İntihar arzusu

İntihar arzusu
31 yanvar 2013
# 15:29

SAMİR

YANVAR

İkimin on üç, soyuq Yanvar,
Həmin həyət, həmin ağac,
Bir sms: SƏSİN ÜÇÜN DARIXMIŞAM...
Dalınca da zəng elədim mən naəlac,
Nə yaxşi ki, cavab verdin,
Məni yaman sevindirdin...
Həmin gecə hər ikimiz çox ağladıq, çox sızladıq.
Bu sevgimiz ölməz dedik,
Amma ölməz sevgimizçün yas saxladıq.
Sonra birdən BU GÜN AYIN NEÇƏSİDİR? dedin mənə...
8-dən 9-a keçən gecə, soyuq Yanvar,
Bu Yanvarın hər günündə vallah qan var...
ÇOX QƏDDARSAN deyən CANIM!
Mənə qarşı gəl bu qədər qəddar olma.
Bu qəddarlıq deyilmi bəs?
Bu qəddarlıq deyilmi ki,
GƏLMƏ BİR DƏ BU HƏYƏTƏ söyləyirsən,
GƏLMƏ, MƏNƏ BELƏ RAHATDIR deyirsən.
Səni rahat etmək üçün,
Bir daha mən heç gəlmərəm bu həyətə,
Hər əzaba qatlaşaram.
Bu həyətdən getsəm də mən,
Bu həyəti, bu ağacı heç bir zaman unutmaram...
Elə bil ki, bu həyətdə doğulmuşam,
Necə doğma, necə əziz gəlir mənə,
Sən GET dedin...
O pəncərə, o tək ağac DAYAN, GETMƏ deyir mənə.
Amma CANIM get deyibsə getməliyəm,
Söz vermişəm ömrüm boyu hər dediyini etməliyəm.
Amma, CANIM, heç vaxt demə,
ÇIX GET MƏNİM HƏYATIMDAN,
Həyətindən qovduğun tək qovma məni həyatından...
O zaman mən ancaq bir şey etməliyəm,
O zaman mən bu həyatdan getməliyəm!!!

HƏYƏT

Axşamüstü saat altı...
Hamı işdən evə gedir,
Bir nəfərsə evdən çıxıb işə gedir.
Kimdir bu vaxt işə gedən,
CAN-ı üçün o həyətə getməməyə tövbə edən...
Bu ki, odur, maşın sürür,
Küt, mənasız baxışlarla yola baxır,
Hərdən sağa, sola baxır.
Necə etsin, hara getsin.
O həyətə gedə bilməz.
Bunu heç vaxt edə bilməz...
Fikirləşir, bəs nə etsin,
Az da olsa bir təskinlik tapmaq üçün hara getsin?
Bəlkə dostlar, əyləncələr davam etsin?...
Nəhayət ki, seçim edir:
QOY BU SEVGİ ƏZABLARI DAVAM ETSİN
Və yoluna davam edir.
Darıxdırır onu yaman bu tıxaclar,
Sağa dönür...
Beşmərtəbəli binanın həyətində,
O skamya, o ağaclar.
Unudulmaz bu həyətdə olub bitən hadisələr,
Unudulmaz bu həyətdə yaşanmış xoş xatirələr.
Yada düşür daha nələr...
O oturub skamyada hey düşünür.
Həsrət dolu baxışlarla,
O eyvana baxır yenə,
CANIM deyib pıçıldayır öz-özünə,
Hey ağlayır, sızıldayır öz-özünə.
Öz qolları tərəfindən öz bədəni qucaqlanır,
Sanki tarix təkrarlanır.
Keçən günlər göz önündə hey canlanır.
Həmin anda...
O sevgidən, ehtirasdan alovlanır həmin anda.
İstəyir ki, qışqıraraq sevgisini bəyan etsin hər bir yanda,
Ancaq səsi çıxmır yenə,
Pıçıldayıb CANIM deyir dönə-dönə.
Amma heç kim eşitmir ki,
Bu həyətdə olduğunu CAN dediyi o gözəl də heç bilmir ki...
Sevgisinə həsrət qalan insanların acısını, sevincini anlayarmı həmin gözəl?
Yox, anlamaz, anlasa da necə dözər?
O sevincə şərik ola bilər ancaq.
Onu sevən bir insanın nə acılar çəkdiyini duya bilməz.
Altı yaşlı öz oğlunun bu gün körpə ürəyində nə arzular əkdiyini duya bilməz.
Sevdiyilə bir partada oturmağı anasıyla bölən bala,
Kim nə bilir illər sonra bir binanın həyətində qalacaqdır bu cür hala...
Bu fikirlər əzir onu həmin anda,
İstəməz ki, görsün belə düşmənin da.
O, balaya ancaq sevinc arzulayar ürəyində,
O, balanın öz yeri var bu insanın ürəyində...
Pəncərəyə baxan gözlər, bir hərəkət, isıq gözlər.
Yoxdur isıq, yox hərəkət,
Bu nə zülm, nə əziyyət?
Yağış yağır, o, hiss edir bu yağışı, islanmır ki?
O işıqsız pəncərəyə baxa-baxa, gözlərindən axan yaşı dayanmır ki?...
CANIM mənim!
Samir artıq o həyətdə dayanmır ki?
Həyat sənsiz yaşanmır ki?

SƏHƏR

Kaş o səhər açılmazdı,
Günəş mənim pəncərəmə saçılmazdı,
Bəlkə qismət belə imiş,
Bu qismət ki, qaçılmazdı.
Hər arzumu, diləyimi verdim sənə
Ürəyimi verdim sənə.
Sənin kimi bir gözəli sevmək üçün bu da azdı,
Kaş o səhər açılmazdı...
Bir zəngimi, mesajımı gözlədiyin həmin gecə,
Necə yatdım, axı, necə?
O gic yuxu aldı səni, aldı məndən həmin gecə.
Yorğun idim, bu yorğunluq başa gəldi mənə baha,
Yatarammı mən bir daha?
Yumarammı gözlərimi?
Yadda saxla sözlərimi:
Ölsəm belə gözü açıq ölərəm mən,
Deyim bil sən...
Vəsiyyətim bir şey olar:
Ancaq sənin barmaqların qoy qapatsın gözlərimi.
Həmin anda o gözlərin yaşla dolar, çox gec olar.
Sonra da ki, qucaqlayıb məni bərkdən,
O başını bu sinəyə qoyarsan sən.
Cana gələr cansız bədən öz CAN-ıyla təmasından,
Eşq odundan yanan qəlbim
Qoy doyunca içsin sənin göz yaşından...
Necə yazdım? Ağlatdımmı səni CANIM?
Gözlərində yaş olsa da, olmasa da,
Bilirəm ki, qan ağlayır iki ürək.
Ürəklərdə arzu, dilək ölə bilməz,
Anla bunu, bil ey mələk...
Bu şerimlə sevgimizə güc verəcək
Sənin məndən istədiyin fasilələr,TİME OUT-lar
Səni məndən ayırmaz ki, KNOCK DOWN-lar, KNOCK OUT-lar
CANIM mənim...
Kaş yatmazdım mən o gecə,
Kaş o səhər açılmazdı...

YENİ İLİN İLK GÜNÜ

Yeni ilin ilk günündə yeni ümid, yeni istək sorağında
Zəng etdim ki, o səsini eşidim mən, nəfəsini eşidim mən.
MÜMKÜN DEYİL dediyin an telefonum qulağımda
Sanki, bayram fişəngi tək səs elədi.
Bu səs mənim ölümümçün bəs elədi...
Amma mənim mübarizəm heç bitməz ki,
Sənlə olan saylı günlər göz önümdən heç getməz ki.
Bu fikirlər, bu xəyallar içində mən dedim ki, kaş,
Həmin anlar sayılmasın, qoy sayını mən unudum.
Amma sındı qol-qanadım...
O anlardan birində sən gözlərimin düz içinə baxa-baxa,
Ürəyimi yaxa-yaxa dost qalmağı təklif etdin.
Bir dost necə öz dostunun ürəyini qıra bilər?
Dost olmağı düşünərkən bunları da düşündünmü?
Mənsə sənin ürəyini qırmamaqçün,
Öz canıma qıymamaqçün,
Bu təklifə istəmədən HƏ deyərəm.
Amma sənlə dost olmaqdan çox qorxuram.
Dostlarının sayı çoxdur, nə edərəm?
Bir dost kimi öz dostumu dostlarıyla paylaşmaqdan çox qorxuram.
Amma sevgi bölünməzdir, paylaşılmaz sevgililər, unudulmaz sevgililər.
Unudulmaz sevgililər deyən sözlər, unudulmaz o kəlmələr.
Həm də axı, demişdin ki, həyatında dostun yoxdur, yadimdadır.
İlk dost kimi məni qəbul edirsənsə, başqasına dost demə sən,
Sənlə olan bu cür dostluq dəyərlidir mənim üçün.
Belə olsa heç bir dosta dost demərəm,
Tək bir dostum sən olarsan, qalan dostlar fəda olsun sənin üçün...

# 1378 dəfə oxunub

Oxşar xəbərlər

# # #