news-inner
clock14:48 calendar-gray 10 Avqust 2021 view-gray4900 dəfə oxunub
view-gray4900 dəfə oxunub

Xalq düşməni adlandırıldı, oğluna həsrət qaldı, dərman içib özünü öldürdü – Vaqif Mustafayevin “Yaramaz”ı haqqında bilmədiklərimiz

Kulis.az məşhur aktyor Mamuka Kikaleyşvili haqqında maraqlı faktları təqdim edir.

Mamuka Kikaleyşvili 1960-cı il avqustun 10-da Tiflisdə anadan olub. Anası Gürcüstanın Xalq artisti Leyla Dzuqraşvili Ş.Rustaveli adına teatrın aktrisası, atası Andro Kikaleyşvili isə həmin teatrın rəhbəri idi. Mamuka uşaq vaxtdan incəsənətlə yaxından maraqlanır, teatra və kinoya həvəs göstərir. On yaşı olanda atası dünyasını dəyişir.

***

Mamuka 1981-ci ildə Tiflis İncəsənət İnstitutunu bitirir, K. Marcanaşvili adına Gürcüstan Akademik Dram Teatrının truppasına aktyor olaraq qəbul edilir. Lakin burada sənət karyerası istədiyi kimi alınmır, iki il sonra aktyor teatrı tərk edir və “Gürcüstanfilm” kinostudiyasına işə düzəlir. Fantastik komediya janrında çəkilmiş “Təcrübəlı təyyarəçinin hekayəti”, “Kişilər və digər yerdə qalanlar” komediyasında və başqa filmlərdə müxtəlif obrazlar yaradır.

Mamuka Kikaleyşvili çoxprofilli aktyor olub, həm dramatik, həm də komediya rollarını eyni ustalıqla oynayıb. Kinorejissor Vaqif Mustafayevin 1988-ci ildə çəkdiyi “Yaramaz” filmi Mamuka Kikaleyşviliyə böyük şöhrət gətirir. Aktyor filmdə qısa bir vaxtda fəhləlikdən zərgərlik zavodunun direktoru vəzifəsinə yüksələn, bu yüksəliş müqabilində insanlıq keyfiyyətlərini itirən Hətəm obrazını böyük ustalıqla yaradıb. Kikaleyşvili bu rola görə Bolqarıstanda keçirilən beynəlxalq kinofestivalın mükafatına layiq görülüb. Bundan başqa o, Azərbaycanda “Girişmə, öldürər!”, “Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır” və "Fransız" filminə çəkilir.

***

Aktyora daha bir uğuru Reza Çxeidzenin çəkdiyi “Don Kixot və Sançonun həyatı” filmindəki Sanço rolu qazandırır.
1990-cı ildə aktyor şəxsi studiyasını yaradır və özünü rejissor kimi sınayır. İlk ekran əsəri olan “Yıxılmış mələk” filmində baş rolu özü ifa edir.

Bu illər ərzində o Gürcüstanda yaşayır. 1995-ci ildə vətənindən ayrılmaq qərarını verir. Müsahibələrinin birində isə deyir: “Kimliyindən asılı olmayaraq iddiasız aktyor dünyanın ən bədbəxt insanıdır. Gürcüstandan getməyimin başqa səbəbləri də var idi. Baxmayaraq ki, orada yaradıcılığımla məşğul olurdum, amma siyasi qarışıqlıq başlandı. Məni xalq düşməni elan etdilər. Və başladı! İnsanlar həbs edildi. Məni də həbs etdilər ”.

***

Mamukanın həyatındakı faciələr də elə ölkəsindəki siyasi qarışıqla birgə başlanır. Moskvaya köçmə xəbərini eşidən həyat yoldaşı onunla birgə getməkdən qəti şəkildə imtina edir. Eləcə də oğlunu ona vermir. Bu ağrılı ailə çəkişmələrinin ardından isə Mamuka həyat yoldaşından boşanır.

Moskvada yaşamağa başlayandan sonra isə ona Gürcüstanın Rusiyadakı Səfirliyində mədəniyyət attaşesi vəzifəsi verilir. İkinci dəfə Tatyana adlı qadınla evlənir və xoşbəxt olduğunu bildirir. Ancaq oğlu Andro və ölkəsi üçün darıxmağa davam edir. Müsahibələrinin birində isə deyir:
“Əlbəttə ki, başqa bir ölkədə yaşamağım pisdir. İyirmi il əvvəl olduğu kimi Moskvaya yalnız işləmək, çəkiliş aparmaq üçün gəlmək istərdim".

***

Mamuka 1990-1992-ci illərdə "Dələduzlar", "Pasport", "Gəzən Ulduzlar", "Lobya üzərindəki şahzadə" kimi filmlərdə oynayaraq ümumittifaq səviyyəsinə çatır.

Ona vəd olunan “Mamuka ilə” şou verlişi heç cür başlamaq bilmir. Onun sözlərinə görə arzusunda olduğu bu veriliş janr baxımından Benni Hill və Çarli Çaplinin etdiklərinə bənzəyəcəkdi. Şouda qadınlar, göz yaşı, sevinc də olmalı idi. Lakin, ideya alınmır, deyilənlərə görə dostları Mamukaya xəyanət edirlər.

***

Yaxınlarının sözlərinə görə aktyor orta yaş dövrlərində yuxusuzluqdan əziyyət çəkir. Üstəlik sağlamlıq problemləri olduğundan tez-tez müxtəlif tərkibli ağrıkəsicilər və yuxu dərmanları qəbul edir.

26 aprel 2000-ci il səhər vaxtı Mamukanın həyat yoldaşı evə çağırdığı təcili yardım işçilərinə bildirir ki, o, ərini çarpayıda huşsuz vəziyyətdə tapıb. Aktyoru müayinə edən həkimlər onun yanında bir qutu boş yuxu dərmanı qabı tapırlar. Həkimlər onun həyatını xilas etmək üçün bir həftə səy göstərsələr də, Mamuka mayın 3-də vəfat edir. Gürcüstanda dəfn edilir.

news-inner-user

19962 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb - Video
17:00 18 Sentyabr 2021
Üzeyir Hacıbəyovun vida mərasimindən reportaj - Fotolar
16:30 18 Sentyabr 2021
Milli Musiqi Günü ilə bağlı Bakı Musiqi Akademiyasında tədbir keçirilib - Fotolar
15:31 18 Sentyabr 2021
Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir - Fotolar
14:36 18 Sentyabr 2021
Yaqub Zurufçu xanımından niyə boşanmışdı? - Video
13:30 18 Sentyabr 2021
Mədəniyyət naziri: “Şuşaya onun ruhunu qaytaracağıq”
12:40 18 Sentyabr 2021
Fərhad Bədəlbəyli: "Artıq bu, həqiqətdir”
12:29 18 Sentyabr 2021
Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub - Fotolar
11:30 18 Sentyabr 2021
Nazirliyin bəstəkarlara vurduğu zərbə - Firudin Allahverdi yazır...
10:34 18 Sentyabr 2021
Cümhuriyyət ərəfəsində Üzeyir Hacıbəyovu İranda qalmağa vadar edən nə idi? – Vilayət Quliyev yazır
09:01 18 Sentyabr 2021
1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar
21:00 17 Sentyabr 2021
Azərbaycanlı skripkaçı birinci yerə çıxdı
19:16 17 Sentyabr 2021
"Arşın mal alan” Çində təqdim olunub - Fotolar
18:45 17 Sentyabr 2021
Məşhur İspan yazıçısı vəfat etdi
18:15 17 Sentyabr 2021
Azadlıq qılıncların oxuduğu nəğmədi – Rüstəm Behrudinin şeirləri
17:30 17 Sentyabr 2021
Təşəkkür edirəm ayaqlarımın səsinə - Yeni şeirlər
17:07 17 Sentyabr 2021
Sezen Aksudan yeni mahnı - Video
16:55 17 Sentyabr 2021
Məşhur tarzənə ev verildi
16:17 17 Sentyabr 2021
Bir sıra mədəniyyət işçilərinə fəxri adlar verildi - Siyahı
15:50 17 Sentyabr 2021
Deşikli daş pirinin möcüzəsi: İnanaq, yoxsa gülüb keçək?
15:30 17 Sentyabr 2021