Mahatma Qandiyə homoseksual ittihamı

Mahatma Qandiyə homoseksual ittihamı
1 fevral 2013
# 14:25

Mahatma Qandinin şəxsi məktubları ölümünün 65-ci iliylə bağlı dünəndən etibarən Hindistanın paytaxtındakı Milli Arxiv Muzeyində nümayiş olunur. Kulis.Az Türkiyənin “Radikal” qəzetinə istinadən xəbər verir ki, həmin məktublarda Qandinin Herman Kallenbax adlı yəhudi memarla homoseksual münasibətdə olması ilə bağlı məqamlar var.

Cənubi Afrika Respublikasında Herman Kallenbaxla iki il bir evdə yaşayan M.Qandi Hindistana qayıtdıqdan sonra Kallenbaxa yazdığı məktublarda ona “Sevgili Avam Kamaram”, “Sevgilərimlə, Lordlar Kamarası” deyə müraciət edib.

“Nyu York Tayms” qəzetinin redaktoru Xosep Leliveldin bir müddət əvvəl çap etdirdiyi “Böyük Ruh: Mahatma Qandi və Hindistan Mübarizəsi” kitabında hindistanlı liderin Kallenbaxa yolladığı məktubda “Bədənimə necə sahib olmuşdun” yazması və “Qandi biseksualdır” iddiası Hindistanda qəzəb yaratmışdı.

Bundan başqa ingilis yazıçısı Jad Adamsın yazdığı “Qandi: Çılpaq Ambisiya” kitabında da Qandinin qeyri-ənənəvi cinsi oriyentasiyaya sahib olduğu, dini liderin gecələr yanında iki çılpaq qadınla yatdığı halda onlara toxunmadığı yazılmışdı.


Jad Adams Qandinin 13 yaşında evləndiyini və normal cinsi münasibətlərinin yatmış atasının yanında həyat yoldaşıyla cinsi əlaqəyə girənə kimi davam etdiyini yazıb. Adams daha sonra yazır ki, bu hadisədən sonra atasının öldüyünü görən Qandi bunun ilahi bir işarə olduğuna inanıb və 15 il müddətində həyat yoldaşıyla cinsi əlaqəyə girməyib.

Qandinin 15 il müddətinə cinsi əlaqəyə girməməyinə rəsmi səbəb kimi onun irqçiliyə qarşı mübarizə aparmasını göstərirlər. Ruhunu təmizləməyə qərar verən Qandi şəhvətə qapılacağı təqdirdə özünü ölkəsi üçün mübarizəyə həsr edə bilməyəcəyini düşünüb və həyat yoldaşının icazəsiylə subaylıq andı içib.

Hindistan Milli Arxiv Muzeyindən Rac Bala Cayn isə Qandi və Kallenbax arasındakı dostluğun yanlış anlaşıldığını söyləyib.

# 4831 dəfə oxunub

Oxşar xəbərlər

Səfəvilər, milli kimlik və tarixə qeyri-profan yanaşma haqqında - Elvüsal Məmmədov

Səfəvilər, milli kimlik və tarixə qeyri-profan yanaşma haqqında - Elvüsal Məmmədov

10:00 21 avqust 2026
"Alnıma qoşa güllə çaxsaydı, bundan yaxşı olardı..." - Heydər Hüseynovun qarşısında hansı məsuliyyəti daşıyırıq?

"Alnıma qoşa güllə çaxsaydı, bundan yaxşı olardı..." - Heydər Hüseynovun qarşısında hansı məsuliyyəti daşıyırıq?

14:00 15 avqust 2026
İmperator ordeni qazanan ilk azərbaycanlı general və maarifçi - Ona niyə ciddi nəzarət edirdilər?

İmperator ordeni qazanan ilk azərbaycanlı general və maarifçi - Ona niyə ciddi nəzarət edirdilər?

10:00 14 avqust 2026
Rus ordusunun ilk və yeganə müsəlman general-adyutantı - Kəngərlilər nəslindən olan Hüseyn xan Naxçıvanski kim idi?

Rus ordusunun ilk və yeganə müsəlman general-adyutantı - Kəngərlilər nəslindən olan Hüseyn xan Naxçıvanski kim idi?

10:00 9 avqust 2026
Mal-qara otararkən 2000 illik sikkə tapdı

Mal-qara otararkən 2000 illik sikkə tapdı

14:50 4 avqust 2026
1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

10:00 1 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər