Anar Kərimov Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb

Anar Kərimov Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb
15 iyul 2021
# 18:48

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyulun 15-də Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kitabxana və nəşriyyat işi üzrə əməkdaşlarından ibarət nümayəndə heyətini qəbul edib.

Mədəniyyət Nazirliyindən APA-ya bildirilib ki, görüşdə nazirliyin Kitab dövriyyəsi və nəşriyyatla iş şöbəsinin müdiri Akif Marifli, Milli Kitabxananın direktoru Kərim Tahirov, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar baş idarəsinin müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Ali Odabaş, Kitabxanalar və Yayımlar baş idarəsində müdir müavini Taner Beyoğlu, bölmə rəhbəri Ahmet Aldemir, mədəniyyət və turizm məsələləri üzrə mütəxəssis Fatih Özdemir və digər rəsmilər iştirak ediblər.

Nazir qonaqları səmimi salamlayaraq Türkiyə ilə Azərbaycan arasında mövcud olan yüksək-səviyyəli əlaqələr, dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu vurğulayıb. Anar Kərimov ölkələrimizin mədəni əlaqələrinin gündən-günə inkişaf edərək genişlənməsindən məmnunluğunu ifadə edib.

Görüş zamanı iki ölkənin kitabxanaları arasında həyata keçirilən informasiya, təcrübə, kitab mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Ali Odabaş görüşə görə təşəkkür edərək, bundan sonra da ölkəmizlə birgə layihələrin, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində işlərin davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Eyni zamanda görüşdə TEDA proqramı üzrə əməkdaşlıq, KOHA sisteminin öyrənilməsi, onun təcrübəsi əsasında yeni milli sistemin yaradılması və ölkəmizdə tətbiqi imkanları, Türkiyənin xalq kitabxanaları ilə Azərbaycanın mərkəzləşdirilmiş kitabxana sistemləri arasında təcrübə mübadiləsinin aparılması, həmçinin Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına Türkiyənin aparıcı nəşriyyatlarının cəlb edilməsi məsələləri müzakirə edilib.

# 3188 dəfə oxunub

Oxşar xəbərlər

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

16:00 8 aprel 2026
Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

15:00 5 aprel 2026
"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

12:00 5 aprel 2026
"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

15:00 4 aprel 2026
"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

17:00 3 aprel 2026
İsveçrədə yazıçı olmaq çətindir, yoxsa Azərbaycanda? - Əli Zərbəli

İsveçrədə yazıçı olmaq çətindir, yoxsa Azərbaycanda? - Əli Zərbəli

12:00 3 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər