news-inner
clock15:15 calendar-gray 23 İyul 2021 view-gray241 dəfə oxunub
view-gray241 dəfə oxunub

“Nizaminin süjet və obrazları” adlı sərgi açılıb

Heydər Əliyev Mərkəzində “Nizaminin süjet və obrazları” adlı sərgi açılıb.

Heydər Əliyev Fondunun Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə birgə təşkil etdiyi sərgi dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

APA -nın xəbərinə görə, açılış mərasimində çıxış edən Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin sərgi tərtibatçısı Kyuna Kazakova bildirib ki, sərgi bu ilin mart ayında Moskvada nümayiş olunub. İndi isə Rusiyanın 4 muzeyi tərəfindən həmin sərgiyə təqdim edilən eksponatlar Bakıya gətirilib. Sərgidə Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi, Rusiya Dövlət Ermitaj Muzeyi, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyi, A.N.Radişev adına Saratov Dövlət Rəssamlıq Muzeyinin kolleksiyalarından istifadə olunub: “Biz çox şadıq ki, sərgi nəhayət Bakıda keçirilir. Bizim tərəfdaşımız olan Heydər Əliyev Mərkəzi bu sərgiyə peşəkarlıqla yanaşıb. Ümid edirəm sentyabrın 26-a kimi davam edəcək sərgi mədəniyyət xadimlərinin, Bakını ziyarət edən qonaqların və eyni zamanda bütün vətəndaşların zövqünü oxşayacaq”.

Dahi Azərbaycan şairi Nizami Gəncəvi gələcək nəsillərə “Xəmsə” adlanan poetik əsərlər toplusunu miras qoyub gedib. Buraya beş müstəqil poema daxildir - “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi Gözəl” və “İskəndərnamə”. Sərgidə nümayiş etdirilən eksponatlar Nizami Gəncəvinin illüstrasiya ənənəsini təqdim edir. Ekspozisiyadakı əlyazma, xalça, keramika və kətan üzərində təsvir edilən qəhrəmanları izləməklə tamaşaçı şairin ədəbi dünyasına səyahət etmək imkanı qazanır. Bununla da ziyarətçilər dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmiş Nizaminin yaradıcılığı ilə tanış olurlar. Həmin sənət nümunələri həm də Nizami Gəncəvi yaradıcılığının təsviri incəsənətə göstərdiyi sərhədsiz təsirini əks etdirir.

Nizami Gəncəvinin poemalarında rast gəlinən süjetlər onun əsərlərinin özünəməxsus “vizit kartına” çevrilib. Məsələn, bunlara Şirinin bulaqda çimdiyi məşhur səhnə və ya öküzü qüllənin başına daşıyan Bəhram Gurun sevgilisinə həsr edilmiş təsvirləri aid edilə bilər. Ekspozisiyadakı ən qədim eksponat isə 13-cü əsrin əvvəlinə aid gildən hazırlanan, üzərində “Xosrov və Şirin” poemasından səhnələrin təsvir olunduğu qabdır.

Ekspozisiyada Azərbaycan, Rusiya, İran, Özbəkistan təsviri incəsənət ustalarının əsərləri nümayiş olunub. Rəssamlardan Ravil Xəlilovun, Rəşid İsmayılovun, Sergey Biqosun qrafik işləri Nizami yaradıcılığının müasir qavranılma mərhələsi üçün xarakterik olan iki əks tendensiyanı təsvir edir. Bir tərəfdən, ənənəvi mövzuların seçimi tanınmış ikonoqrafiyaya müraciətə gətirib çıxarır, digər tərəfdən, təsvir edilən süjet dairəsinin genişləndirilməsinə cəhd müşahidə edilir. Buna müvafiq olaraq yeni kompozisiya şəkilləri meydana gəlir. Bu baxımdan Nikolay Rerixin “İsgəndər və dərviş” adlı kətan üzərindəki əsəri xüsusi qeyd oluna bilər.

Sentyabrın 26-dək davam edəcək sərgidə 50-dən çox eksponat nümayiş edilir. Sərgilənən eksponatların əksəriyyəti ilk dəfə tamaşaçılara təqdim olunur.

news-inner-user

20009 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bir gəncin anormal istəkləri – Orxan Bahadırsoydan 18+ hekayə
21:00 23 Sentyabr 2021
Bakıda simfonik musiqi axşamı keçirilib
19:01 23 Sentyabr 2021
Rejissorumuzun filmi Batumidə nümayiş olunub
18:21 23 Sentyabr 2021
Kəramət Böyükçöl: "İstedadımla taksavatlıq edirəm" - Video
17:36 23 Sentyabr 2021
Falçı yetişdirən məktəblərimiz – Aqşin Yenisey yazır...
16:50 23 Sentyabr 2021
Saitlər əsasdır, yoxsa samitlər?
16:14 23 Sentyabr 2021
Yazıçı Səfər Alışarlı: “Azərbaycan sərvət aşiqlərinin ölkəsidir” - Müsahibə
15:33 23 Sentyabr 2021
Məşhur yazıçının əsərindən film çəkildi
14:46 23 Sentyabr 2021
Səyyad Əlizadə sağalır
14:03 23 Sentyabr 2021
Şeyx və şirin quyruğu
13:20 23 Sentyabr 2021
İbrahim Tatlısəsə həbs cəzası verildi
12:41 23 Sentyabr 2021
Dörd dəfə evləndi, ona görə filmə yataq səhnəsi salındı, Xalq artisti onunla öpüşməkdən imtina etdi – Kinomuzun Leyla Şıxlinskayası
12:01 23 Sentyabr 2021
Məni oğurluqda ittiham edən əmim qızları – Sevinc yazır...
11:30 23 Sentyabr 2021
Şuşada görüşdük! - Zülfiyyə Xanbabayeva yazır - Fotolar
10:50 23 Sentyabr 2021
"O ses Türkiye" başladı - Yeni münsiflər
10:23 23 Sentyabr 2021
Bu millətə zaval yoxdur – Zamin Hacı yazır...
09:01 23 Sentyabr 2021
"Aysel adını Azərbaycanda ilk dəfə mən qızıma qoymuşam" - Zahid Xəlillə müsahibə
21:01 22 Sentyabr 2021
Kitab və film eyni anda: “Rəngləri danışdıran adam”
18:59 22 Sentyabr 2021
Dünya şöhrətli rejissor komadan çıxdı
18:28 22 Sentyabr 2021
“Soyuq Günəş”in ssenaristi: “Yeni filmin çəkilişini başa çatdırdıq”
17:52 22 Sentyabr 2021