writer1

Şərif Ağayar

Məqalə sayı

521
clock11:12 calendar-gray 12 Fevral 2013 view-gray1613 dəfə oxunub
view-gray1613 dəfə oxunub

Məni şəhid oğluna oxşadırdı...

Şaiq Vəlini də torpağa tapşırdıq. Heç nə olmamış kimi. Bəlkə uzun zaman xəstə yatdığından ölümünə hamımız hazır idik, ona görə... 13-cü mikrorayonun (Sumqayıt) mərkəzindəki xeyir-şər evində də yas havası duyulmurdu. Adamlar deyir, gülür, hətta zarafatlaşırdılar. Məclisin başından asılmış iri fotoşəkil işıq saçırdı ətrafa.

Üç mərasimi də beləcə keçdi Şaiq Vəlinin. Camaat çox olsa da yas əhvalı yenə hiss olunmadı. Sanki hamı bu qəribə adamla görüşə gəlmişdi.

Şaiq Vəlini şair kimi ilk dəfə maşın qəzasında həlak olan 14 yaşlı oğluna yazdığı şeirlə tanımışam. Şeiri dostumuz Zahir Əzəmət “Ədalət” qəzetinin ədəbiyyat əlavəsində çap etdirmişdi və internetdən tapdığı təsadüfi bir uşaq şəkli də qoymuşdu şeirin yanına.

Sonralar Şaiq Vəlini dəli edəcəkdi bu şəkil. Sən demə Zahirin təsadüfən tapdığı rəsm rəhmətə gedən uşağın eyni imiş.

Bir gün Şaiqin başqa qəribə oxşatmasının da şahidi olacaqdım. Özümlə bağlı... Sən demə mən də Şaiq Vəlinin müharibədə şəhid olan oğluna bənzəyirmişəm. Yaxın dostumun içki məclislərinin birində qəflətən qulağıma dediyi bu söz məni az qala havalandıracaqdı. Şaiqin, tanış olduğumuz o qədər də uzun olmayan vaxt ərzində mənə bəslədiyi sonsuz sevginin səbəbi bu imiş demək. Haqlı-haqsız, doğru-yalan həmişə məni müdafiə edirdi. Hətta mənə görə az qala yaşım qədər dostluq etdiyi adamlara qarşı çıxırdı.

Bəs mən niyə onu bu qədər çox sevirdim? Suala cavab verməkdə acizəm. Bu sevgi təkcə onun istedadına, təmiz adam olmasına görə deyildi. Bu sevgi nəsə başqa bir şey idi. Əllaməçilik olmasın, bizim dostluğumuzun tarixçəsi bizimlə başlamırdı – buna əmin idim. Bizimlə başlamırdı və bizimlə sona çatmayacaqdı. Biz ruhən qohum idik. Onu ilk gördüyüm gün əmin oldum ki, nə vaxtsa, hardasa rastlaşmışıq, yaxın olmuşuq. Şaiq mənə çox doğma gəlmişdi ilk gündəcə. Hətta o qədər doğma ki, şaşırıb qalmışdım. Bəlkə kiməsə oxşadırdım onu. Yox, Şaiq bənzərsiz idi!

Təsəvvür edin, xəstə olduğu günlərdə məndən çox o mənə zəng edib halımı soruşurdu. Utanırdım buna görə. Üstəlik yanına gedən adamlardan həmişə məni soruşurdu. Dostumuz İbrahim İlyaslı deyir, axır zamanlarında artıq yaddaşını itirirdi. Yenə kimisə xəbər aldı, amma ad yadına düşmədi. Mən başladım yaxın dostlarının adını sadalamağa. Başını buladı. Sənin adını çəkəndə üzündə işıq peyda oldu və başını tərpətdi.

Ondan bir az öncə telefonda danışmışdıq. Mənə həsr etdiyi şeiri söylədi. Nitqi aydın deyildi. Ona görə şeiri yaza bilmədim. Anlamadığım sözləri təkrar soruşub zəhmətə salmaq da doğru olmazdı. Düşündüm ki, yanına gedəndə şeiri götürərəm. Bir neçə gün sonra müsahibələrinin birində jurnalistlərdən yenə məni soruşmuş, ona bir şeir yazmışdım, təəssüf ki, yadımdan çıxıb demişdi.

Mən yanına gedəndə isə qaya parçası kimi gördüyüm Şaiq Vəlinin yerində arıq, yaşlı və taqətsiz bir qoca uzanmışdı. Ağlamaq tutdu məni. Onu qucaqlayıb öpə bildim sadəcə. Yorulmuş əllərini sıxdım... Mənə təsəlli verdi, çətinliklə, “möhkəm ol” dedi...

Şaiq Vəli mənə bəslədiyi dost sevgisini də, mənə həsr elədiyi şeiri də öz sinəsində torpağın altına apardı. Və üstü torpaqlanan anda hiss etdim ki, mənim də bir parçam qalır bu soyuq, kəsəkli torpaqların altında.

Əslində bütün gözəl dostlarla, yaxın qohumlarla bahəm biz də yavaş-yavaş torpağın altına köçürük. Və dostlar-qohumlar axırımıza çıxır bir gün. Biz gedəndə də özümüzlə neçə dost aparırıq.

Ayrılıq əclaf şeydir...

Mən “üstündə torpaqlar kürələnən” əziz dostumun yanındakı qoşa məzara da baxmağa vaxt tapdım arada.

Şaiqin şəhid olan və maşın qəzasında dünyasını dəyişən uşaqları... Şaiq bizdən ayrılıb övladlarını qovuşurdu həmin gün. Ona görə mənə elə gəldi ki, ikisi də gülümsəyir...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020
190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020