writer1

Sərdar Amin

Məqalə sayı

147
clock14:01 calendar-gray 08 Sentyabr 2021 view-gray1473 dəfə oxunub
view-gray1473 dəfə oxunub

Əsl sənətkar kimdir: Könül, yoxsa Məhəbbət?

Şou adamlarının cəsarətsizliyi, suyu üfürə-üfürə içməsi məndə daim qıcıq yaradıb. Adamdan soruşarlar ki, kimdən, nədən qorxursunuz?

Kimsə səsini sıyırıb boğazından çıxara bilməyəcək ki!

Niyə özünüzü kiməsə dilxoşluq eləmək məcburiyyətində sayırsınız?

Aralarında sözübütöv, populyarlığından istifadə edib ağıllı söz deyəni gündüz fənərlə axtarmalısan. Əsassız ehtiyatlı davranmaqları, birdən səhv edərlər deyə, ümumiyyətlə, danışmamaqları insanı zinhara gətirir.

Səs desən var, təhsil desən var, məşhurluq nə qədər desən!

Nə çatmır?

Şəxsiyyət kimi formalaşmaq!

Bu mərhələyə gələndə hərə bir yerdə qırılır, çünki şəxsiyyət olmaq insandan tamam başqa istedad tələb edir.

Könül Kərimova uzun illərdən sonra özündə cəsarət tapıb məşhur “Laçınım” mahnısını yazdığını dedi. Ardınca aləm qarışmadımı? Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov, yaxınları, məhəbbətsevərlər mətbuatda, sosial şəbəkədə təhdidlər, təhqirlər yağdırdı.

Müğənninin özünə onlarla adam zəng vurub, biri xahiş, biri təhdid edib. Müğənninin müsahibə zamanı şahid gətirdiyi adamlar da yuxarıda sadaladığım xarakterləri ucbatından geri çəkilib.

“Bizi işə salma!” - deyib müğənninin yanında durmaqdan çəkindilər. Yəqin, məhəbbətsevərlərin, laçınlıların toylarından məhrum olacaqlarından qorxdular.

Üç-beş manata görə uzun illər dostluq etdikləri adamın arxasından sivişib getdilər.

Bəli!

Könül bu etirafı Məhəbbətin sağlığında etsəydi, yaxud bu etirafı hansısa dəlillə əsaslandıra bilsəydi, ona güldən ağır söz deyən olmayacaqdı.

Ancaq bu o demək deyil ki, müğənni həqiqəti özüylə məzara aparmalıdır.

Könül Kərimovanın “Laçınım”ı bəstələdiyini deməsinin ardınca Məhəbbət Kazımovun oğlu mətbuata açıqlamasında deyir ki, bir də bu hal təkrarlansa, Könül Kərimovanı məhkəməyə verəcək.

Nəylə, ay Rəşid?

Hansı sübutla?

Hansı haqla?

Necə ki, bu gün “Laçınım”ı Könül Kərimovanın yazdığına dair sübut yoxdur, eləcə də mahnının bəstəkarının Məhəbbət Kazımov olduğunu da kimsə sübut eləyə bilməyəcək.

Sovet dövründən qalmış bir ənənə var idi, peşəkar bəstəkarın bəstələmədiyi mahnılar efirə anonim buraxılırdı. Yəni mahnını müğənni bəstələsə belə, o, bəstəkar kimi təqdim oluna bilməzdi. Sırf bu üzdən müğənnilər tərəfindən yazılan onlarla mahnı efirə müəllifsiz gedib. “Laçınım” da ənənəyə çevrilmiş bu qayda ucbatından ortada qalıb.

Rəşid Kazımov açıqlamasında deyir ki, Könül kimdir?

Əslində isə Könül Kərimova sənətə, musiqiyə Məhəbbət Kazımovdan daha yaxın adamdır, bir neçə musiqi təhsili var, bir neçə ustaddan dərs alıb, xanəndəlik öyrənib. Bir neçə bəstəsi var.

Məsələn, “Təkcə mənim olaydın” mahnısını yazan adam üçün “Laçınım”ı yazmağa nə var?

Təbii, “Laçınım”ı Məhəbbət Kazımov sevdirib, məşhurlaşdırıb. Bəli, “Laçınım” Məhəbbətindir. Ancaq başa düşmürəm, mahnının bəstəsinin Könülə məxsus olması məhəbbətsevərləri niyə qıcıqlandırır?

Onsuz da bütün məşhur mahnılar ifaçıların aktivinə yazılır. Bu reallıqda Könül Kərimovanın “Laçınım” mahnısını mən yazmışam” deyəndə bəzilərinin kükrəməsinin nə ad vermək olar?

Savadsızlıq, cahillik, zəif gördüyünü əzmək...

Müsahibəni ümumilikdə oxuyan, sonundan yox, başından qiymətləndirən adam görər ki, Könül Kərimova Məhəbbətin haqqını danmır, ona məşhurluq qazandırdığını deyir.

Cahil təqibini başa düşdük, bəs Könül Kərimova nədən qorxur?

Niyə müsahibədən sonra həyəcan keçirir?

Könül xanım da elə məhz şəxsiyyət olmaq pilləsində büdrəyir. Cəsarət, özünə güvənmə problemi yaşayan adamlar belə hallarda narahat olur. Əks təqdirdə müğənninin onu təhqir edənlərə bircə cavabı olmalı idi:

“İdi k çortu!!!”

Məşhurlarımız məhz bu yerdə axsayır!

Onları arxalarınca deyilmiş məhəlli fikirlər narahat edir, özlərini bütün fərdi fikirlərə cavab vermək məcburiyyətində sayırlar. Hətta barələrində danışılan sözlərdən yatağa düşür, infarkt keçirirlər.

Müəğnnini yatağa ölkənin, millətin, xalqın dərdi salar, bizimkiləri dedi-qodu məhv eləyir.

Sənəti böyük olmayan adamın, problemləri də dedi-qodu səviyyəsində olur.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Məşhur Amerika filmi yenidən çəkiləcək
18:51 16 Sentyabr 2021
Azərbaycanlı professor vəfat etdi
18:15 16 Sentyabr 2021
Azərbaycanlı şair: “Hər ay ABŞ-dan mənə pul gəlir” – Müsahibə
17:31 16 Sentyabr 2021
Mədəniyyət Nazirliyi məlumat yaydı - Mətn
17:05 16 Sentyabr 2021
Çingiz Abdullayev şeir oxudu – Fotolar
16:15 16 Sentyabr 2021
Əri qorxusundan onu boşadı, çadrasını Cəfər Cabbarlı açdı, anası qızına görə dinə qarşı üsyan elədi - İlk kinoaktrisamızın ağlagəlməz həyatı
15:28 16 Sentyabr 2021
Millət vəkili Salam Sarvanı təbrik etdi - Foto
14:56 16 Sentyabr 2021
Özbəkistanla müştərək film çəkəcəyik
14:00 16 Sentyabr 2021
Benzinin bahalaşmasına haqq qazandıran millət vəkilləri – Sərdar yazır...
13:15 16 Sentyabr 2021
Səyavuş Aslanın küçədə qalan oğlu ilə bağlı rəsmi açıqlama - Foto
12:24 16 Sentyabr 2021
Acun azərbaycanlı olduğunu açıqladı – Video
12:18 16 Sentyabr 2021
Mübariz İbrahimovun yaxın dostu olmuş taksi sürücüsü: “Hər gün bizim idman zalına gəlirdi” - Maşından reportaj
12:06 16 Sentyabr 2021
Bukerin qısa siyahısına düşən əsərlər nədən bəhs edir?
11:35 16 Sentyabr 2021
Ölkəmizdə yeni layihə: Uşaqlar nağıl yazacaq
11:01 16 Sentyabr 2021
Səyyad Əlizadənin vəziyyəti daha da ağırlaşdı - Açıqlama
10:25 16 Sentyabr 2021
Əməkdar artistimiz dünyasını dəyişdi
10:15 16 Sentyabr 2021
Xarkovda Nizami Gəncəvinin abidəsinin açılış olub - Foto
09:57 16 Sentyabr 2021
Üzü örtülü qadınla necə evlənməli? – Zamin Hacı yazır
09:00 16 Sentyabr 2021
Nuru Paşa Cəfər Cabbarlıya nə hədiyyə etdi? - Tarixi fakt
21:00 15 Sentyabr 2021
"Amerika" adlı qızıl unitazı oğurlayan şəxs tapılmır - Foto
18:43 15 Sentyabr 2021