Tarix İnstitutunun Elmi Şurası “Daş yuxular”ı müzakirə edib

Tarix İnstitutunun Elmi Şurası “Daş yuxular”ı müzakirə edib
6 fevral 2013
# 11:18

AMEA Tarix İnstitutunun Elmi Şurasının Əkrəm Əylislinin “Daş yuxular” romanında bəhs olunan tarixi faktlara həsr olunmuş iclası keçirilib. APA-nın məlumatına görə, iclasda çıxış edən institutun direktoru Yaqub Mahmudov bildirib ki, tarixçilər bu əsərdə göstərilmiş faktlarla çox narazıdır. Onun sözlərinə görə, müvəqqəti atəşkəs elan olunmasına baxmayaraq, Azərbaycan müharibə vəziyyətindədir: “Lakin buna baxmayaraq ölkəmiz dünyanın inkişaf etmiş ölkələri bir sırasında olmaq üçün sürətlə irəliləyir. Bütün bunlar Azərbaycana qarşı kəskin qısqanclıq doğurur. Hazırda Azərbaycana qarşı aparılan başlıca siyasət budur ki, ölkəmizin işğal olunmuş torpaqları erməni işğalında qalmasın. Əsərin prezident seçkiləri, Xocalı faciəsinin, Sumqayıt hadisələrinin ildönümü ərəfəsində yazıldığı nəzərə alınmalıdır”.

Tarixçi bildirib ki, yazıçı əsərdə Azərbaycan xalqına düşməni dost, dostu düşmən kimi təqdim edib: “O yuxuları Naxçıvanın Əylis kəndində görür. Birinci yuxuda görür ki, Guya bu ərazidə türklər soyqırımı törədiblər. Bu, yazıçının 2015-ci ildə qondarma soyqırımının 100 illiyinə töhfəsidir. İkinci yuxuda Naxçıvanı erməni torpağı kimi görür. Azərbaycanlılar isə sonradan gəlmiş vəhşilər, barbarlardır. Ermənilər isə kökə malikdirlər, humanistdirlər. Əsərdə yazıçı erməniyə çağırış edir ki, sən öz Məkkə, Mədinənə -Naxçıvana sahib çıxmalısan. O gözləyir ki, ermənilər qayıdıb Naxçıvana gəlsin və Əylis yenidən cənnət çevrilsin. Bu, Azərbaycanın xalq yazıçısının onun xalqına olan münasibətidir”.

Yaqub Mahmudovun sözlərinə görə, Əkrəm Əylisli əsərdə Qərbi Azərbaycandan olan soydaşlarımızı sürü, yağışdan sonra çıxan göbələk adlandırır, islam dinini aşağılayır.

“O, sünnət olunanları vəhşi kimi qələmə verir. Əkrəm Əylislinin görmədiyi yuxular da var. O bu yuxuları qəsdən görmür. O yuxularında 31 mart soyqırımını, Bakıda törədilən 20 yanvar hadisələrini, Şəhidlər xiyabanını, Qafqaz İslam Ordusunu, Türk şəhidliyini görmür, Azərbaycanın işğal olunmuş torpaqlarını, Xocalını, Şuşanı, Qarakəndi görmür. Nəticə etibarı ilə bu yuxular yazıçının suyunu içdiyi, torpağında yaşadığı fəxri adlar aldığı vətəninə O bu əsərlə ermənilərə, qriqoriyanlara xidmət edir. Onun ən böyük cəzası Azərbaycan xalqının nifrətidir”.

Daha sonra Elmi Şuranın üzvləri, tarixçilər əsərə münasibət bildiriblər.

# 3208 dəfə oxunub

Oxşar xəbərlər

"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

15:00 28 oktyabr 2026
Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

15:00 26 oktyabr 2026
"Sevimli mahnılarımı gözləyərdim..." - "Yesterday once more" necə yarandı?

"Sevimli mahnılarımı gözləyərdim..." - "Yesterday once more" necə yarandı?

13:00 25 oktyabr 2026
Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

10:00 25 oktyabr 2026
Qolunun kəsilməsinə razılaşmadı, Fəxri Xiyabandakı yerindən imtina etdi - Azərbaycanın ilk peşəkar qadın rəssamı

Qolunun kəsilməsinə razılaşmadı, Fəxri Xiyabandakı yerindən imtina etdi - Azərbaycanın ilk peşəkar qadın rəssamı

15:00 24 oktyabr 2026
“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

12:00 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər