirəm. Əslində yaxşı insandı, amma yaxşı ər deyil.

- Partnyorunuzu necə seçirsiz? Maddi vəziyyətinə, yoxsa görünüşünə görə?

- Yox pul deyil, qətiyyən deyil. Sadəcə insan mənim ürəyimə yatmırsa, içdən gəlmirsə onunla heç vaxt ünsiyyətə girə bilmərəm. Bir nazirlikdə nazirin birinci müavini məni “saxlamaq” istəyirdi Əvəzində ev, maşın və oğlanlarımın təhsilini boynuna götürürdü. Mən razılaşa bilmədim. Mən mənəviyyatını pula satan fahişə deyiləm, mən sevən bir qadınam. Heç bir maraq güdmədən sevən bir qadın.

- Əriniz nəsə hiss edib? Şübhələndiyini sezməmisiz?

- Hiss etməyib. Bu onun ağlına da gəlmir. Onsuz da evə mən yatan vaxtı gəlib çıxır, ya da heç gəlmir. O düşünmür ki, mən bu addımı ata bilərəm. Hərdən şübhəli vəziyyətlər yaranıb, amma o bunu dərk edə bilmir.

- Xəyanət nədi sizinçün? Ümumiyyətlə bu etdiyinizi xəyanət adlandırırsız?

- Yox, mən etdiyimi xəyanət adlandırmıram. Olar rusca deyim?

- Buyurun.

- Я спасаю себя (Mən özümü xilas edirəm-red.). Ərimin verə bilmədiyi sevgini, qayğını, nəvazişi mənə başqası verir sadəcə.

- Bəs ərinizdən şübhələnmirsiz? O da sizi aldadır?

- Bilirsiz, istənilən kişi aldadır. Hələ ki, tutmamışam, heç nə sezməmişəm, amma hər halda aldadır. Çünki bizim seks həyatımız yoxdu.

- Boşanmaq haqda düşünürsüz? Belə daha rahat olmazdı yaşamaq?

- Yox. Bunun üçün şəraitim yoxdu. Evim yoxdu, işim yoxdu, iki oğlum var. Onlar təhsil almalıdı, hazırlığa getməlidi. Üstəlik oğlanlarım da atalarına çox bağlıdırlar, onları ayıra bilmərəm.

- Sizə xəyanətə məcbur edən ehtirasdı, yoxsa qisas hissi?

- Əvvəllər qisas idi, indisə ehtirasdı, sevgidi, bağlılıqdı. Mən ərimlə münasibətdə olduğum vaxtlarda frigitə (qadınlarda seksə qarşı biganəlik, psixi xəstəlik - red.) tutulmuşdum. Bu elə bir xəstəlikdi ki, adam ehtirasını, bütün qadınsı duyğularını itirir. Ginekoloq dedi ki, bu ərinlə bağlı problemlərinlə əlaqədardı. Sonralar mənə bu hissləri məşuqum geri qazandırdı.

- Heç yoldaşınızla hər şeyə yenidən başlamaq haqda düşünmüsüz?

- Yox, yox. Heç vaxt. İndi də onu evdə görəndə iyrənirəm. O mənim həyatımın “oşıbkası”dı. Bu səhvi təkrarlamaram.

- Xəyanətinizə necə haqq qazandırırsız?

- Kişi kimi heç vaxt arxamda durmayıb, adicə qapıya işıq pulu yığan gələndə məni göndərirdi ki, get yola sal. Qaynımın yanında, qohumlarının önündə məni alçaldırdı. Mənə qadın kimi yanaşmırdı, seks həyatımız yox idi. Evə çörək pulu da qoymurdu və uşaqların təhsil haqlarını ödəyəndə də gəlib soruşmadı ki, necə ödəmisən? Hər şeyinə nifrət eləyirəm.

- Bütün bu baş verənlərin səbəbkarı kimdi? Kimi günahlandırırsız?

- Anam. Mən ona inanmışdım. Mən təsəvvür etmirdim ki, anam qızının bədbəxtliyini istəyər və yanlış ər seçər mənə. Amma çox böyük səhv eləmişəm.

- Oğlanlarınıza gəlin seçmək çətin olmayacaq sizə? Onlara necə inanacaqsız?

- Yox. Onlar məndən bicdi. Adama baxan kimi bilirlər necədi, nədi, kimdi. Bundan narahat deyiləm.

(Təmsili foto). Foto Türkan Hüseynova

Oxşar xəbərlər

Xəbər lenti

Tbilisidə Nəriman Nərimanovun kitabı təqdim olundu - Foto
15:28 10 Aprel 2021
Leyla Əliyevanın kitabı təqdim olundu - Foto
14:19 10 Aprel 2021
Qürbətdə ayağım torpaqda ağlar - Azad Yaşardan yeni şeirlər
13:34 10 Aprel 2021
Göy üzünü Tanrı bilərdik - Fəxri Müslümdən şeirlər
12:21 10 Aprel 2021
Sizə həsəd aparıram - Fransada yaşayan azərbaycanlı yazıçı yazır
11:22 10 Aprel 2021
Məşhur repçi narkotikdən öldü
10:10 10 Aprel 2021
Psixoloq Elnur Rüstəmov: “Müharibə bizi koronavirusa yoluxmağa qoymadı” – Müsahibə
09:01 10 Aprel 2021
“Fəryad”ın çəkilişində ona sui-qəsd təşkil etmişdilər – Ceyhun Mirzəyevdən maraqlı faktlar
21:01 09 Aprel 2021
Azərbaycanlı rəqqas Rusiyada fəxri ada layiq görüldü
18:46 09 Aprel 2021
Xanım İsmayılqızı yeni kitabından danışdı
18:02 09 Aprel 2021
Flora Kərimovanın ürəyi dayanıb? - Açıqlama
17:21 09 Aprel 2021
Hamı şeirlərini əzbər bilir, amma heç kəs tanımır – Sözü özündən məşhur şairimiz
16:37 09 Aprel 2021
13 yaşlı Selcandan yeni hekayə
15:49 09 Aprel 2021
Məşhur aktrisa vəfat etdi
15:04 09 Aprel 2021
Xalq rəssamı: "Atam əsir düşəndə Almaniyada Rəsulzadə ilə görüşüb" – Müsahibə
14:17 09 Aprel 2021
Siyavuş Novruzovun axtardığı söz – Sərdar Amin yazır...
12:38 09 Aprel 2021
Trampın köməkçisi dörd milyonluq kitab yazacaq – Müqavilə bağlanıb
12:01 09 Aprel 2021
Xalq artisti xəstəxanaya yerləşdirilib
11:18 09 Aprel 2021
Pulun çaşdırdığı Əlixan Rəcəbov
11:04 09 Aprel 2021
Günün şeiri: Leş
10:30 09 Aprel 2021